Sevgilisini və bacısını öldürən musiqiçinin işi – Ekspertizada

Sevgilisini və bacısını öldürən musiqiçinin işi – EkspertizadaBakıda iki nəfərin ölümündə təqsirli bilinən Astara rayon sakini, 59 yaşlı Aydın Qəhrəmanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qətl işi üzrə ekspertiza təyin edilməsi barədə qərar elan edilib.

Qərarda göstərilib ki, Aydın Qəhrəmanov qətlə yetirilən Aidə Yəhyayevaya və onun bacısına öldürmək məqsədilə deyil, müalicə almaq üçün dərman verib.

Məhkəmə bu halın araşdırılması üçün ekspertlər qarşısında bir neçə sual qoyublar. İş araşdırılması üçün ekspertizaya göndərilib.

Bu səbəbdən apelyasiya instansiyasında bu iş üzrə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İttihamda göstərilir ki, Aydın Qəhrəmanov Aidə Yəhyayeva ilə qeyri-rəsmi yaşayıb. O, Aidənin bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşüb. Onun bu niyyətindən Aidənin digər bacısı İndira duyuq düşüb. Buna görə də İndira ilə Aydın Qəhrəmanovun arasında narazılıq yaranıb. O, qeyri-rəsmi həyat yoldaşı Aidədən bacısını evə buraxmamağı tələb edib.

Türkiyədə yaşayan Nazilə Yəhyayeva Bakıya gələndə mənzilin ondan xəbərsiz satılması ilə bağlı Aidə ilə mübahisə edib. O, Aydın Qəhrəmanov barəsində Yasamal Polis İdarəsinin 29-cu bölməsinə müraciət edib. Bölmədə şikayətin araşdırması gedən vaxtda Aydın Qəhrəmanovun Aidənin qardaşı qızı Samirə ilə də münasibətləri gərginləşib. Buna görə də o, bir neçə ay Aidədən uzaqlaşıb.

2008-ci ildən yenidən Aydın Qəhrəmanovun Aidə ilə münasibətləri düzəlməyə başlayıb. Həmin il ərzində Aydın Qəhrəmanov Naziləyə məxsus evi ələ keçirmək məqsədilə Aidəni zəhərləyərək öldürmək qərarına gəlib. O, istintaqa məlum olmayan mənbədən dərman əldə edib və evə gətirib. Dərmanı yuxugətirici kimi Aidəyə təqdim edib, onu Aidə və Samirəyə içirib. Aidə və Samirə zəhərlənmə diaqnozu ilə Əfəndiyev adına 2 saylı xəstəxanaya yerləşdiriliblər.

Sentyabrın 7-də Samirə xəstəxanada ölüb. Aidənin isə vəziyyəti bir müddət ağır olub. Vəziyyətdən istifadə edən Aydın Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanova satıb. Aidə sentyabrın 18-də dünyasını dəyişib.

Xatırladaq ki, 2008-ci ildə Aidə və Samirə Yəhyayevaların ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 6 ilə yaxın davam edən istintaqın sonunda Aidə və Samirənin intihar məqsədilə dərman içmədikləri məlum olub.

İstintaq onları Aydın Qəhrəmanovun zəhərləməsi nəticəsinə gəlib. Aydın Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilib.

Onu da əlavə edək ki, Aydın Qəhərmanov əvvəllər musiqi ifaçısı olub.

2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aydın Qəhrəmanov apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Aydın Qəhrəmanovun apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Aydın Qəhrəmanov kasasiya şikayəti verib. Ali Məhkəmə işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1876   Tarix: 07 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart