Novruz Məmmədov ləyaqətli adamdır, amma Nazirlər Kabineti ləğv edilməlidir - DEPUTAT

Novruz Məmmədov ləyaqətli adamdır, amma Nazirlər Kabineti ləğv edilməlidir - DEPUTATAzərbaycan Prezidenti İlham Əliyevin göstərişindən sonra Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" və "Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında" qərarlarda daha əvvəl etdiyi dəyişiklikləri ləğv edib.

Xatırladaq ki, bu dəyişikliklərdə yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 2 manat, fıstıq toxumunun 1.5 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulurdu. Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş tətbiq olunacaqdı.

Prezidentin göstərişindən sonra Baş nazirin dəyişiklikləri ləğv etməsi hökumət başçısı postunun və ümumiyyətlə Nazirlər Kabinetinin ləğv edilməsi məsələsini yenidən gündəmə gətirib. Belə ki, prezident üsul-idarəsi olan ölkələrdə, o cümlədən ABŞ və Türkiyədə Baş nazir postu yoxdur. Azərbaycan da eyni sistemlə idarə edildiyindən Nazirlər Kabinetinin ləğvi məsələsi açıq olaraq qalır. Lakin nəzərə almaq lazımdır ki, Fransa və Rusiya kimi bir sıra ölkələr prezident sistemi ilə idarə olunsa da, Baş nazir postu təsis edilib.

Məsələ ilə bağlı Sonxeber.az-a münasibət bildirən Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib ki, bu məsələyə təkcə son qərarın ləğvi ilə bağlı yanaşmaq doğru deyil.

Nazirlər Kabinetinə ehtiyac yoxdur

Onun sözlərinə görə, Prezident Aparatı varsa, Nazirlər Kabinetinə ehtiyac yoxdur: "Ümumiyyətlə uzun müddətdir Azərbaycanda bu məsələ ilə bağlı olaraq ilk dəfə gündəmə gətirmişəm ki, Nazirlər Kabinetinin mövcudluğu paralellik təşkil edir. Prezident Aparatı varsa, Nazirlər Kabinetinə ehtiyac yoxdur. Çünki Prezident Aparatında müəyyən şöbələr o funksiyaları daşıyır. Vitse-prezidentlik institutu yaranandan sonra isə Nazirlər Kabinetinə ümumiyyətlə ehtiyac qalmadı. Bu paralelliyi aradan qaldırmaq lazımdır. Prezidentin özünün də dediyi kimi şişirdilmiş ştatların aradan qaldırılması, daha mobil idarəetmə sisteminə keçmək üçün bu məsələyə baxmaq lazımdır. Bunu həm prezident seçkilərində iştirak etdiyim dövrdə demişəm, həm də daha əvvəl parlamentdə səsləndirmişəm".

Novruz Məmmədov ləyaqətli adamdır

Bununla belə, F. Quliyev qeyd edib ki, struktur islahatları çərçivəsində Nazirlər Kabinetinın ləğvi məsələsində söhbət təkcə Baş nazir postundan getmir: "Ümumiyyətlə söhbət Nazirlər Kabinetinin məsələsindən gedir. Yoxsa Baş nazir olaraq Novruz Məmmədov çox ləyaqətli adamdır, çox təmiz karyerası var, vətənpərvər və millətçi adamdır. Söhbət bir insandan getmir, söhbət struktur və islahatdan gedir. Bu məsələyə baxmağın zamanıdır".

Bir hadisə baş verən kimi günahı Prezident Aparatında axtarırlar

Deputat hesab edir ki, təkcə Nazirlər Kabineti ilə bağlı deyil, həm də yerli icra strukturları ilə əlaqədar yenilik etmək mümkündür: "Məsələn, bələdiyyələrin statusu artırılmalıdır. Onların status və hüquqlarının artırılması yerli icra hakimiyyətlərin hüquqlarının azaldılması hesabına baş verməlidir. Yerli icra hakimiyyəti orqanları sadəcə nəzarət funksiyasını həyata keçirə və çox kiçik həcmdə ştatla işləyə bilər. Qalan işlərin isə bələdiyyələrin görməsi mümkündür. Bu həm məsuliyyət bölgüsüdür, həm də yerlərdə işin öhdəsindən gəlmək üçün əhalinin seçdiyi adamın birbaşa məsuliyyətini artıracaq. Digər tərəfdən problemlərin lokallaşmasına səbəb olacaq. İndi hansısa əyalətdə bir hadisə baş versə, mütləq günahı Prezident Aparatında axtarmağa başlayırlar. Seçkili sistem olarsa, yerli idarəetmədə bələdiyyələrin statusu və hüquqları artırılarsa, problemlər yerlərdə lokallaşacaq, insanların məsələlərinə yerlərdə baxılacaq".

Hansı modeli seçək?

Nazirlər Kabineti ləğv edilərsə, hansı ölkənin təcrübəsindən yararlanmaq məsələsinə gəlincə, F. Quliyev diqqətə çatdırıb ki, əlbəttə dünyada mövcud olan təcrübələrdən istifadə etmək mümkündür: "Amma hər bir dövlət daim kamilləşir. Türkiyə uzun müddət parlament sistemi ilə idarə olunurdu, dünya təcrübəsindən yararlandı və özünün bir modelini ortaya qoydu. Biz də dünya təcrübsəsindən yararlanmaqla özümüzə və dövrə uyğun normal struktur ortaya qoya bilərik. Müharibə şəraitində olduğumuzu da nəzərə almayılıq".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 8149   Tarix: 07 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel