Baş onkoloq televizyalardan narazılıq etdi

Baş onkoloq televizyalardan narazılıq etdiMilli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov modern.az-a müsahibəsində Azərbaycanda tibbi maarifləndirmə ilə bağlı maraqlı fikirlər səsləndirib. Deyib ki, səhhətimizə qarşı laqeydliyi aradan götürmək vacibdir. Burada əsas məsələ tibbi təbliğatdır. O qeyd edib ki, tibbi maarifləndirmə məsələsində tək Səhiyyə Nazirliyinin, klinikaların, qanunvericiliyin üzərinə yük düşməməlidir. Ayrı-ayrı həkimlər də mütəmadi olaraq, mətbuatla işləməli, xəstələri maarifləndirməyə maraqlı olmalıdırlar.

Komitə sədri onkoloji xəstəliklər bağlı açıqlamalarında söyləyib ki, bədxassəli şiş əleyhinə mübarizə üzrə dünyanın bir çox ölkələrində dövlət proqramı var. Bizdə də bu proqram hazırlanır.

Milli Onkologiya Mərkəzinin baş onkoloqu Azad Kərimli sözügedən sayta açıqlamasında Əhliman Əmiraslanovun fikirlərini təsdiqləyib.

O, vurğulayıb ki, xərçəng əleyhinə dövlət proqramının qəbul olunması vacibdir:

"Xərçəng, eləcə digər xəstəliklər, tibbi problemlər haqqında maarifləndirmədə boşluqlar var. Elekron və çap mediasının bu məsələlərə yer verməsi kifayət etmir. Nəzərə almalıyıq ki, bu gün ən böyük təbliğat maşını televiziyadır. Televiziyalarımızda isə ancaq şou verilişləri, yemək proqramları yayımlanır. Tibbi məlumatların artırılması, əhalinin maarifləndirilməsi üçün sanballı verilişlər, sujetlər, videoroliklər yoxdur. Düşünürəm ki, bu məsələdə ciddi tədbirlərin görülməsinə ehtiyac var. Azərbaycanda çox savadlı alimlər, professorlar, həkimlər, fiziklər və s. mütəxəssislər var. Onları efirlərə dəvət edərək, çox maraqlı verilişlər hazırlamaq, insanları maarifləndirmək lazımdır. Əgər savadlı həkim tapmaqda çətinlik çəkirlərsə, hörmətli Əhliman Əmiraslanovun da dediyi kimi, aidiyyəti qurumlarla, elə Onkologiya Mərkəzinin özü ilə əlaqə saxlayıb, məsləhət istəyə bilərlər. Təki onlar bizə müraciət etsin, əlimizdən gələn qədər köməklik göstərərik".

Mərkəzin tibbi maarifləndirmə ilə bağlı fəaliyyətinə də toxunan baş onkoloq bildirib ki, Bakıda və digər şəhərlərdə müxtəlif maarifləndirici aksiyalar həyata keçirilir:

"İnsanların çox olduğu yerlərdə bukletlər paylanır, onlarla onkoloji problemlər haqqında söhbətlər aparılır. Biz Səyyar Diaqnostik Kompleks maşınlarının köməyi ilə 14-16 nəfər həkim briqadası ilə rayonlara gedirik, insanlar arasında profilaktik tədbirlər aparırıq. Onları məlumatlandırırıq. Hətta rayonlararası elmi konfranslarımız da keçirilir. Ətraf rayonlarda olan həkimləri dəvət edirik, onkologiyanın müayinəsində, müalicəsində yeniliklər, dəyişikliklər haqqında söhbətlər aparırıq. Əlimizdən gələni edirik ki, insanlar onkoloji xəstəliklərdən qorunmaq üçün vaxtında həkimə müraciət etsinlər, ümumiyyətlə bütün xəstəliklərlə bağlı müayinələrdən keçməkdən çəkinməsinlər. Amma bu cür problemlərlə ümumilikdə kütlə mübarizə aparmalıdır. Bu tək Səhiyyə Komitəsinin, Milli Onkologiya Mərkəzinin, digər qurumların gücündə deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2613   Tarix: 09 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021