Azərbaycanda minimum əməkhaqqının artırılması onu göstərir ki... deputatdan Açıqlama

Azərbaycanda minimum əməkhaqqının artırılması onu göstərir ki... deputatdan AçıqlamaAzərbaycanda minimum aylıq əməkhaqqının 180 manata qaldırılması sosial sahənin daim dövlət siyasətinin mərkəzində dayandığını göstərir.

Bunu "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, sosial sahənin ən müxtəlif istiqamətləri üzrə atılan addımlar Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin sosial mahiyyət daşıdığını, insanların rifahına xidmət etdiyini göstərir:

"Azərbaycanda sosial siyasətin fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi Prezidentlə cəmiyyətimiz arasında inam və etimad mühitini formalaşdıran ən təsirli faktordur. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində Azərbaycanın hətta inkişaf etmiş ölkələrin reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəli olması hesabına əldə edilmiş nəticədir. Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Əməkhaqqı, pensiya və təqaüdlərin artan istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, səhiyyə, təhsil sisteminin daim təkmilləşdirilməsi, məktəb və xəstəxanaların tikintisi, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi və sair Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə artırıldığını nəzərə alsaq, necə böyük işlərin görüldüyünə əmin olmaq olar".

Ekspert əlavə edib ki, minimum əməkhaqqı insanların rifahını qorumaq üçün ən təsirli sosial institutlardan biridir, çünki minimum əməkhaqqının səviyyəsi dövlət və özəl sektorda yüz minlərlə işçinin maaşını yaşam tələbləri səviyyəsində saxlamağa imkan verir:

"Minimum aylıq əməkhaqqının artırılması ilə ümumən əməkhaqlarının dövlət və özəl sektor üzrə 25-30 faizədək artmasının təmin ediləcəyi artıq rəsmən elan olunub. Əməkhaqları sisteminin daim idarə edilməsi dövlətimizin başçısının ölkədə həm də humanizm və ədalət kimi dəyərlərin müdafiəsinə yönəlmiş siyasətinin təzahür forması kimi qəbul oluna bilər. Müasir dövlətlərin sosial siyasətlərinin ölçü meyarlarından biri onların sosial ədalət prinsipinə nə dərəcədə nail ola bilməsidir. Bazar iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, həm də insanların rifahını saxlamaq sosial ədalətin ideal təzahür formasıdır. Bu mənada Prezidentin minimum əməkhaqqını artırmaq qərarını sosial ədalət prinsipinin daha da dərinləşdirilməsinə xidmət edən sistemli siyasətin tərkib hissəsi kimi qəbul etmək lazımdır".

A.Quliyev qeyd edib ki, Prezident İlham Əliyev əməkhaqlarının düşünülmüş şəkildə idarə edilməsini dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirir: "Maaşların artırılması həm də iqtisadiyyatın hər ötən dövrdə güclənməsinin birbaşa nəticəsidir. Ölkə rəhbəri güclü iqtisadiyyat üzərində ölkənin güclü təhlükəsizlik sistemi və əhalinin yüksək rifah modelini çox uğurla tətbiq etdiyini sonuncu sərəncamla bir daha nümayiş etdirdi. Əməkhaqlarının artırılması eyni zamanda Prezident İlham Əliyevin başlatdığı struktur islahatlarının sosial sferada özünü göstərən müsbət təzahürlərindən biri kimi qəbul olunmalıdır. Struktur islahatları gücləndikcə isə iqtisadiyyatımız daha da səmərəli olacaq". (trend)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2211   Tarix: 09 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən ada

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel