7 ölkənin Türkiyəyə qarşı 100 il əvvəlki DƏHŞƏTLİ PLANI İŞƏ DÜŞÜR: Xəzərdən Fars körfəzinə qədər...

7 ölkənin Türkiyəyə qarşı 100 il əvvəlki DƏHŞƏTLİ PLANI İŞƏ DÜŞÜR: Xəzərdən Fars körfəzinə qədər...Türkiyə Suriyanın Münbiç şəhəri və Fəratın şərqində terror təşkilatlarına qarşı hərbi müdaxiləyə hazırlaşdığı bir vaxtda, 7 ölkə öz qüvvələrini bölgəyə yerləşdirmək üçün hərəkətə keçib.

İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində qurulmuş koalisiya qüvvələrinin 79 üzvünün Vaşinqtonda təşkil edilən toplantısından sonra 7 ölkənin - ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin xarici işlər nazirləri xüsusi konfrans keçirdilər. Konfransın nəticəsi olaraq ortaq bəyannamə yayımlanıb. Bəyannamədə Türkiyənin bölgədə qeyri-sabitlik yaradan qüvvə olduğu iddia edilib.

Daha əvvəl isə Amerikanın "Wall Street" jurnalı ötən həftə yayımladığı xəbər bildirmişdi ki, ABŞ Suriya-Türkiyə sərhədində yaradılması planlaşdırılan təhlukəsizlik zonasını qərb müttəfiqlərindən ibarət yeni qüvvəyə təhvil vermək istəyir.

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, bu xəbərləri və 7 ölkənin ortaq bəyannaməsini şərh edən Türkiyənin "Yeni Şəfəq" nəşrinin siyasi şərhçisi İbrahim Karagülun sözlərinə görə, Fəratın şərqi Türkiyə üçün bir gələcək məsələsinə çevrilib.

"Fərat Qalxanı" və Afrin əməliyyatı ilə Aralıq dənizi qapısı bağlanan terror dəhlizi Fəratın şərqində hələ də qalır. Terror dəhlizinin şərq darvazası terror təşkilatları və qeyri-regional qüvvələrin işğalı altındadır. Niyyətləri bəllidir, hədəfləri müzakirəsiz Türkiyədir. Ölkənin gələcəyinin təmin edilməsi üçün bu dəhliz dağıdılmalıdır", - o deyib.

ABŞ-ın Suriyadan çıxma bəyanatını bir oyun olduğunu deyən Karagül qeyd edib ki, Suriya savaşı əslində bu layihə üçün başladılıb:

"Bu savaş Türkiyənin ərəb-islam dünyası ilə bütün bağlarını qoparmaq üçün planlanıb. Bu bir mühasirə planıdır. Yüz il əvvəl qarşımızda olan hər kəs indi bu mühasirəyə qatılmaqdadır. Bunu lap əvvəldən söylədim: bu qurşağa Türkiyə xaricində heç bir güc və ya heç bir təşkilat hakim olmamalıdır. Bunun xaricindəki bütün ehtimallar Türkiyə üçün bir faciə olacaq. Məsələ PKK məsələsi deyil. Məsələ terror məsələsi də deyil. Bu, etnik bir məsələ də deyil. Bu qurşaqda çoxmllətli bir işğal gücü var, bu işğal hər gün güclənəcək və müdaxiləsi mümkün olmayan bir hal alacaq. İran sərhədindən Aralıq dənizinə qədər uzanacaq, zamanla Xəzəri Fars körfəzinə bağlayacaq, Şərqi Qara dənizə də yayılacaq böyük bir geosiyasi plan həyata keçirilir".

Siyasi şərhçinin sözlərinə görə, Fəratın şərqində 7 ölkənin ordusu yerləşdirilərsə, Türkiyə üçün əsl təhlükə o zaman başlanacaq.

"Ediləcək tək bir şey, atılacaq tək bir addım qaldı: sözügedən yeddi ölkə Suriyanın şimalına, Fəratın şərqinə əsgər yerləşdirmədən Türkiyə təcili və tərəddüdsüz müdaxilə etməlidir. Bunu etməsək, bir daha edə bilməyəcəyik. Vəziyyət ağırdır. Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə, bir gün gözləmədən müdaxiləyə başlamalıdır. Mümkünsə bu gecə. Yeddi ölkənin Fəratın şərqinə əsgərini göndərməsi Türkiyə qarşı savaşın ilk cəbhəsinin açılmasıdır. Oyanın!", - Karagül yekunlaşdırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2875   Tarix: 09 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel