İşə piyada gedib-gələn azərbaycanlı deputat: "Arada taksi və avtobusdan istifadə edirəm" - MÜSAHİBƏ

İşə piyada gedib-gələn azərbaycanlı deputat: "Arada taksi və avtobusdan istifadə edirəm" - MÜSAHİBƏDeputat Naqif Həmzəyev big.az saytının suallarını cavablandırıb.

- Naqif bəy, siz mütəmadı olaraq seçicilərinizlə görüşürünüz. Daha çox seçiciləriniz hansı problemlərə görə sizə müraciət edirlər?

- Gəncə şəhərində fəaliyyət göstərirəm. Yeni Azərbaycan Partiyasının namizədi kimi 38 saylı seçki dairəsindən seçilmişəm. Mənim və digər deputat həmkarlarımın üzərinə düşən iş seçicilərimizlə görüşmək, qaldırdıqları məsələləri araşdırmaq, onların xahiş və istəklərini dinləyib, müsbət cavab verməkdir. Bakıda Milli Məclisin iclasları və tədbirlər olmayan zamanlar Gəncədə oluram. Mütəmadi olaraq seçicilərimlə görüşür, onların problemləri ilə maraqlanıram. Seçicilərim müxtəlif yaş kateqoriyasını əhatə edir. Gənclər daha çox iş yerləri, məşğulluqla bağlı müraciət edirlər. Yaşlı təbəqədən olan seçicilərim isə övladlarının problemi, məişət, təhsil məsələri ilə bağlı istəklərini bildirirlər. Biz vaxtında araşdırıb, aidiyyəti qurumlar qarşısında məsələni qaldırırıq. Mənim üzərimə düşən iş seçicilərlə, dövlət orqanları və aidiyyəti qurumlarla əlaqə yaratmaqdır. Düşünürəm ki, üzərimə düşən vəzifəni layiqincə icra edirəm. Bacardığım qədər də müsbət nəticələr əldə etməyə çalışıram.

- Elə olubmu ki, seçicilərinizin şikayəti ilə bağlı dövlət orqanlarına müraciət etmisiz, amma cavabsız qalıb?

- Çox sevindirici haldır ki, əksər müraciətim müsbət cavablandırılıb. Elə məqamlar olur ki, haqsız məsələlər, birtərəfli iddialarla qarşılaşırıq. Bəzən hüquq-mühafizə, məhkəmə orqanlarının səlahiyyətində olan məsələlərlə bağlı müraciətlərlə qarşılaşırıq. Həmin şəxsə heç cür köməklik edə bilmirik. Yenə də məsələ ilə bağlı arayışlar alıb, seçicini məlumatlandırırıq. Mən hətta çalışıram ki, vaxt tapıb seçicimi bu arayışla bağlı özüm məlumatlandırım ki, başqa fikir yaranmasın.

- Bilirsiniz ki, zaman-zaman ölkəmizə qarşı qarayaxma kampaniyaları aparılır. Sonuncu dəfə Mehman Hüseynov məsələsində sui istifadə etmək istədilər, amma alınmadı. Həmişə olduğu kimi xalqımız onlara inanmadı. Bununla bağlı fikirləriniz bilmək istərdik?

- Proses başlayan zaman mən öz fikrimi söylədim. Bir çox beynəlxalq təşkilatlar, eləcə də Avropa İttifaqı tələsdi. Bu məsələ həllini tapmamış, qanun çərçivəsində qərar verilməmiş fikir bildirildi. Biz burada təxribatın şahidi olduq. Onlar burada çox gizli gedişlər etdilər. Hədəf və məqsəd sadəcə bir şəxsin aclıq kampaniyasına başlamaq istəməsi məsələsi deyildir. Gördünüz ki, bu məsələ silsilə şəkildə aparıldı. Özünü müxalifət adlandıran və xarici qüvvələrə işləyən bu insanlar özlərinin iç dünyasını açıb ortalığa qoydular. Çox şad oldum ki, Prezidentimiz cənab İlham Əliyev humanist addım ataraq, bu məsələyə qarışdı. Gördüyünüz kimi, aydın oldu ki, əslində bu təxribatdır. Biz bu hadisələrin fonunda Ermənistanda ölüm hadisəsinin şahidi olduq. Təəssüflər olsun ki, Mehman Hüseynov məsələsinə sərt münasibət göstərən həmin beynəlxalq təşkilatlar ikili standart yürütdüklərini bir daha göstərdilər. Bizim üzərimizə düşən bir iş var: Przidentimiz ətrafında sıx birləşib, bu inkişaf yolunu davam etməkdir. Çalışmalıyıq ki, bizi istəməyən qüvvələrin təsiri altına düşməyək ki, xırda məsələləri böyütsünlər.

- Təəssüf ki, Əli Kərimli və onun kimi digər dövlət xainləri çox zaman məqsədləri, təxribatları üçün əsasən gənclərimizdən istifadə edirlər. Bu barədə gənclərimizə hansı məsləhətlər verərdiz?

- Müxalifət olmaq cinayət deyil. Bizdə də müxalifət partiyaları var. Onlar parlamentdə də təmsil olunurlar. Biz qarşı tərəfi, onların qaldırdıqları məsələləri dinləməliyik. Müxalifət bir növ iqtidarın güzgüsüdür. Amma təəssüf ki, adını çəkdiyiniz şəxslər özlərini müxalifət kimi deyil, birbaşa xarici qüvvələrin nümayəndəsi kimi təmsil olunurlar. Onlar müxtəlif variantlara əl ataraq nəinki gəncləri müxtəlif təbəqədən olan insanları öz tərəflərinə çəkmək istəyirlər. Biz seçkilərdə də görürük ki, onlar məğlub olurlar. Xalq onlara inanmır, ətraflarına topladıqları kütlə yoxdur. Sadəcə bir neçə insanlar var ki, onları müxtəlif vasitələrlə aldadırlar. Onların ətrafına topladıqları insanların böyük əksəriyyəti xaricə mühacirət etmək istəyən insanlardır. Onlar mitinqlərə gəlib, şəkil çəkdirirlər, saxta arayışlar alırlar, pul müqabilində müxalifət qırıntıları ilə əməkdaşlıq edirlər. Bu da dəfələrlə ifşa olunub. Biz bu gün demokratik şəraitdə yaşayırıq. Mitinq və toplantılar keçirilə bilər. Lakin insanlar ixtişaşlara çağırılmamalıdır. Bu artıq cinayətdir. Təbii ki, bu proseslərdə hüquq mühafizə orqanları vəzifələrini icra etməlidir. Çünki demokratik mübarizə, seçki zamanı keçirilən mitinq və görüşlər fərqlidir. Seçkidən sonra keçirilən mitinqin məqsədi öz ətraflarında olan insanları qoruyub saxlamaqdır. Ancaq xalqı qarşıdurmaya, ixtişaşa dəvət etmək özü cinayətdir. Biz buna yol verməməliyik. Bu cür hadisələri törətmək istəyən insanların qarşısı hüquq-mühafizə orqanları tərəfindən qəti şəkildə alınmalıdır.

İşə piyada gedib-gələn azərbaycanlı deputat: "Arada taksi və avtobusdan istifadə edirəm" - MÜSAHİBƏ- Zaman-zaman beynəlxalq təşkilatlarda, eləcə də AŞPA-da Azərbaycana qarşı haqsız mövqe nümayiş olunur. Belə kampaniyaların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

- Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə daxili siyasətlə yanaşı, xarici ölkələrlə əlaqələrin qurulması, əməkdaşlıq yüksək səviyyədə aparılır. Ölkə başçısı xarici ölkələrə səfərlər çərcivəsində beynəlxalq tədbirlərdə ölkəmizi yüksək səviyyədə təmsil edir, Azərbaycan üçün əhəmiyyətli görüşlər keçirir, sazişlər imzalayır. Məhz, cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində ölkəmizin nüfuzu hər gün artır. Biz sevinirik ki, beynəlxalq arenada 15 il əvvəllə bu gün Azərbaycana olan münasibət çox fərqlənir. Beynəlxalq təşkilatlarda Milli Məclisin deputatlarının Azərbaycanı çox yüksək şəkildə təmsil etdiklərini qeyd etmək yerinə düşər. Beynəlxalq təşkilatlarda deyilənlərlə görülən işlər üst-üstə düşmür. Biz dəfələrlə ikili münasibətin şahidi olmuşuq. Bütün bunlara baxmayaraq üzərimizə düşən işi əzmlə, inamla davam etdiririk. Beynəlxalq təşkilatlara arayışlar, məlumatlar veririk. Onların irəli sürdüyü məsələlərə aydınlıq gətiririk. Ancaq bəzən onlar bizi dinləyib, məsələ ilə bağlı məlumatları olsa da yenə qərəzli mövqedən çıxış edirlər. Buna baxmayaraq, bizə etimad edilən vəzifəni layiqincə həyata keçirməli, xarici parlament və beynəlxalq təşkilatların namayəndələri ilə mütəmadi olaraq əlaqələrimizi davam etdirməliyik.

Bu həm qrup, həm də fərdi şəkildə ola bilər. Biz onları mütəmadi məlumatlandırmalıyıq. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın rəhbərliyi ilə Xocalıya Ədalət kompaniyası başladıldı. O vaxta qədər Xocalı ilə bağlı beynəlxalq təşkilatlarda məlumat yox idi. Ancaq bu gün lazımi məlumat var. Xocalı soyqırımından danışan zaman təəssüf hissi ilə bu hadisəni xatırlayırlar. Artıq uzun müddətli, davamlı şəkildə aparılan məlumatlandırma kampaniyası öz nəticəsini verir. Mənfur qonşularımızın əsassız iddialarına heç kim inanmır. Bu sahədə mübarizəmizi davam etdirməliyik. Vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq xaricə səfər edən hər bir azərbaycanlı həqiqətləri öz ətrafındakı insanlara çatdırmalıdır. Yaxşı bilirsiz ki, ermənilər uzun müddət diaspora işi ilə məşğul olublar. Yalanları gerçək kimi təqdim edib, tarixi saxtalaşdırıblar. Şükürlər olsun ki, haqq səsimizi dünyaya çatdıra bilmişik, artıq Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir.

- Naqif bəy, bilirsiniz ki, Ermənistan hər zaman Azərbaycanla danışıqlardan qaçır. 2019-cu ildə onlar Azərbaycanla danışıqlara gedəcəklərmi?

- 90-cı illərdə çox uğursuz siyasət yeridildi. Müsavat və AXCP hakimiyyətdə olan zaman bizim torpaqların 20 faizi işğal olundu. Xalqın təkidli istəyi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Çox çətin dövr idi. Büdcə demək olar ki, sıfıra yaxınlaşmışdı. İqtisadi vəziyyət ağır idi. Ölkədə müharibə şəraiti hökm sürürdü. Buna baxmayaraq ulu öndərin uğurlu siyasəti nəticəsində 1994-cu ildə atəşkəs elan olundu. Hər zaman sülhün tərəfində olan ölkəmiz fitnə-fəsaddan qorunmaq, özünü müdafiə etmək məqsədi ilə ordumuzun güclənməsinə sahəsində müəyyən addımlar atdı. Artıq Azərbaycan Ordusu ilk əllilikdədir. Aprel döyüşlərində də düşmənlər anladı ki, Azərbaycan lazım olarsa hərb yolu ilə istənilən an işğal altında olan torpaqlarını qaytara bilər. Ölkə Prezidenti cənab İlham Əliyev də dəfələrlə öz çıxışlarında bildirib ki, biz sülhün tərəfindəyik. Ölkəmizin xoş məramı dünya miqyasında bəllidir. Şərqlə Qərb arasında körpüyə çevrilən Azərbaycan beynəlxalq layihələrin həyata keçirilməsində söz sahibi edib. Bakı-Tiflis-Qars Dəmir Yolu Xəttinin istifadəyə verilməsi ölkəmizi tranzit ölkəyə çevrib. Bu il artıq biz sərnişin və yük daşımanın şahidi olacağıq. Bu gün Azərbaycanın iqtisadi və siyasi gücü çox qüvvətlidir. Gürcüstanla Ermənistanı müqayisə etsək görərik ki, Gürcüstan Azərbaycanın qoyduğu sərmayədən çox yaxşı yararlanır. Ermənistan isə işğalçı siyasəti nəticəsində özünü blokada rejiminə salıb. Əvvəlki cinayətkar hakimiyyət torpaqlarımızı işğal etdi, Xocalı soyqrımını törətdi, qırğınlar, faciələrlə yadda qaldı. Yeni hökumət əvvəlkilərin səhvini təkrarlamasa, danışıq masasına oturub sülh yolu ilə Dağlıq Qarabağın qaytarılmasına razılıq versə Ermənistanın blokadadan çıxma ehtimalı artar. Çünki Ermənistanın inkişaf yolu Dağlıq Qarabağ probleminin həllindən keçir.

İşə piyada gedib-gələn azərbaycanlı deputat: "Arada taksi və avtobusdan istifadə edirəm" - MÜSAHİBƏ- Prezident cənab İlham Əliyevin gənclərə diqqət və qayğısının bariz nümunələrindən biri də "Asan xidmət"in yaradılması oldu. Çünki bu qurumun yaradılması əhaliyə yüksək xidmət göstərilməsi ilə yanaşı, bir çox gənclərin də işlə təmin olunmasına səbəb oldu. Bundan əlavə 2018-ci ildə ölkə Başçısı cənab İlham Əliyevin imzaladığı sərəncam ilə gənc kadrlar bir sıra qurum və nazirliklərdə rəhbər vəzifələrə gətirildi. Naqif bəy, gənc kadrların yüksək vəzifələrə gətirilməsi ölkəmizə nələri qazandıra bilər?

- Hər bir dövlətin gələcəyi onun savadlı gəncliyindən aslıdır. Müstəqil Azərbaycanda əsası ulu öndər tərəfindən qoyulan gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərə böyük şanslar verilib, onlar üçün hər cür şərait yaradılıb. Bakıda və bölgələrdə Gənclər evi yaradılıb. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və bu kimi gənclərin fəaliyyətini dəstəkləyən qurumlar fəaliyyət göstərir. Gənclərimizin xaricdə təhsil alması ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb, həyata keçirilir. Universitetlərin potensialı artaraq, dərs prosesləri Avropa standartlarına uyğunlaşdırılıb. Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Gəncə Dövlət Aqrar Universiteti və digər ali təhsil müəssisələrində savadlı kadrlar hazırlanır. Dövlət də onların bacarığına, qabiliyyətinə etibar edir, etimad göstərir, yüksək postları onlara həvalə edir. Sevindirici haldır ki, dünyada Azərbaycanın markasına çevrilən "ASAN xidmət"də çalışanlar məhz gənc kadrlardır.

- Sonuncu toplantıda ölkə Başçısı məmurlara xəbərdarlıq etməklə yanaşı struktur islahatlarından da ətraflı bəhs edib. Bu barədə fikirlərinizi bilmək istərdik?

- Burada bir məqsəd var-çevik idarəetməni təşkil etmək. Bir-birini təkrarlayan qurumların birləşdirilməsinin şahidi olduq. Prezident cənab İlham Əliyevin də tək məqsədi cevik idarəetməni həyata keçirməkdir. Çünki müasir dövrün tələbi budur. İnformasiya texnologiyalar bizə verdiyi imkanları düzgün dəyərləndirsək çox asanlıqla biz bunu həyata keçirə bilərik. "ASAN xidmət" Mərkəzlərində, DOST Agentliyində vətəndaşların rahatlığını təmin etmək hər bir şəraiti yaradıb. Burada 3-cü şəxsə ehtiyac yoxdur. İstənilən vətəndaş aidiyyəti quruma müraciət edərək qısa vaxt ərzində özünə lazım olan məsələləri həll edə bilər. Bundan əlavə bu islahatlar maliyyə sərfiyyatının qarşısını da alır. Gələcəkdə biz ölkədə bu prosesin sürətlə inkişafının şahidi olacağıq.

- Ölkə başçısı şəhid ailələri ilə görüşdən sonra mühüm fərman imzaladı. Gəncədə yaşayan neçə şəhid ailəsinə birdəfəlik müavinət ödənilib?

- Prezident cənab İlham Əliyevin şəhid ailələri ilə son görüşü bir daha təsdiq etdi ki, o, hər bir vətəndaşın yanındadır. Dövlətimiz sosial yönümlü layihələr həyata keçirir. Torpaq azadlığı uğrunda şəhid olanların ailələrinə, əlillərə dövlət tərəfindən daim xüsusi qayğı göstərilir. Müharibə veteranlarına avtomobillər hədiyyə edilir, qaçqın və məcburi köçkün ailələrinə mənzillər verilir, şəhid ailələri hər zaman qayğı ilə əhatə əhatə olunurlar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim şəhid, qaçqın və məcburi köçkün ailələri ilə görüşür, onların problemlərinin həllində yaxından iştirak edir.
Gəncədə də mütəmadı olaraq şəhər rəhbərliyi tərəfindən şəhid ailələri ilə görüşlər keçirilir, onların istənilən problemi yerindəcə həll olunur. Şəhid ailələrinin mərhələli şəkildə evlə təmin olunur. Şəhid ailələrinə mənzil verilməsi ilə bağlı sənədlərin toplanması heç bir maneə törədilmədən həyata keçirilir. Bu məsələlərlə millət vəkili kimi mən də maraqlanıram. Bununla bağlı mənə də bir-iki müraciət olub. Qısa müddət ərzində problemin aradan qaldırılmasında müəyyən işlər görüldü.

- İctimai nəqliyyatdan istifadə edirsinizmi? Ötən günlərdə Bakı metrosunda olan şəkliniz sosial şəbəkədə ciddi müzakirəyə səbəb oldu.

- Bu məsələdə bizim də günahımız çoxdur. Çünki biz əvvəllər məmurları, vəzifədə olan şəxsləri çox böyüdüb, şişirdirdik. Onlar barəsində mif yaradırdıq. Bizim üçün əsas nümunə ulu öndərimiz, daha sonra isə Prezidentimiz cənab İlham Əliyevdir. Ölkə Prezidentinin xalqa olan sevgisi, onlara göstərdiyi diqqət, qayğı, vətəndaşlarla qurduğu ünsiyyət bizim üçün örnəkdir. İctimai nəqliyyatdan istifadə edib, xalqla bir yerdə olmaq bizim vəzifəmizdir. Mən həm də Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədriyəm. Təbii ki, mən də xidməti maşınla təmin edilmişəm və ondan Gəncə şəhərində istifadə edirəm. Lakin işə bacardığım qədər piyada gedib-gəlirəm. Bakıda olanda isə ictimai nəqliyyatdan və taksidən istifadə edirəm. Şəhərdə piyada gəzməyimin daha bir üstün çəhəti ondan ibarətdir ki, seçicilərimlə daha çox təmasda oluram. Daha çox piyada gəzəndə vətəndaşlar mənə yaxınlaşır, ürək sözlərini çatdırırlar.

- Gənc olmağınıza baxmayaraq çox böyük uğurlara imza atmısınız. Uğurlarınızın sirrini bilmək olarmı?

- Mənim uğurlarımın heç bir sirri yoxdur. Özümü dərk edəndən ulu öndər Heydər Əliyevi özümə ideal seçmişəm. Ulu öndərimizin həyatını, fəaliyyətini həmişə özümə nümunə götürmüşəm. İnsanın mövqeyi, amalı aydın olanda, bir qədər də buna çalışqanlıq qatanda istədiyin yüksəkliyi fəth edə bilərsən. Bəzən görürsən ki, bir çox gənclərimiz tələsirlər, uğuru tez əldə etməyə çalışırlar. Ancaq unudurlar ki, zəhmətsiz əldə edilən uğurdan heç kimə fayda gəlməz. Mən çox şanslıyam. Şanslıyam ki, Azərbaycan respublikasının vətəndaşıyam. Dövlətimiz, partiyamız mənə böyük etimad göstərib. Mən də çalışıram ki, bu etimadı əməlimlə, fəaliyyətmlə, Vətənə, dövlətimə xidmətimlə doğruldum.

- Bu gün bir çox region gəncləri iş yerlərinin olmamağını bəhanə edərək paytaxta üz tuturlar. Siz regionda yaşayan bir gənc kimi uğurlara imza atmısız.

- Bu gün Azərbaycanın bütün bölgələrində inkişafın, tərəqqinin şahidi oluruq. Şəhərlərin, rayonların, hətta kəndlərin həm siması dəyişib, həm də yeni iş yerləri açılıb. Bakıda oldduğu kimi bölgələrdə də gənclər siyasəti uğurla həyata keçirilir. Şəhərdə yaşayan şəxslərin bir çoxu artıq rayonlara və kəndlərə qayıdır. Artıq bölgələrdə sahibkarlıq üçün münbit şərait var. Regionlarda hər hansı bir sahəni seçib, özünü inkişaf etdirmək daha asandır. Dövlət tərəfindən aqrar sahəyə ayrılan diqqət, ayrılan maliyyə region gənclərinin məşğulluğuna birbaşa təsir edəcək. Gənclər Fondunun səlahiyyətlərinin artırılması da region gənclərinə böyük stimul verir, onların maraqlı, yeni layihələr keçirməsinə şərait yaradır. İnanın ki, yaxın 2-3 ildə "iş tapmıram" deyib Bakıya gələn gənclər öz kəndlərinə və rayonlarına qayıdacaq, onlara yaradılan şəraitdən yararlanacaqlar.

- Naqif bəy, ölkədə təhsilin bugünki durumunu necə qiymətləndirisiniz?

- Bütün sahələrdə olduğu kimi təhsildə də inkişaf var. Mütəmadı olaraq islahatlar həyata keçirilir. Son illər müəllim peşəsinə istək artıb. Sevindirici haldır ki, müəllim olmaq isyəyənlərin əksəriyyəti yüksək nəticələrlə ali məktəblərə qəbul olan abuturiyentlərdir. Təhsildə aparılan islahatlar 1-2 ilə öz bəhrəsini verə bilməz. Bunun üçün uzun müddət lazım olur. Müəllimlərin maaşının artırılması, 3000-ə yaxın orta ümumtəhsil müəssisələrinin yenidən tikilməsi, bərpa edilməsi, maddi- texniki bazanın gücləndirilməsi təhsil sahəsinin inkişafına təkan oldu. Artıq övladlarımızın üzərinə oxumaq, müəllimlərin üzərinə isə düzgün təhsil vermək düşür.

- Bəs dərsliklərdəki problemlər?

- Bəli, qəbul edirəm ki, dərsliklərin sayı, dərs yükü ağırdır. Bu problemin aradan qaldırılması da zaman tələb edir. Düşünürəm ki, bir müddətdən sonra bu problem də aradan qaldırılacaq. Çünki biz 20 il bundan əvvəlki informasiya ilə bu günü müqayisə etsək görürük ki, həddindən artıq bolluq var. Bu gün övladlarımıza daha çox savad və bilik verməyə borcluyuq. Ancaq irəlidə mən fikirləşirəm onlar planşetlərdən istifadə edəcəklər. Ehtiyac olmayacaq ki, şagirdlər məktəbə 15-20 dərs vəsaiti aparsınlar. Artıq, orta məktəblərdə elektron siniflər yaradılır. Fikirləşirəm ki, gələcəkdə şagirdlərimiz üçün bu proseslər elektronlaşdırılacaq. Şagirdlərimiz elektron şəkildə lazım olan dərsliyi əldə edə biləcəklər. İstənilən halda təhsildə inkişafı görmək istəyiriksək bizim hər birimiz buna öz töhfəmizi verməliyik. Çünki təhsil önəmlidir. Biz Təhsil Nazirliyinin fəaliyyətinə dəstək olmalıyıq. Hər hansı nöqsan və qanun pozuntusu olarsa qaynar xəttə zəng edib, məlumat verməliyik. Müəllimlərin üzərində ictimai nəzarət olmalıdr. Valideynlər mütləq nəzarət mexanizimini həyata keçirməlidir ki, xoşagəlməz hallarla biz qarşılaşmayaq. Ölkə Prezidentinin də istəyi və göstərişi birbaşa ondan ibarətdir ki, təhsil üçün nə şərit lazımdırsa yaradılsın.

İşə piyada gedib-gələn azərbaycanlı deputat: "Arada taksi və avtobusdan istifadə edirəm" - MÜSAHİBƏ- Repetitor problemini necə aradan qaldıraq?

- Repetitor problemi sovet dövründə də, bu gün də var. Ancaq hazırda bu bəlalı bir vəziyyətə çatdırılıb. Çünki məktəbəqədər hazırlığa gedən uşağın da repetitor yanına getməyi artıq ifratçılıqdır. Valideyn öz övladına vaxt ayırmaq istəmir. İbtidai sinifdə oxuyan şagirdlərin hazırlığa getməyini ümumiyyətlə anlamıram. Burada günah müəllimdən çox valideynlərdədir. Valideyn istəyir ki, övladı səhər saat 8-dən evdən çıxsın saat 5-də evə gəlsin. Hər kəsə bəllidir ki, müəllim buna maraqldır. Ona görə də bütün problem bizim üzərimizə düşür. Bundan əlavə dərsliklərdə izahatın ağır olması da problem yaradır. Ancaq istənilən halda təhsilin səviyyəsi qalxdıqca bu problemlər öz həllini tapacaq. Biz övladlarımıza vaxt ayıra bilsək məncə repetitora ehtiyac qalmaz. Yuxarı siniflərdə şagirdlər dərslərini yaxşı oxusa düşünürəm ki, yalnız zəif olduğu fəndən kursa və ya repetitor yanına gedə bilər.

- Siz işinizlə bağlı olaraq həm Bakıda, həm də Gəncədə olursunuz. Bu gərgin iş şəraitində işləməyiniz övladlarınızın narazılığına səbəb olurmu?

- Bu peşəni seçən zaman belə olacağını bilirdik. Çünki istənilən halda Azərbaycanın bütün övladları bizim balalarımızdır. Biz sadəcə öz evimizdə böyüyən üçün deyil, bütün uşaqlar üçün çalışırıq. Çünki onların hər biri bizim gələcəyimizdir. Bütün bunlara baxmayaraq istirahət günlərində mən çalışıram ki, övladlarıma vaxt ayırım. Onlarla vaxt keçirim. Ancaq çox zaman olmur. Olanda da kifayyət etmir. Bəzən biz istirahət günlərində də işləyirik. Ona görə də bu təbiidir. Təəssüf ki, biz övladlarımızın böyüdüyünü hər gün görə bilmirik. Yollar, xarici səfərlər, axşama qədər işləmək buna imkan vermir. çalışıram ki, onları dərsə özüm aparım. Onlarla vaxt keçirim. Hətta mən övladlarımdan da öyrənirəm.

- Bu gün ailə problemlərinin bu qədər verilişlərdə müzakirə edilməsinə münasibətiniz necədir?

-Buna informasiya terroru deyirlər. Bu gün elə bir zamanda yaşayırıq ki. smartfonlar, telefonlar, televiziya vasitəsilə reytinq yığmaq məqsədi ilə hazırlanan verilişlərdə müşazirəyə çıxarılan ailə dramları evimizə qədər daxil olur. Həmin şəxslər düşünmürlər ki, öz əməllərinə görə insanlarda əsəb gərginliyi yaradırlar. Ona görə də bunun əleyhinəyəm. Hüquq mühafizə orqanlarımız var. Efirlərə çıxmazdan öncə onlara müraciət etsinlər. Sosial şəbəkələrdə ifrat şəxsi həyatın təbliğinin əleyhinəyəm. Biz sosial şəbəkələrdən, internetdən müsbət məqsədlər üçün istifadə etməliyik. Düşünürəm ki, biz bu məsələdə diqqətli olmalıyıq. Təəssüf ki, bu cür verilişlər və xəbərlər daha çox izlənilir. Biz təbliğatı artırmalıyıq. Bu məsələdə jurnalistlərin üzərinə çox iş düşür.

- Son zamanlar deputatlarımız Milli Məclisə akkreditasiya olunan jurnalistlərdən inciyirlər. İddia edirlər müzakirələr zamanı bizim fikir yalnış təqdim olunur. Bu məsələdə günah jurnalistlərdədir, yoxsa fikrini düzgün çatdıra bilməyən deputatlardadır?

- Bəzən bir cümlənin əvvəlində 2 sözü götürüb onu yayımladıqda başqa bir məna verir. Çıxışın əvvəlini və sonunu deyil ortasını verəndə başqa bir fikir yaranır. Ona görə də mənim fikrimcə burada əsas problem jurnalistlərin informasiyanı birinci vermək istəyi ilə bağlı olur. Onlar eşidən kimi yazırlar. Məncə burada əsas tələskənliyə yol verilməməlidir. Problemli məsələ varsa iclas bitən zaman deputata müraciət edilməlidir. Çünki bəzən olur ki, səs düzgün getmir, görüntü itir. Ona görə də jurnalistlər tələsməsinlər. Deputaların bir məqsədi var: xalqın səsini ictimaiyyətə çatdırmaq. Deputatın reytinqə ehtiyacı yoxdur. Ancaq bəzi jurnalistlər deputatın adından istifadə edib reytinq qazanmaq istəyir.

-Asudə vaxtınızı necə keçirirsiniz?

- Mən sağlam həyat tərsi keçirirəm. İstəmirəm ki, tez-tez həkimlərə müraciət edim. Bu baxımdan idmanla məşğul oluram. Tez-tez yürüşlər edirəm. Bundan əlavə istəyirəm ki, özümü inkişaf etdirəm. Vaxt tapan kimi araşdırmalar apardığım istiqamətdə kitablar oxuyuram. Bundan əlavə asudə vaxtlarımı övladlarıma və Gəncədə yaşayan, şəhərin ictimai-siyasi həyatında fəallıq göstərən gənclərlə keçirməyə üstünlük verirəm.

Sosial   Baxılıb: 1483   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR