Ermənilər QORXU İÇİNDƏ: Azərbaycan-İsrail dostluğuna qarşı bu müsəlman ölkəsini...

Ermənilər QORXU İÇİNDƏ: Azərbaycan-İsrail dostluğuna qarşı bu müsəlman ölkəsini..."Ermənistan Qətərdə səfirlik açacaq. Kiçik bir mütləq monarxiyada, dünyanın ən böyük üçüncü böyük təbii qaz ehtiyatına sahib olan və adambaşına düşən ən yüksək gəlirlərdən birinə sahib olan kiçik bir monarxiyada. Burada təəccüblü bir şey yoxdur. Yalnız bunun niyə bu gün elan edildiyi maraqlıdır".

Publika.az xəbər verir ki, bunu ermənistanlı jurnalist Ruben Gülmisaryan "Təsadüf? Ermənistanın Qətərdəki səfirliyi İsrailin Bakı üçün istehsal etdiyi PUA-lara cavabdır" adlı yeni analizində yazıb.

Qətər dövlətinin iqtisadi imkanlarına xüsusilə diqqət mərkəzinə çəkən jurnalist Ermənistanın bu əməkdaşlıqdan əldə edəcəyi faydaları da sadalayıb. Lakin səfirliyin açılması məsələsinin arxasında gizlənən əsl səbəblərə də yazısında yer verib.

Sözügedən məqaləni təqdim edirik:

"Ermənistanın Qətərdəki səfirliyinin açılması barədə qərar erməni hökumətinin iclasında təsdiq olundu. İndi bizim Fars körfəzində yerləşən kiçik əmirlikdə səfirliyimiz olacaq. O əmirlik ki, orada dünya miqyasında adambaşına düşən ən yüksək ortalama gəlir var və həmin əmirlik cəmi 2,5 milyon əhalinin yüksək həyat səviyyəsini təmin edir. Ölkə yaxşıdır, yalnız çox istidir. Yayda 50 dərəcə temperatur olur. Lakin həyat səviyyəsinin bu qədər yüksək olduğu ölkə üçün bu temperatur problem deyil. İstiliklə mübarizə mümkündür. Göründüyü kimi, ən zəngin ölkələrdə də müəyyən problemlər var.

Ermənistanın Qətərlə dostluq münasibətləri, bu ölkədəki yüksək həyat standartı və investisiya imkanları, son dövrdə artan Ermənistan-Qətər arasındakı ticarət dövriyyəsi, eləcə də Ermənistana gələn turist sayının nəzərə alınması ilə tərəflər Qətərdə səfirlik açılmasına dair razılığa gəliblər", - Ermənistan hökumətinin qətnaməsində qeyd olunub.

Əmirlik səfirliyin saxlanılması üçün lazım olan 2 milyon dollardan az vəsaitin böyük hissəsini öz öhdəsinə götürməklə cəsarətli bir jest etdi. Belə ki, Qətərdəki səfirliyinin saxlanılması üçün illik xərc 192 584 dollardır. Bu məbləğin 110 min dollarını üç il ərzində Qətər dövləti ödəyəcək. Bundan əlavə, səfirlik üçün məkan, bina və iki rəsmi avtomobil təmin ediləcək. Eyni zamanda, Qətər İrəvanda öz səfirliyini açmağa hazır olduğunu da elan edib.

Bununla belə, Qətər çətin bir coğrafi bölgədə yerləşir. O, qonşuları Səudiyyə Ərəbistanı və İran tərəfindən sıxışdırılmış bir kompleks ölkədir. İran-İraq müharibəsi dövründə Qətər İraqı dəstəklədi və Tehranla münasibətlərini pozdu. Lakin bir müddət sonra tərəflər arasında münasibətlər elə dərəcədə yaxşılaşdı ki, bu bir sıra ərəb dövlətləri ilə diplomatik əlaqələrə ara verilməsinə səbəb oldu. Qətərin Ən-Nüsra, Müsəlman Qardaşlar və hətta İslam Dövləti (İD terror təşkilatı Rusiyada və bir sıra başqa ölkələrdə qadağan edilməkdədir) kimi təşkilatlarla sıx əlaqədə olduğu iddia edilir. Eləcə də onlara maliyyə və ideoloji dəstək verdiyi bildirilir.

Əlbəttə ki, belə şəraitdə Qətərlə İsrail arasındakı diplomatik əlaqələr barədə ortada heç bir şübhəyə yer yoxdur. Çünki Qətər on il bundan əvvəl İsrail ilə ticarət missiyasına son verdi. Lakin Qətər bununla belə bəzən Təl-Əvivə qarşı müəyyən jestlər edib. Məsələn, 2013-ci ildə Yəmən yəhudilərinin İsrailə getməsi üçün kömək etdi və İsrail idmançılarının 2022-ci ildə Dünya Kubokuna (Qətərdə keçiriləcək) qatılmasına icazə verib.

Bu fonda bir sual yaranır: Təl-Əvivin istehsal etdiyi və Aprel döyüşləri zamanı erməni mövqelərini məhv edən "Kamikadze" ləqəbli "Orbiter 1K" pilotsuz təyyarəsinin Azərbaycana satılması ilə bağlı lisenziyanın yenilənməsindən dərhal sonra Ermənistanın Dohada səfirlik açması xəbərinin yayılması təsadüfdürmü?

Bəlkə də deyil. Çünki lisenziya məsələsi Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfər edəcəyi xəbəri elan edildikdən sonra ortaya atıldı (səfər fevralın sonuna planlaşdırılıb).

Burada həmçinin xatırladıram ki, Ermənistanla Qətər arasındakı rəsmi münasibətlər 2017-ci ildə Ermənistan prezidenti Serj Sərkisyanın əmirliyə səfəri ilə başlamışdır. Bu səfər körfəz ölkələrinin Qətəri diplomatik blokadaya aldığı dövrlərdə baş tutub. Daha sonra isə xarici işlər naziri Edvard Nalbandyan Dohaya yola düşdü. Bu səfərdən bir ay sonra İsrailin regional əməkdaşlıq naziri Tsaki Aneqbi səfəri ilə İrəvanı sevindirdi. O, sonra baş nazir Karen Karapetyan, parlamentin spikeri Ara Babloyan və Edvard Nalbandyanla görüşdü. Həmin vaxt Serj Sərkisyan məzuniyyətdə idi. Buna görə də, Haneqbi ilə görüşə bilmədi. Lakin Haneqbi gələndən bir həftə sonra Sərkisyan İran prezidenti Həsən Ruhaninin inauqurasiya mərasiminə qatılmaq üzrə Tehrana səfərə hazırlaşdı və məzuniyyətini yarımçıq qoydu. Aydındır ki, İsrailli nazirlə görüş nüfuzlu ölkənin prezidentinin və Ermənistanın yaxşı qonşusunun inaqurasiya mərasiminə qatılmaqla müqayisə edilə bilməz. Bununla belə, Təl-Əvivdə İranla hər hansı əlaqələr həddən artıq qıcıq yaradır.

Və son yarım ildə baş verən hadisələrin bu ardıcıllığı onun təsadüfi olduğuna şübhə etmək üçün səbəb verir. Əlbəttə, bu barədə konkret nəticəyə gəlmək mümkün deyil. Amma səfirlik açma qərarı da özlüyündən ortaya çıxmayıb.

İsrail şirkətinin lisenziyasının bərpasından sonra Dohada erməni səfirliyinin açılması barədə məlumatın çıxması təsadüfi deyilsə, bu, Təl-Əvivə cavab ola bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1826   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel