Ermənistandakı rus hərbi bazası Paşinyanı devirə bilərmi?

Ermənistandakı rus hərbi bazası Paşinyanı devirə bilərmi?Rusiya Müdafiə Nazirliyi yanında İctimai şuranın üzvlərindən ibarət nümayəndə heyəti Ermənistandakı 102-ci hərbi bazaya baş çəkib. "Moskovskiy Komsomolets" qəzeti həmin səfərlə bağlı bazadan reportaj hazırlayıb.

"Rusiyanın xaricdəki hərbi bazalarının sayı elə də çox deyil. Onların hər biri özünə görə unikaldır. Lakin Ermənistanın Gümrü şəhərində yerləşən, Aleksandr Nevski ordenli 102-ci baza xüsusilə fərqlənir. Bu, Rusiya ilə birbaşa quru əlaqəsinə malik olmayan yeganə forpostdur. Və hərbi münaqişə halında o, hansısa müddət ərzində düşmənlə təkbətək qalmalı olacaq"-qəzet yazır.

Məqalədə deyilir ki, Gümrüdən cəmi 16 kilometr məsafədə yerləşən Türkiyə NATO-nun üzvüdür, qərb tərəfdə "dost olmayan" Gürcüstan dayanır, Dağlıq Qarabağda isə hələ də közərən münaqişə ocağı qalır. "Bütün bunlar 102-ci bazanı regionda yeganə sülhyaradıcı qüvvəyə çevirir"-Rusiya qəzeti vurğulayır.

"Bizim bazanın başlıca vəzifəsi regionda heç kim müharibə başlamaq barədə niyyətə belə düşməsin. Bu o deməkdir ki, biz həmişə tam döyüş hazırlığında olmalıyıq. Ona görə də daim məşq edirik, erməni ordusu ilə birgə təlimlər keçiririk, qarşılıqlı fəaliyyəti sınaqdan keçiririk"-hərbi bazanın komandiri, polkovnik Vladimir Yelkanov deyib.

Qəzet qeyd edir ki, Rusiyanın Cənubi Qafqazdakı "hərbi nümayəndəliyində" 5500 əsgər və zabit xidmət keçir, onlardan 1500-i çağırışçılardır. Motoatıcıları tank batalyonu, bir neçə raket və artilleriya diviziyonu, xüsusi təyinatlı rota, pilotsuz aviasiya operatorları bölməsi dəstəkləyir. Bütün bu qruplaşmanı Yerevan yaxınlığındakı "Erebuni" aerodromundakı aviapolk dəstəkləyir. Bir neçə dəqiqə ərzində MiQ-29 qırıcılarından və Mi-24 zərbə vertolyotlarından ibarət qüvvə qoşunlara köməyə gəlməyə hazırdır.

Rusiya MN yanında İctimai şuranın sədri, "Moskovskiy Komsomolets" qəzetinin baş redaktoru Pavel Qusev də öz təəsüratlarını bölüşüb. Deyib ki, 102-ci baza doğrudan da Rusiyanın cənub forpostudur. "Onlar burada ona görə xidmət edirlər ki, biz "böyük torpaqda" dinc və sakit yaşayaq"-Qusev deyib.

Qəzetin yazdığına görə ekspertlər qeyd edirlər ki, hazırda regionda kövrək tarazlıq hökm sürür. "Gürcüstan 2008-ci il hadisələrindən sonra butulkaya girmək istəmir, açıq-aşkar NATO-ya və ABŞ-a simpatiya bəsləyən Azərbaycan hələlik dostyana neytrallığı saxlayır, Türkiyə isə hətta bizimlə sıx hərbi-texniki əməkdaşlıq qurur. 102-ci bazanın özü isə əla çəkindirici amildir. Ən azından 2044-cü ilə qədər"-məqalədə deyilir.

Lakin qəzet qeyd edir ki, situasiya istənilən an dəyişə bilər. "Üstəlik Ermənistanın özündə siyasi situasiya dinamitdən betərdir. Buna misal Yerevandakı son çaxnaşmalardır ki, qərbyönümlü Nikol Paşinyanı hakimiyyətə gətirdi. Və onda 102-ci baza məcbur olacaq ki, eyni zamanda bütün cəbhələrdə müdafiəni qoruyub saxlasın"-məqalədə Rusiya hərbi bazasının Ermənistanın özünə qarşı da tətbiq edilə biləcəyinə açıq eyhamla bildirilir. (Virtualaz.org)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1674   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - FOTO + VİDEO

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydaların

1 avqust 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021