Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yeni texnologiyalar sayəsində Türkiyənin bu sahədə dünya liderlərindən birinə çevrildiyini bildirib. Həmçinin, o, hazırda bir çox ölkənin Türkiyə PUA-larını əldə etmək üçün növbəyə düzüldüyünü qeyd edib. Bəs Azərbaycan da həmin PUA-ları əldə edə biləcəkmi?

Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən hərbi ekspert Ramil Məmmədli qeyd edib ki, Azərbaycan Ordusu "Akıncı" silahlı PUA-sını əldə edəcək:

"Artıq 15 ilə yaxın vaxtdır ki, dünyanın bir sıra ölkələri, o cümlədən də Azərbaycan Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində ixtisaslaşmış hərbi birləşmələrin yaradılması prosesinə start verib. Azərbaycan bu sahədə dünyanın qabaqcıl ölkələrindən biridir. Həm silahlı qüvvələrdə PUA-ların hərbi təyinatlı məqsədlər üçün istifadəsi baxımından, həm də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin birində istehsalı baxımından. Hələ 10 il əvvəl Azərbaycan bu istiqamətdə müəyyən addımlar atmışdı. Lakin Türkiyə bir qədər də irəli gedərək, silahlı PUA-ların yaradılması prosesini həyata keçirib.

Biz Vətən müharibəsində Türkiyə istehsalı olan "Bayraktar TB2" silahlı PUA-sından çox effektiv istifadə etmişdik. Əlbəttə, Azərbaycan bu silahlı PUA-nın əldə edilməsində xüsusi imtiyazlara malik olan ölkədir. Hələ 1994-cü ildə Türkiyə və Azərbaycan arasında strateji əməkdaşlığa dair imzalanmış müqavilədən sonra bu iki ölkə arasında hərbi-texniki sahədə hərbi təyinatlı məhsulların alınması ilə bağlı çox böyükmiqyaslı işlər həyata keçirilir. Bu da onun tərkib hissəsidir.

Azərbaycan bütün dünyada bu məhsulu, həmin PUA-ların istifadəsinin nə qədər effektiv olmasını Vətən müharibəsində bir daha nümayiş etdirdi. Hesab edirəm ki, bundan sonra dünyanın bir çox ölkələri artıq ordularında bu cür PUA-ların istifadəsinə böyük yer ayıracaqlar. Türkiyənin sonuncu "Akıncı" silahlı PUA-sı isə elə silahlı olduğu üçün öz sinfinə daxil olan ən yaxşı PUA-lardan biridir.

Etiraf etmək lazımdır ki, PUA istehsalı ilə bağlı dünyada ilk üçlükdə birinci yeri hələ də İsrail tutur. İsrail PUA sahəsində çox inkişaf etmiş layihələrə malikdir. Lakin silahlı PUA-ların yaradılması sahəsində bir qədər Türkiyədən geri qalır.

Azərbaycanın Türkiyənin bu imkanından istifadə etməsi, Türkiyənin özünün istifadə etməsi qədər realdır. Bildiyiniz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Akıncı" PUA-sının silahlanmaya daxil edilməsi üçün onun üzərinə simvolik bir imza atdı. Həmin məhsul artıq silahlanmaya daxil edildi. Ordunun texnika parkına daxil edilməsi üçün isə dünən mərasim keçirildi. Hesab edirəm ki, Türkiyə ordusunun bundan istifadə etdiyi dövrdə, paralel olaraq, Azərbaycan ordusu da həmin PUA-nı öz hərbi arsenalına əlavə edəcək. Bu, Azərbaycan ordusunun səmada imkanlarının güclənməsinə gətirib çıxaracaq.

Biz çox yaxşı bilirik ki, PUA, texniki xarakteristikasına görə, döyüş əməliyyatlarında həm hava hücumundan müdafiə sistemlərindən, həm də vizual, yəni gözlə görərək hədəfi məhv etmək kimi imkanlardan yayına bilən bir qurğudur və daha effektiv hücum əməliyyatları həyata keçirdir. Həmin PUA-lar döyüş əməliyyatlarında, Quru Qoşunlarında yerüstü əməliyyatı həyata keçirdən birləşmələrə dəstək verə bilir.

Hesab edirəm ki, Azərbaycanın Ermənistanla yenidən müharibə etməsi istisna deyil. Real danışmaq lazımdır ki, Vətən müharibəsi bitsə də, biz görürük ki, Ermənistan bu və ya digər şəkildə vəziyyəti gərginləşdirməyə çalışır. Hələ də revanşistlər Ermənistan hakimiyyətində mövcuddurlar və yenidən həmin ərazilərin işğal edilməsi xülyası ilə yaşayırlar. Bu baxımdan, Azərbaycanın öz ordusunu daha mükəmməl, daha effektiv hərbi-təyinatlı vasitələrlə təmin etməsi vacibdir. Hərbi əməliyyatlar başlayarsa, yenidən bu məhsulların effektiv istifadəsinə ehtiyac olacaq. Nəzərə almalıyıq ki, Ermənistan da bu sahədə müəyyən satınalmalar həyata keçiməyə, məsələn, Rusiyadan "Orion" PUA-sını əldə etməyə çalışır. Amma bu, silahlı PUA deyil. Hər bir halda Azərbaycan Ordusu "Akıncı" silahlı PUA-sını əldə edəcək, çünki ordunun bu sahədə olan imkanları daha da mükəmməlləşməlidir".

Rafi Müslümov


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1586   Tarix: 30 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. "Bi

5 sentyabr 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətind

22 avqust 2021
.

Azad olunan ərazilərdə aşkarlanan minaların SAYI

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan -a verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirlər

17 iyul 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021