Parkda oğlanla-qızı bir yerdə tutan polis: "Söhbəti 100 manatla həll etdik"

Parkda oğlanla-qızı bir yerdə tutan polis: "Söhbəti 100 manatla həll etdik"Özünü polis əməkdaşı təqdim edib vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Sonxeber.az-ın open.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Ş.Məmmədov özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, "Ukrayna" dairəsində yerləşən parkda gəzişərkən gənc oğlanla qızın yan-yana oturduğunu görüb onlara yaxınlaşıb: "Oğlan mənə "sən kimsən" sualını verdi, polis olduğumu dedim. Qızın ailəsi bilirmi soruşdum. O da "yox" cavabı verib, məni kənara çəkdi. Sonra həmin şəxs qızın ailəsinin bu barədə məlumatlarının olmadığını deyərək, söhbəti 100 manatla həll etdik. Çıxıb oradan getdim".

Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, hadisə zamanı üzərində boş qaz balonu olub: "Onu əvvəllər küçədən tapmışdım. Gənclərə yaxınlaşmaqda məqsədim asayişi qorumaq idi, onlardan pul almaq niyyətində deyildim".

O bildirib ki, daha əvvəllər Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 7 il 6 ay müddətinə çalışıb: "Sonra polisdən qovulmuşam".

Məhkəmədə ifadə verən zərərçəkmiş Ülvi Abdullazadə qeyd edib ki, parkda nişanlısı ilə gəzərkən bir vətəndaş ona yaxınlaşıb, polis əməkdaşı olduğunu bildirib. Ü.Abdullazadənin sözlərinə görə, Ş.Məmmədov daha sonra onu nişanlısının yanında döyüb, 100 manat pulunu alıb.

Qeyd edək ki, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib. Belə ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək "Ukrayna" dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib. Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2215   Tarix: 12 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

"Karvan İstehsalat Kommersiya Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində məhkəməyə Namiq Abdullayev Nurəddin oğlu müraciət edib. O, şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ

26 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel