Sabiq nazirlərin mənimsədiyi milyardlar yenidən gündəmdə

Sabiq nazirlərin mənimsədiyi milyardlar yenidən gündəmdəAzərbaycanda vəzifədən çıxarılan bir sıra yüksək vəzifəli sabiq məmurların var-dövləti, gözqamaşdıran sərvətləri haqda məlumatlar yeni deyil. İllərdir ki, ölkə mətbuatında bu haqda yazılar dərc olunur, xəbərlər tirajlanır. Sabiqlərin əksəriyyəti məhz vəzifədə olduqları illərdə varlanıb, biznes imperiyası qurublar. Bu gün vəzifələrini itirsələr də, dövləti talamaqla əldə etdikləri mal-mülklərinin böyük əksəriyyətini qoruyub saxlaya biliblər. Dünyanın dörd bir tərəfində gəlir gətirən obyektləri, hotelləri, ticarət mərkəzləri bu gün də var.

Aydındır ki, sabiqlərin biznesinin əsasını büdcədən talanan milyardlar təşkil edir. İlkin kapital xalqdan oğurlanan vəsaitlə təşkil olunub, doymadan yeyiblər, xaricə transfer ediblər. Bu gün də şad-xürrəm yaşayırlar.

Sabiq nəqliyyat naziri Ziya Məmmədov, onun qudası - sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, sabiq vergilər naziri Fazil Məmmədov, sabiq müdafiə naziri Səfər Əbiyev, keçmiş ekologiya naziri Hüseynqulu Bağırov və başqalarının büdcədən çırpışdırdıqlarının "sərhədləri" son dərəcə genişdir. Ziya Məmmədovun, Heydər Əsədovun əsasən Türkiyədə böyük biznesləri, hotelləri, tekstil fabriklərı, Fazil Məmmədovun, Hüseynqulu Bağırovun, Səfər Əbiyevin Avropa ölkələrində hotelləri, zavodları, Eldar Mahmudovun, onun həbsdə olan qudası Cahangir Hacıyevin Böyük Britaniyada şirkətləri haqda bu günə qədər məlumatlar yayılıb, təkzib edilməyib. Sabiqlərin bizneslərinə dair reyestrlərdən çıxarışların surətləri belə həmin yazılara əlavə olunub. Mətbuatda sabiq məmurların varidatları haqda məlumatlardakı rəqəmləri üst-üstə gəlsək, bir neçə 10 milyardı aşan rəqəmlər ortaya çıxar.

Sonxeber.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, tanınmış vəkil Əsabəli Mustafayev işdən çıxarılan məmurların əmlaklarının əllərindən alınmasının mümkünlüyünü bildirib: "Biz də eşidirik ki, sabiq məmurlar xaricdə özlərinə mal-mülk alır, ölkədən pullarını çıxarıb xaricə daşıyırlar. Bu məlumatlar yoxlanılmalı, ictimaiyyətə bu haqda xəbər verilməlidir. İctimaiyyət bu məlumatların əldə olunmasında çox maraqlıdır. Çünki bu, xalqın puludur, mənimsənilib, yeyilib, xaricə daşınıb. Burada müvafiq hakimiyyət orqanlarının məsuliyyəti var. Əhaliyə ilkin olaraq məlumatlar verilməli, araşdırma aparılıb-aparılmaması deyilməlidir. Pulların xaricdən geri qaytarılması üçün addımlar atılmalıdır. Həmin pullarla xalqın qaz, işıq, su və s. kommunal xərcləri, tibb xərcləri, kredit borcları və bu kimi çoxsaylı problemlərini həll etmək mümkündür. Elə ölkə daxilində də sabiq nazirlərin qiyməti milyonlarla ölçülən mülkləri var. Onların mülklərinin əllərindən alınması çox yaxşı olardı, amma bir şərtlə ki, həmin mülklər qanunla alınmalı və hərracda satılıb pullar büdcəyə qaytarılmalıdır. Məmurların xaricdəki əmlakları üzərinə həbs qoyulması da çox asan məsələdir".

Əsabəli Mustafayev deyir ki, hazırda Londonda Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olan bir məhkəmə çəkişməsi davam edir. Söhbət Eldar Mahmudovun qudası Zamirə Hacıyevanın Londonda istintaqa cəlb edilməsindən gedir: "Aydındır ki, həmin əmlaklar, xərclədiyi pullar Zamirə Hacıyevanın özünün olsaydı, o, məhkəmədə dərhal bu haqda ifadə verib mənşəyini göstərə bilərdi. Amma xanım Hacıyeva aylardır ki, məhkəməyə xərclədiyi pullarla bağlı sənəd təqdim edə bilmir. Azərbaycanda onun həyat yoldaşı Cahangir Hacıyevə qarşı da olduqca ciddi ittihamlar var. Söhbət 4 milyard 700 milyon manat pulun mənimsənilməsindən gedir. Belə bir vaxtda Zamirə Hacıyevanın Londonda 10 il ərzində xərclədiyi milyonlarla dolların mənbəyi hansı biznes ola bilər? Azərbaycan dövləti onların Londondakı əmlaklarına həbs qoyulub satılmasını və pulların dövlət büdcəsinə qaytarılmasını tələb edə bilər. Bunun üçün hüquqi mexanizm mövcuddur. Digər məmurlarla bağlı da eyni addımlar atılmalıdır. Birincisi, məhkəmə hökmü ilə göstərilməlidir ki, həmin məmurların əmlakı müsadirə olunsun. Müsadirə barədə məhkəmə hökmü olandan sonra qanun yol verir ki, həmin əmlaklar satılmaq üçün hərraca çıxarılsın. Hərracda satıldıqdan sonra əldə edilən vəsait dövlət büdcəsinə yönləndirilir. Dövlət büdcəsindən xalqın problemlərinin həlli üçün həmin vəsaitlər ayrılmalıdır".

Hüquqşünas deyir ki, bəzən dövlət əmlakını, vəsaitlərini talamış məmurların öz adına demək olar ki, rəsmi heç bir əmlak olmur: "Bakıda "Trump Tower" tikiləndə hamı bilirdi ki, hoteli tikən Ziya Məmmədovdur. Bu gün həmin hoteli Ziya Məmmədovdan almaq üçün uzağa getmək lazım deyil. Oğlu Anar Məmmədovun Trampın şirkətinə addan istifadə üçün ödədiyi pulun məbləği ilə bağlı məlumatlar var. Trampın şirkətinə sorğu verilir və cavab alınır. Bundan sonra digər hüquqi addımlar atılır və bu və ya digər obyektin kimə məxsus olması təsbit olunur. Yəni çox ciddi istintaq aparmadan belə sabiq nazirlərin mal-mülkləri haqda məlumat toplayıb həmin əmlakların xalqa qaytarılması istiqamətində addımlar atıla bilər".

Əsabəli Mustafayev deyir ki, hökumətin belə məsələlərə diqqət etməsi vacibdir: "Bu pullar xalqındır. Bakıətrafı kəndlərdə, rayonlarda xalq qaz-işıq pulunu ödəyə bilmir. Sabiq nazirlərin ətrafı 5 min dollarlıq şampan içir, ən bahalı maşınlarda gəzir, pulları sağa-sola səpələməklə məşğuldurlar. Həmin xərclənən pullar Azərbaycan xalqının kisəsindən - dövlət büdcəsindən oğurlanıb. Bu gün Azərbaycanda heç bir nazir gəlir deklarasiyası vermir. Gəlir deklorasiyası yoxdursa, hər gün bir əmlak alan nazirə də demək olmur ki, ay balam, axı sənin məvacibin 2 min manatdır, sən 10 milyonluq mülkü hansı hesabdan alırsan? 100-200 min manatlıq maşınları əlcək kimi hansı hesabdan dəyişirsən? Məmurlar deklorasiya versələr, məlum olacaq ki, illik gəlirləri heç 20 min dolları aşmır, amma illik xərcləri azı 2 milyon dolları aşır".

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, sabiq məmurların əmlaklarının, mal-mülklərinin "milliləşdirilməsi" olduqca vacib məsələdir: "Azərbaycanda yerli məhkəmələrin qərarları yetərlidir ki, belə əmlaklar müsadirə olunsun və auksion vasitəsilə satılıb problemli kreditlərə, bir çox digər sosial məsələlərə xərclənsin. Amma ölkədən çıxarılan vəsaitlərlə bağlı vəziyyət bir qədər qəlizdir. Bu istiqamətdə çox ciddi iş aparılmalıdır, dövlətin dəstəyi ilə xüsusi hüquqşünaslar qrupunun yaradılmasına ehtiyac var. Həmin qrup beynəlxalq məhkəmələrdə iddialar qaldırmalı, beynəlxalq hüquq çərçivəsində müvafiq məhkəmə qərarlarının verilməsinə nail olunmalıdır".

Natiq Cəfərli deyir ki, bu gün vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 700 milyon manatdır. Kredit alanlar arasında imkansızlıq ucbatından borcunu ödəyə bilməyənlərin sayı kifayət qədərdir: "Bu adamlar Azərbaycan vətəndaşlarıdır, hansılar ki, dollarla kredit götürüblər, 2 devalvasiyadan sonra həmin borcları ödəyə bilməyiblər. Dövlət məhkəmələr vasitəsilə sabiq nazirlərin əmlaklarını müsadirə edib, banklara təhvil verə, 1 milyard 700 milyon manat problemli krediti bağlaya bilər".

Natiq Cəfərli deyir ki, keçmiş məmurların məhkəmələrə çıxarıldıqda şantaja keçə biləcəkləri də göz altına alınmalıdır: "Məhkəməyə çıxarılanda məmur deyə bilər ki, vəsaitləri oğurlayanda ona nəzarət etməyiblər, təkbaşına etməyib. Yerli məhkəmələrdə belə şantajlara əhəmiyyət verilmədən bu proses mütləq gerçəkləşdirilməlidir. Bu, Azərbaycanda korrupsiyanın kökünü kəsmək üçün olduqca vacib qərar ola bilər".

Natiq Cəfərli adları sadalanan nazirlərin əmlaklarının müsadirəsindən əldə ediləcək məbləğlərin 1 milyard 700 milyon manatı dəfələrlə üstələyəcəyini deyir: "Çox böyük məbləğdə vəsaitləri bu yolla büdcəyə qaytarmaq, xalqın problemlərinə xərcləmək olar. Araşdırmalar, məhkəmə qərarları da mütləq olmalıdır ki, bu gün də vəzifədə olan, həmin oğurluqlara "göz yuman" şəxslər də müəyyən edilərək cəzalandırılsınlar. Cəza mühiti olmalıdır ki, başqa məmurlar bir daha xalqın cibinə girmək, büdcəni talamaq haqda düşünməsinlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2966   Tarix: 12 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel