Azərbaycan Rusiyadan yeni silah və döyüş texnikası ala bilər

Azərbaycan Rusiyadan yeni silah və döyüş texnikası ala bilərBu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub.

Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.

Səmimi qəbula görə minnətdarlığını bildirən hərbi attaşe Azərbaycanla Rusiya arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 966   Tarix: 15 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycanın uğurlu diplomatiyası milli maraqlarla qlobal məsuliyyəti mükəmməl uzlaşdıran nümunəvi modeldir" - AÇIQLAMA

"Azərbaycan Respublikası Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında həyata keçirilən xarici siyasət kursu ölkəmizin dünya birliyinə inteqrasiyasını sürətlə gücləndirir və beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini möhkəmləndirir. Hazırda prioritet addımlar arasında ikitərəfli və çoxtərəfl

15 dekabr
.

Prezident rektorla bağlı sərəncam imzaladı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova "Şərəf" ordeni ilə təltif edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, Sərəncam Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi ilə əlaqəda

18 dekabr
.

"Bu şəxslərin nə o dövrdə, nə də indiki mərhələdə real siyasi çəkisi olmayıb və yoxdur" - DEPUTAT

"Son dövrdə baş verən hadisələr göstərir ki, əslində Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi milli xəyanətkarların arxasında maraqlı mərkəzlər - bu məsələdə konkret olaraq Rusiya - dayanır". Bunu -a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb. O, açıqlamasınd

16 dekabr
.

Prezident bu səfərə getməyəcək - Ulu Öndərin anım gününə görə

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. Dövlət başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətil

11 dekabr
.

Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə "xidmətləri" qarşılığında nələr qazandırıb?

Vətənə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olan Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana ekstradisiyası bir reallığı ön plana çıxardı. Heç kim törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz. -a istinadən xəbə

19 dekabr
.

"Heydər Əliyev Azərbaycançılıq ideyasını siyasi konsepsiyaya çevirərək xalqın kimliyini modern dövrə daşıdı" - AÇIQLAMA

"12 dekabr Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin anım günü kimi həm ehtiram, həm də dərin düşüncə ilə xatırlanan bir gündür. Bu gün yalnız bir lideri deyil, bütöv bir dövlətçilik fəlsəfəsini formalaşdırmış böyük bir şəxsiyyəti yad edirik". Bunu -a politoloq Tural İsmayılov danışıb

12 dekabr
.

Prezidentdən 1,4 milyonluq - Sərəncam

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manatı ayrılıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Maliyyə Nazirliyin

19 dekabr
.

İlham Əliyevdən amnistiya təşəbbüsü - 20 min nəfərə şamil olunması gözlənilir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, ulu öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu öndərin siyasi kursunu

15 dekabr
.

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. "Şərəf" ordeni ilə. Məmmədova Gülçöhrə Hüseyn qızı. 3-cü dərəcəli "Əmək" ordeni ilə

18 dekabr