Çeçenlərlə azərbaycanlıların davası: Əslində nə baş verib?

Çeçenlərlə azərbaycanlıların davası: Əslində nə baş verib?Moskvada fevralın 14-də axşam azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesinə bir qrup silahlı çeçenin basqın etməsinə dair yeni təfərrüatlar məlum olub. Azərbaycan və Çeçenistan rəsmilərinin də reaksiya verdiyi, təxribat məqsədi ilə təşkil olunduğu ehtimal edilən hadisələrin detalları barədə "Rosbalt" agentliyi yazır.

Sonxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, situasiya ilə yaxından tanış olan mənbə "Rosbalt"ın əməkdaşı Yuri Verşova əhvalatın necə başladığını nəql edib. Bildirib ki, bir neçə gün əvvəl Əlixan adlı Dağıstan əsilli çeçen necə olubsa Moskvanın Peçatniki rayonunda yaşayan azərbaycanlılarla mübahisə edib. Onlar "Qərib Orucovun briqadasına" (fevralın 14-də, "Neolit"ə basqının ardınca güllələnib) daxil idilər.

Mənbənin iddiasına görə Qərib Orucov özünü Peçatniki rayonunda avtoritet kimi tanıdıb. O, bəzi restoranlara və ticarət nöqtələrinə nəzarət edib, onlardan aylıq haqq yığıb və mənzil-qərargahı da həmin "Neolit" kafesi olub. (Hərçənd bundan əvvəl Qərib Orucovun taksi sürücüsü olduğu deyilirdi)

Əlixanla Orucovun adamlarının davası sosial şəbəkələrə sıçrayıb və həmin çeçen həm öz opponentlərinin, həm bütövlükdə azərbaycanlıların ünvanına təhqirlər yağdıraraq bunları sosial şəbəkələrdə yayıb. Mənbə iddia edir ki, Əlixan xəstə biridir, ağlı yerində deyil və onunla ünsiyyətə girən kimi adamın xəstə olduğunu bilmək olur. "Söhbət ağır xəstəlikdən gedir. Belələri ilə haqq-hesab çürütmürlər, ona baş qoşmaq özünü hörmətdən salmaq deməkdir"-mənbə hesab edir.

Lakin Qərib Orucovun adamları onu bərk döyüblər, məcbur ediblər ki, üzr istəsin. İddiaya görə Əlixanın döyülməsi bir neçə saat davam edib. Bütün bunlar Orucovun rəhbərliyi altında baş verib. Bundan sonra Əlixanı Orucovun maşınının yük yerinə qoyublar və uzağa aparıb küçəyə atıblar.

Əlixanla bağlı baş verənləri və onun internetdə yayılan görüntülərini Rusiyanın müxtəlif şəhərlərində yaşayan çeçenlər müzakirə etməyə başlayıblar. Habelə Moskvada araşdırma aparıblar və Əlixanın cəzalandırılmasının arxasında kimin dayandığını aşkar ediblər. Və qisas almağa qərar veriblər. "Burada söhbət heç də təkcə Əlixandan getmirdi, onu "Neolit"dəki davanın iştirakçılarından heç kim tanımırdı. Hamını situasiyanın özü qəzəbləndirmişdi"-mənbə izah edir.

Nəticədə bir qrup çeçen azərbaycanlılarla əlaqə saxlayır və onları "haqq-hesab çürütməyə" çağırır. Görüş "Neolit" kafesinə təyin olunur. Həmin gün Rusiyanın digər regionlarından da Əlixanı cəzalandıranlardan qisas almaq üçün çeçenlər Moskvaya gəlir. Onlardan çoxu peşəkar idmançı idi. Cəmi 30-dan çox adam toplaşır. Azərbaycanlılar onların gəlişinə hazır idi və küçədə haqq-hesab çürütmək çağırışına cavab veriblər. Amma gələnlərin bu qədər çox olacağını bilmirdilər.

Və kafeyə basqın edilir və maşınlardan düşən çeçenlər heç nəyi ayrıd etmədən azərbaycanlıları döyməyə başlayır. Travmatik silahlar da işə düşür. Amma gələnləri ilk növbədə Orucov maraqlandırırdı. Mənbə bildirir ki, hadisədən əvvəl Orucov öz maşını ilə qaçmağa imkan tapmışdı. Çeçenlər onu təqib edir və "avtorieteti" Səmərqənd bulvarında haqlayırlar. Görünür çeçenlər "əməliyyata" hazır idilər və Orucovun hara qaçacağını bilirdilər. Onlar nömrə nişanı palçıqla örtülmüş BMW X6 avtomobili ilə Orucovu haqlayıblar. Azərbaycanlı qaçmağa çalışıb, amma çeçenlər onu "Glock" tapançası ilə güllələyiblər və hadisə yerindən qaçıblar.

Mənbə hesab edir ki, bu əhvalat Rusiyadakı çeçen və azərbaycanlı diasporu səviyyəsində davam etməyəcək. "Bu, bütün azərbaycanlılara qarşı deyil, konkret şəxslərin konkret hərəkətlərinə görə təşkil edilən aksiya idi"-mənbə deyib.

Hələlik isə hüquq-mühafizə orqanları həm "Neolit"ə basqının iştirakçılarını, həm Orucovu güllələyənləri axtarır.

Xatırladaq ki, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov xüsusi bəyanatla çıxış edərək baş verənləri təxribat adlandırıb, çeçen və azərbaycan xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 8019   Tarix: 16 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021