Milli Məclis və "ASAN"dan YENİ LAYİHƏ
Milli Məclis və "ASAN Könüllüləri" Təşkilatının birgə əməkdaşlığı ilə "Könüllülər Parlamenti – Azərbaycan, 2019" layihəsinin açılış mərasimi keçirilib.
Sonxeber.az xəbər verir ki, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov mərasim çıxış edib.
N.Səfərov bildirib ki, 2012-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan "ASAN xidmət" artıq dövlət daxili deyil, beynəlxalq hüquqi reallığa çevrilib: "Bir çox ölkələr "ASAN xidmət"in təcrübəsindən yararlanmaq istəyir. Çox qısa müddətdə milyonlarla şəxs "ASAN xidmət"ə müraciət edib. Təkcə Azərbaycan vətəndaşları deyil, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu xidmətlərdən yararlanırlar".
"ASAN xidmət"in İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli isə qeyd edib ki, "ASAN Könüllüləri" hazırda 17 mindən çox könüllünü özündə birləşdirir: "Bu, bir hərəkata çevrildi. Hərəkat çərçivəsində yüzlərlə layihə həyata keçirildi. Ümumilikdə bu layihələr "ASAN Könüllüləri"nə daxil olmayan gəncləri də əhatə etdi. Təqribi hesablamara görə, 50 min gənci əhatə edən tədbirlər həyata keçirdik".
O.Dəmirli bildirib ki, "Əsgərə məktub", "ASAN məktub" layihələri cəmiyyətdə bütün təbəqələrdən olan şəxslərin iştirakını təmin etdi: "Həmin layihələr cəmiyyətimizdə çox tanınır və hamı bu layihələrə qoşulur. "Könüllülər Parlamenti" layihəsini də həyata keçiririk. Bu layihə nəticəsində fəal gənclərə imkan yaradılır ki, onların siyasi, qanunvericilik proseslərində iştirakları təmin olunsun. 1300-ə yaxın gənc bu layihədə iştirakçı olmaq istədi. 4 gün davam edən bu layihə çərçivəsində onlar qanunvericilik proseslərini öyrənəcəklər. Qanun layihələri irəli sürüb Milli Məclisin komitələrinin iclaslarında iştirak edəcəklər. Onların Milli Məclisin deputatları ilə görüşləri olacaq".
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev deyib ki, 2012-ci ildən fəaliyyət göstərən "ASAN xidmət" bir brenddir: "Dünyada Azərbaycanla bağlı çox gözəl bir imic formalaşdırıb, o cümlədən daxildə vətəndaşlar üçün böyük imkanlar açıb, vətəndaş və dövlət münasibətlərini tamamilə fərqli bir formasını yaradıb".
Aysel Yusıfqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1031 Tarix: 18 fevral 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021