Rusiya torpaqlarımızın azad olunmasını istəyir? Deputatdan maraqlı açıqlama

Rusiya torpaqlarımızın azad olunmasını istəyir? Deputatdan maraqlı açıqlama"Əslində Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılsa da, lakin bu son anda baş tutumadı. Mənim düşüncəmə görə, bu görüşün baş tutumamasının səbəkarı Rusiya xarici işlər naziri Sergey Lavrovdur".

Bunu "ölkə.az"a açıqlamasında deputat Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, Sergey Lavrovla erməni nazir Zöhrab Mnatasakanyan arasında görüşdən sonra, İrəvan tərəfi Azərbaycan xarici işlər naziri ilə görüşün keçirilməsi üçün hər hansı zərurətin olmadığını bəyan etdi.

"Qarşı tərəf yenə də erməni hiyləgərliyinə sadiq qalaraq özünəməxusu variantlardan istifadə edərək danışıqlardan boyun qaçırdı. Halbuki bundan öncəki görüşlər çox səmərəli olmuşdu və nazirlər nikbinverici bəyantalarla çıxış etmişdilər, hətta xalqların sülhə hazırlıq istiqamətində fikirləri də ortaya atılmışdı. Lakin görünən budur ki, Rusiya danışıqların bu istiqamətdə davam etməsində maraqlı deyil", - deputat F.Ağamalı vurğulayıb.
Millət vəkilinin fikrincə, çıxarılan nəticə bundan ibarətdir ki, Rusiya maraqlı olmadığı üçün də danışqıalr prosesini pozdu.
"Belə demək mümkünsə Rusiya Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasında maraqlı görünmür. Rusiyadan fərqli olaraq Qərb, xüsusən də ABŞ Qarabağ münaqişəsinin tezliklə həllidnə maraqlıdır. İstər Trampın tərəflərə ünvanladığı məktublarda, istərsə də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonon bölgəyə səfəri, həmçinin sonradan hər iki dövlət lideri ilə telefon danışığı bu deyilənlərin bariz göstəricisidir. Çünki Qərb ölkələri Azərbaycanda irihəcmli investisiya qoyublar və onlar bölgədə müharibənin alovlanmasında maraqlı deyil. Onlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır. Qərb bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu yaxşı görür və anlayır. Lakin Minsk qrupunun həmsədri, bölgədə, xüsusən də Ermənistana böyük təsir imkanları olan Rusiya bunda maraqlı görünmür"- deputat qeyd edib.

F.Ağamalı hesab edir ki, bunun səbəbi ABŞ-la Rusiya arasındakı gərginlikdir: "ABŞ-la Rusiya arasındakı böhranlı durum Qarabağ münaqişəsinin həllinə öz mənfi təsirini göstərir".
Millət vəkili çıxış yolu kimi Silahlı Qüvvələrimizi hərkətə gətirərək topraqlarımızı işağaldan azad etməkdə görür:

"Çünki Ermənistan rəhbərliyi, xüsusən də Nikol Paşinyan özündə cəsarət tapıb öz xalqının, dövlətinin üzləşdiyi böhrandan çıxarmaq gücündə deyil. Buna baxmayaraq Paşinyan Ermənistanın bu gün üzləşdiyi böhranın səbəblərini yaxşı anlayır. Bilir ki, nə qədər Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməyib, Ermənistanın üzləşdiyi ağır durumdan çıxmaq şansı yoxdur. O yaxşı anlayır ki, Ermənistanın nicatı Azərbaycan və Türkiyə ilə yüksəksəviyyəli münasibətlərin quurlmasından keçir. Bunun üçün də işğalçılıq siyasətinə son qoymalıdır. Ancaq Rusiyadan qorxur. Ona görə də cəsarət etmir. Bilir ki, belə bir addım atarsa, müəllimi Ter-Pertosyanın acı taleyini yaşayar. Onu da yaxşı bilıir ki, Ter-Petrosyan heş olmazsa canını qurtardı, amma bu canını da qurtara bilməz. Onun başına gələn hadisənin daah pis forması bunun başına gələr.

O baxımdan da gözləməyə dəyməz. Gözləməyə dəyməz ki, nə vaxt Ermənistan özündə iradə tapacaq və ya beynəlxalq aləm İrəvana təzyiq edib güzəştə vadar edəcək… Bəlkə bu illər çəkəcək. İndi Azərbaycan gözləməlidir ki, nə zaman beynəlxalq aləm və Ermənistan razılaşacaq. Gözləmək bizim maraqlarımıza cavab vermir. Biz yaranmış münbit şəraitdən yararlanıb torpalaqımızı güc yolu ilə azad etməliyik. Bunun üçün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər də hüquqi əsas yaradır. Azəbaycan bu sənədlərə əsaslanaraq ərazi bütövlüyünü təmin etmək istiqamətində hərəkətə keçməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1412   Tarix: 18 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel