Ürəyi qəfildən dayanan deputatlar: Onlardan yalnız biri möcüzə nəticəsində sağ qalıb – SİYAHI

Ürəyi qəfildən dayanan deputatlar: Onlardan yalnız biri möcüzə nəticəsində sağ qalıb – SİYAHIÜmumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada ən çox yayılmış ölüm səbəbi ürək və qan-damar xəstəlikləridir. Dünyasını dəyişən hər 10 nəfərdən 4-ü məhz qəfləti ölüm səbəbindən vəfat edir və onların da yarısından çoxunu orta yaşlı insanlar təşkil edir.

Düzdür, son illər onkoloji xəstələrin də sayında rekord artım var və belə davam edərsə, yaxın gələcəkdə bədxassəli şişlərin qurbanı olan insanların bu sahədə "liderliyi" ələ keçirəcək.

azxeber.com ürəyi qəfildən dayanan deputatlarla bağlı araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, indiyə qədər 6 deputatın anidən ürəyi dayanıb ki, onlardan yalnız biri sağ qala bilib.

Milli Məclisin sədr müavini Zakir Zeynalov 2000-ci ildə 61 yaşında qəfləti ürək dayanması səbəbindən vəfat edib. Deyilənlərə görə, Z.Zeynalov ürək xəstəliyindən əziyyət çəksə də, vaxtaşırı müalicə olunurmuş. Bu səbəbdən onun həyatına ciddi təhlükə yox imiş. Hadisə baş verən gün sabiq vitse-spiker işə gəlib və bir saat sonra özünü pis hiss edib. Kəskin ürək ağrıları uzun çəkməyib və çox qısa müddət ərzində Zakir Zeynalov keçinib. Ötən il isə sabiq deputatın oğlu Adil Zeynalov nadir xəstəlik sayılan - "Mila displastik sindrom" səbəbindən vaxtsız vəfat edib.

Milli Məclisin deputatı, professor Şadman Hüseynov 2003-cü ildə 58 yaşında qəflətən vəfat edib. Onun da ölümünə ürək tutması səbəb olub. Ş.Hüseynov uzun müddət siyasi fəaliyyət göstərib, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərlərindən olub. 2003-cü ildə isə müstəqil şəkildə prezidentliyə namizədliyini irəli sürüb. Elə namizəd olduğu dövrdə də qəflətən vəfat edib. Sonradan ailə üzvləri mətbuat konfransı keçirib və bildiriblər ki, Şadman Hüseynov yekunda seçki marafonundan geri çəkilməyi və öz namizədliyin İlham Əliyevin xeyrinə geri götürməyi nəzərdə tuturmuş.

Milli Məclisin deputatı, professor Şamil Qurbanov 2004-cü ildə 69 yaşında vəfat edib. O, deputat səlahiyətləri başa çatmağına bir il qalmış dünyasını dəyişib. Ş.Qurbanovun da ölümünə qəfləti ürək dayanması səbəb olub. Mərhum deputat ürək xəstəliyindən əziyyət çəkirmiş və bu hadisəyə qədər bir dəfə ürək infarktı keçiribmiş. Hadisə bütün ürək xəstələrində olduğu kimi, qəfildən baş verib və bir saatın içində sabiq deputat əbədi olaraq "gözlərini yumub". Növbəti parlament seçkilərinə qədər onun deputat olduğu seçki dairəsində seçkilər keçirilməyib.

Milli Məclisin deputatı, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanov 2011-ci ildə 40 yaşında qəfləti ürək dayanması səbəbindən vəfat edib. Dostlarının dediyinə görə, hadisədən bir müddət əvvəl A.Məmmədxanov ümumi tibbi müayinədən keçib və onda ciddi qüsur aşkar edilməyib. Olay baş verən gün sabiq deputatın halı qəfildən pisləşib, ürəyində kəskin ağrı başlayıb və o, bir saat içində keçinib. II fəxri Xiyabanda dəfn edilən Anar Məmmədxanov eyni zamanda day.az portalının təsisçisi idi.

Milli Məclisin deputatı, professor Astan Şahverdiyev ötən ilin aprelində 71 yaşında vəfat edib. Qusar rayonunun Çiləgir kəndində dincələn A.Şahverdiyevin qəfilddən halı pisləşib. Deputat ürəyində kəskin ağrılar hiss edib və köməyə təcili tibbi yardım çağırılıb. Deyilənə görə, tibbi yardım gələnə qədər sabiq millət vəkili keçinib. Əslən Cəbrayıldan olan və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsini təmsil edən deputat paytaxtda yerləşən "Qurd qapısı" qəbiristanlığında dəfn edilib. Hazırda onun seçildiyi dairədə təkrar seçkilər keçirilməyib.

Milli Məclisin deputatı Nəriman Əliyev ötən ilin yanvarında ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb. Deputat həmkarı, Dr. Rəşad Mahmudov tərəfindən nəzarət altına alınan N.Əliyevin ürəyinə üç yeni damar qoyulub. Sonradan qərara alınıb ki, Nəriman Əliyev süni nəfəs aparatından ayrılsın. Qərar kifayət qədər riskli olsa da, deputatın özünün sağlam olması, eyni zamanda uğurlu tibbi müdaxilə Nəriman Əliyevin bu mərhələni uğurla adlamasına səbəb olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1937   Tarix: 21 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur

Landmark" Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Muduroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının çıxışına "stop" qoyulması gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlə

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Bakının bu rayonunda qaz kəsiləcək

Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. -ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz"

26 aprel
.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel