"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildiKürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur və kriminal mövzulara meylli şəxsdir.

Bir müddət əvvəl onunla iş adamı Müşfiq Məmmədov arasında dostluq münasibəti yaranıb. Müşfiq Cümşüdə daim maddi kömək edib, həmçinin bıçaqlanarkən onun xəstəxana xərclərini çəkib. Lakin daha sonra Cümşüdün daim pul tələb etməsi səbəbindən onların münasibəti korlanıb və telefonla danışarkən mübahisələri yaranıb.

Həmin vaxt Müşfiq dostuna bir gün sonra oğlunun imtahanı ilə bağlı Bakıdan Mingəçevirə gedəcəyini və gecəni Kürdəmirdə qalacağını deyib. Onlar vədələşdikləri kimi Kürdəmirdə 69-cu məhəllə adlanan ərazidə görüşüblər və bu zaman Müşfiqin avtomobilində oğlu Fərid də olub. M.Məmmədov maşından düşərək Cümşüdlə söhbət edərkən atəş səsləri eşidilib. Cümşüd 3 dəfə atəş açaraq iş adamını qətlə yetirib. Fərid avtomobildən düşərək mane olmaq istəyərkən daha 2 dəfə atəş açılıb. Lakin Fərid Məmmədova güllə dəyməyib.

Mərhum Müşfiq Məmmədov

Zərərçəkmiş şəxs qismində tanınmış Fərid Məmmədov "Cümü"nün silahı ona tuşlayaraq atəş açdığını, lakin açılmadığını deyib: "Fikirləşdim ki, burada ata-bala ikimizi də öldürəcək. "Cümü əmi, nə edirsən sən?!" deyəndən sonra Cümşüd bir az duruxsundu, silaha əlimlə zərbə endirib üstünə hücum çəkdim. Silahı Cümşüdün əlindən almaq istədim, badalaq verərək Cümşüdü yerə yıxdım. Baş verənlərə görə şokda idim. Atam yerə yıxılanda "Fərid, eləmə, Fərid, bura gəl, Cümü eləmə" dedi. Cümşüd isə əlimin altından silahı atama tuşlayıb bir dəfə atəş açdı, güllənin səsini eşitdim, əl-qolum boşaldı. Cümşüd ayağımın altından çıxdı, mən isə yerdə qaldım. Cümşüd silahı üzümə tuşlamışdı. Atam da qışqırdı ki, "Fəridə dəymə". Cümşüd tətiyi çəkdi, lakin silah açılmadı. Cümşüd 3 güllə atama vurub, 2 dəfə də mənə atəş açıb. Lakin mənə tuşlayaraq atanda silah açılmadı, sonra məhəlləyə tərəf qaçdı".

Cümşüd İsmayılov isə ifadəsində hadisə vaxtı Müşfiqin oğluna atəş açmadığını, onu öldürmək niyyətinin olmadığını bildirib.

İbtidai istintaq "Cümü" ləqəbli şəxsin Müşfiqin oğlunu da qətlə yetirmək istəməsi qənaətinə gəlib və ona qarşı bir neçə maddə ilə ittiham irəli sürülüb. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi həmin maddələr üzrə Cümşüdə bəraət verib. O, Cinayət Məcəlləsinin 120.2.4 və 228-ci (Xüsusi amansızlıqla adam öldürmə və qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə C.İsmayılova 18 il həbs cəzası verilib. Onun cəzasının 3 ilini həbsxanada, 15 ilini isə ciddi rejimli müəssisədə çəkəcəyi bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1368   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr