Ağrıkəsici dərmanlar ölümə gətirib çıxara bilər

Ağrıkəsici dərmanlar ölümə gətirib çıxara bilərAğrıkəsiciləri və təxminən bir əsrdir istifadə edilən aspirin kimi dərmanları tez-tez və məlumatsız formada içmək ciddi sağlamlıq problemlərinə səbəb olur. Əgər ağrılarınız yüngüldürsə, təbii vasitələrdən istifadə etməyiniz məsləhətdir. Aile.lent.az ağrıkəsicilərlə bağlı mütəxəssis fikirlərini təqdim edir.

Həkim nəzarəti olmadan qəbul edilən ağrıkəsici dərmanlar uzun müddət istifadə edildikdə mədə və onikibarmaq bağırsaqda xora, qastrit, qanama və mədə deşiyinədək bir çox problemlərə səbəb ola bilər. Ağrıkəsici dərmanlar mədə və bağırsaqdan başqa qalın və incə bağırsaqda qanama, qaraciyərdə toksik təsirlər yarada və böyrəklərə ziyan vura bilər. Buna görə də ağrıkəsicilərin istifadəsində diqqətli olmaq lazımdır. Çünki baş verən narahatlıqlar sizin səhhətinizə ciddi təsir edə bilər.

Bədənin hər hansı yerində olan problem bəzən ağrı kimi üzə çıxır. Ağrımayan orqan yox kimidir. Bunlar baş-boyun bölgəsi, döş və döş qəfəsi, ürək-damar sistemi, həzm sistemi, sidik sistemi və əzələ-skelet sistemidir. Ağrının hansı sistemdən qaynaqlanmasından asılı olmayaraq bəzən yüngül bir narahatlığın, bəzən də xərçəng kimi ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Ən çox qəbul edilən dərman

Çox zaman ağrı qəfildən və qısa bir zamanda özünü göstərir. Bu cür ağrılar insanda ilk dəfə də baş verə bilər, xroniki hal alaraq illərlə davam edən problemə də səbəb ola bilər. Bu cür səbəblərdən bir çox xəstələr ağrılarını aradan qaldırmaq üçün ağrıkəsici dərmanlara müraciət edir. Bütün dünyada yayılmış dərmanlar arasında ağrıkəsicilər birinci yerdədir. Ağrıkəsicilər təsir maddələrinə görə 10-dan çox qrupa bölünür. Bunların bir hissəsi yüngül ağrıkəsicilər sinfinə daxildir, bir qismi isə morfi kimi çox güclü ağrıkəsicidir. Tarixə nəzər saldıqda məlum olur ki, hələ Hipokrat dövründən ağrıkəsicilərdən istifadə edilib. Ağrıkəsicilər bütün dünyada hər il milyonlarla qutu satılır. Lakin hər hansı ağrı olduğu zaman ilk ağıla gələn və istifadə edilən bu dərmanlar məlumatsız formada qəbul edildikdə bir çox əks təsirlərə səbəb olur. Dünyada bu mövzu ilə bağlı aparılan bir çox elmi araşdırmalar ağrıkəsicilərin səbəb olduğu əks təsirlərin günü-gündən çoxaldığını sübut edir.

Həzm sistemini alt-üst edir

Həkimlər ağrıkəsicilərin həzm sisteminə də mənfi təsir göstərdiyini deyirlər. Bəzi xəstələrdə ağrıkəsici istifadəsindən sonra çox zaman yüngül, bəzilərində isə güclü həzm problemi yaranır. Bəzi vaxtlar isə mədə, onikibarmaq bağırsaq qanamalarına səbəb olur. Odur ki, bədəndə yaranan yüngül bir ağrıya görə həmin dəqiqə dərman istifadə etməyin. Ağrının şiddəti çox deyilsə, səssiz, qaranlıq bir otaqda yatmaq, rahatlandırıcı bitki çayı içmək, başı soyuq olmayan dəsmalla sarımaq və ya açıq havada yerimək məsləhətdir. Əgər xəstədə ağrıdan başqa qusma, görmədə zəiflik kimi əlamətlər varsa, bu, beyin xəstəliklərinə işarədir. Bu cür vəziyyətdə vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Həddən çox istifadə

Ağrıkəsicilər böyrəklərə də əks təsirsiz ötüşmür. Mədə və bağırsaq sistemində olduğu kimi böyrəklərdə də qanamanı artıran prostoglandinləri azaldır. Qanlanması azalan böyrəklərdə glomerüler filtrasiya azalaraq bədəndə duzlaşmaya və təzyiqin yüksəlməsinə səbəb olur. Başqa dərmanlarla birgə qəbul edildikdə isə böyrəyin fərqli bölgələrinə zərərli təsiri artır. Vaxt keçdikcə isə böyrək çatışmazlığına səbəb olur və dializdən asılı hala gəlir və ya böyrək nəqlinə ehtiyac yaranır. Böyrək çatışmazlığı komaya düşmə və ölümə də gətirib çıxara bilər.

Toksik hepatitə səbəb olur

Ağrıkəsicilər xroniki və iltihabi bağırsaq xəstəliyi olanlara da olduqca ziyandır. Nəzarətsiz istifadə bu xəstəliklərin alovlanmasına səbəb olur. Ümumiyyətlə, bütün dərmanlar qaraciyərdə metabolizə edildiyi üçün ya dərmanın özü, ya da metabolitləri qaraciyər hüceyrələri, öd yolları və ya qaraciyərin damarlarında arzuedilməz əks təsirlər yarada bilər. Bunu toksik hepatit də adlandırmaq olar. Toksik hepatit səbəbindən bəzi xəstələr xronik hepatit, qaraciyər serrozuna tutula və ya qaraciyər komasına düşə bilər. Nəticədə isə xəstəyə qaraciyər nəqli ehtiyacı yaranar. Bu hal hətta ölümə də səbəb olur".

Allergiyanız varsa...

Bütün dərmanların allergiya təsiri olduğu sirr deyil. Ağrıkəsicilər də insanlardan asılı olaraq müxtəlif allergik təsir göstərə bilər. Bəzi xəstələr həddən çox həssas olduqları üçün və ya ilk dəfə istifadə etdiyi dərmandan asılı olaraq qəfil allergik reaksiyalar müşahidə edilə bilər. Bəzi xəstələrdə isə allergik reaksiyalar gec müşahidə olunur, yəni dərmanın istifadəsindən bir müddət sonra. Əlamətlər dəridə səpki formasında və qaşınma kimi özünü göstərir. Daha şiddətli forması isə dəridə şiş və yaraların yaranmasıdır. Bəzi xəstələr isə allergiyadan ciddi şok halına da düşə bilər.

Ürək çatışmazlığı və ölüm...

Aspirin kimi aşağı dozalı ağrıkəsicilər də ürək çatışmazlığı riskini artırır. Xüsusən də ürək xəstəliyi olan insanlarda bu risk daha yüksəkdir. Buna görə də ağrıkəsicilərdən necə gəldi istifadə etmək güclü ürək xəstəliyi və hətta ölümə səbəb ola bilər. Bunlarla yanaşı, ki, bəzi ağrıkəsicilər təzyiq dərmanlarının da təsirini azaldır. Ağrıkəsicilərdən istifadə etmək hamiləlik zamanı da risklidir. Çox nadir səbəbləri çıxmaq şərtilə hamiləlikdə analoji dərmanlardan istifadə etmək olar. Bu cür dərmanlar körpənin qidalanmasında cavabdeh olan qan damarlarının da qapanmasına səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4181   Tarix: 08 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Avroviziya 2026"da neçə ölkə iştirak edəcək?

Beynəlxalq "Avroviziya" mahnı müsabiqəsinin təşkilatçıları 2026-cı ildə şouda neçə ölkənin yekun olaraq iştirak edəcəyini açıqlayıblar. Məlumata görə, 2026-cı il Avroviziya müsabiqəsində 35 ölkə iştirak edəcək. Onların arasında müsabiqəyə geri qayıdan ölkələr də var: Bolqarıstan, Rumıniya v

16 dekabr
.

Ac qalmadan 23 kilo verdi: "Sadəcə hər yeməyin yanında bunu yeyirdim" - FOTO

Sosial mediada məzmun istehsalçısı olan İnza aclıq çəkmədən 23 kilo arıqlayaraq həm xarici görünüşünü, həm də ümumi sağlamlıq vəziyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb. O, sürətli nəticələr əvəzinə davamlı və balanslı bir yol seçdiyini bildirir və arıqlama prosesini açıq şəkildə izləyicilər

20 dekabr
.

Türkiyədə məşhurları tutduran narkotacir özü sərbəst buraxıldı

Türkiyədə bir sıra məşhurlara narkotik satmaqda ittiham olunan sosial media fenomeni Sercan Yaşar azadlığa buraxılıb. yerli mediaya istinadla bildirir ki, Sercan Yaşar İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində narkotik satmaq və saxlamaq ittihamları ilə saxlanılıb. O, prokurorluqda ifad

18 dekabr
.

Bu mürəbbələr şəfa qaynağıdır

Yay aylarında evdar xanımlar qışa hazırlıq üçün mürəbbə tədarük edirlər. Hazırlanan mürəbbələr içərisində moruq, heyva və zoğal mürəbbəsi şəfaverici xüsusiyyətlərinə görə seçilir. Onu da qeyd edək ki, xroniki qaraciyər və öd kisəsi xəstəliyi olanların həmin mürəbbələrdən az istifadə etməsi məsləhət görülür

19 dekabr
.

"Evdə tək"in ulduzları 35 il sonra görüşdü - Fotolar

90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in aktyorları Makoley Kalkin, Co Peşi və Daniel Sternin yenidən bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyorlar 35 ildən sonra görüşüblər. Həmin anları əks etdirən görüntülər sosial mediada yayılıb

19 dekabr
.

Yeni il gecəsində hansı rənglərdə geyinmək xoşbəxtliyi, pulu və sevgini UZAQLAŞDIRIR?

Yeni ildə hansı rənglərdə geyinmək xoşbəxtliyi, pulu və sevgini uzaqlaşdıra bilər? - Bu sual bayram ərəfəsində ən çox müzakirə olunan mövzulardandır. xəbər verir ki, xalq inanclarına və astroloji yozumlara görə, Yeni il gecəsində seçilən geyim rəngləri ilin enerjisinə təsir göstərə bilər. Mütəxəssislə

20 dekabr
.

Dünyaca məşhur ada qırmızı rəngə boyandı! Səbəb nədir? - VİDEO

İranın Hürmüzgan vilayətinə bağlı Hürmüz adasında qeyri-adi təbiət hadisəsi baş verib. xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur ada yağıntılardan sonra qırmızı rəngə bürünüb və bu mənzərə böyük marağa səbəb olub. Məlumata görə, adanın qırmızı rəng almasının əsas səbəbi torpağında dəmi

18 dekabr
.

Qayaların ortasında! 2 min illik monastırın son halı görənləri heyrətə gətirir - VİDEO

Türkiyənin Şırnak bölgəsində yüzlərlə il əvvəl inşa edilən və qayaların arasında yerləşdiyi üçün girişi olduqca çətin olan tarixi monastır görənləri heyrətə gətirir. türk mediasına istinadən xəbər verir ki, Türkiyədə təhlükəsizlik şəraitinin yaxşılaşmasından sonra əvvəllər daxil olunması mümkün olmaya

19 dekabr
.

Ekspert "ən sağlam" çay haqqında mifi dağıtdı

"Yaşıl və qara çay eyni bitkidən hazırlanır. Buna görə də sağlamlıq baxımından həlledici amil çayın növü deyil, onun keyfiyyəti və hansı miqdarda istehlak edilməsidir". xəbər verir ki, bu barədə rusiyalı tibb eksperti Yekaterina Kaşux Rusiya mətbuatına açıqlamasında bildirib. Onun sözlərin

18 dekabr