"Prezident soruşdu ki, bəs, 5000 dollar necə olacaq?"

"Prezident soruşdu ki, bəs, 5000 dollar necə olacaq?"Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov ölkə başçısının problemli kreditlərin həlli ilə bağlı verdiyi fərmanı şərh edib.

Sonxeber.az "qafqazinfo"ya istinadla xəbər verir ki, N. Əmirov dövlət televiziyasının efirində çıxış edərək bildirib ki, fərman iki hisssədən ibarətdir: "Ekspertlərin və iqtisadçıların, hökumət nümayəndələrinin təklif etdiyi məbləğ 5000 dollar kompensasiyasının verilməsi ilə bağlı oldu. Aztəminatlə ailə əsasən o kateqoriyadan idi. Sonra cənab prezidentin tapşırığı ilə bu məbləğ 10 min dollara qədər artırıldı. 10 min dollar məbləğində devalvasiyadan əvvəl kredit götürmüş insanlara devalvasiya nəticəsində həmin kreditin manatla artan dəyərinin kompensasiya ediləməsi tapşırıq olaraq gündəmə gətirildi. Bildiyiniz kimi, iki devalvasiya baş verib. Məsələn, 2015- ci ilin 21 fevral tarixinə bir vətəndaşın 1000 dollar krediti var idi. Həmin 1000 dollar krediti birinci devalvasiyaya görə, o zaman 1 ABŞ dollarının məzənnəsi 0,78 qəpik idi. Devalvasiyadan sonra 1.05 qəpik oldu. Yəni, 27 qəpiklik artım oldu. Bu artımın hansı mənbə hesabına qaytarılması özü bir ayrı mövzu idi. Bu da ekspertlər, deputatlar və hökumət nümayəndələri ilə geniş müzakirə olundu.

Konkret təklif var idi ki, bu artan dəyər 4 hissəyə bölünsün. Bir hissəsi dövlət büdcəsi hesabına, bir hissəsi Mərkəzi Bankın, bir hissəsi bankların, qalan hissəsini isə vətəndaş ödəsin. Lakin cənab prezident bunu qəbul etmədi. Bildirdi ki, bu fərq dövlət tərəfindən ödənilməlidir. Biz tapşrığa uyğun olaraq bu istiqamətdə İşçi Qrup olaraq fəaliyyət göstərdik. 1000 ABŞ dolları kreditə nəticədə birinci devalvasiyada artan dəyəri 150 ABŞ dolları kimi qiymətləndirildi. Bu təqribən 250 manata bərabər bir məbləğdir. Bu da həmin artan dəyərin tamamilə kompensasiya edilməsi deməkdir. Bir şəxsin 21 fevral 2015- ci il tarixə 1000 dollar krediti varsa sonradan bu krediti banka ödəyib qaytarıb qaytarmamasından asılı olmayaraq vətəndaşa hər 1000 ABŞ dollarına 150 ABŞ dolları və yaxud 100 ABŞ dollarına 15 ABŞ dolları kompensasiya hesablanmaqla manatla ödəniləcək. Əgər həmin vətəndaş ikinci devalvasiyadan sonra bu məbləği banka geri ödəyibsə, yaxud bugünkü günə qədər ödəməyibsə, həmin 1000 ABŞ dolları krediti olan vətəndaşa 500 ABŞ dolları kompensasiya ödəniləcək. Yəni, birinci devalvasiyada bizim artımımız 15 ABŞ dolları idi. Yəni ikinci devalvasiya 21 dekabr 2015- ci il tarixində kurs 1.05 qəpikdən 1.55 qəpiyə qalxdı. Birdən-birə 50 qəpik dəyişdi. Bu da təqribən 0,35 ABŞ dolları kimi qiymətləndirilir. Yəni, ikinci devalvasiyaya məruz qalmış 1000 dollarlıq kreditə 350 dollarlıq kompensasiya ödəniləcək. Birincidə 150 dollar, ikincidə 350 dollar cəmi hər iki devalvasiya periodunda ödənilməyən 1000 dollarlıq kreditə 500 dollar məbləğində kompensasiya ödəniləcək.

Bu kompensasiya da həmin kredit yükünün bağlanmasına yönədilməlidir. 10 min dollardısa kreditin məbləğiu bu şəxsə hər iki devalvasiyadan keçən 5000 dollar məbləğ ödəniləcək. Əgər kredit birinci devalvasiyadan sonra götürülübsə, yalnız ikinci devalvasiyanın təsirinə məruz qalıbsa, hər 100 dollara 35 dollar və yaxud 1000 dollara 350 dollar , 10000 dollardısa 3500 dollar kompensasiya ödəniləcək. Keçən ilin sonuna bu məsələ hazır idi. Ancaq cənab prezidentə məruzə edəndə ikinci bir sual meydana çıxdı. Əgər vətəndaşın 1000 yaxud 10 min dollar krediti varsa iki devalvasiya ərzində bu borcunu qaytara bilməyibsə, bunun 5000 dollarını dövlət büdcəsi hesabına kompensasiya ediləcəkdi. Cənab prezident sual verdi ki, bəs yerdə qalan 5000 dollar nə olacaq? Məlum oldu ki, bu çətin bir yükdür. Cənab prezident tapşırıq verdi ki, bu, proses məntiqi sonluğa çatmalıdır. Çünki biz hesabladıq ki, 10 min dollar kredit götürən şəxs bu günə qədər borcunu qaytarmayıbsa, borcu 32 min dollara çatıb. Əgər bu kredit manatladırsa yəni 17 min manat civarındadırsa bugünkü günə onun kredit məbləği 54 min manata gəlib çatmışdır. Bu çox ağır yük idi. Cənab prezident və birinci vitse- prezident buna etiraz etdi və dedilər ki, insanların çiynində çox ağır faiz yükləri qalır. Devalvasiyanınn kompensasiyasından sonra da yenə də insanların üzərində böyük yük qalır. Bunun da həlli tapılmalı idi. Fərmanın ikinci hissəsinin tapşırığı buradan əmələ gəldi".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4942   Tarix: 01 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir kiloqramının qiymətinə 6 kilo ət almaq olar - Buna görə bahadır

Azərbaycana əsasən Türkiyənin Qaziantep bölgəsindən gətirilən fıstıq (Antep fıstığı) kəskin bahalaşıb. Hazırda bazarlarda bu məhsulun 1 kiloqramı orta hesabla 48-50 manata satılır. Bəzi çərəz mağazalarında, eləcə də marketlərdə qablaşdırmadan və növdən asılı olaraq, hətta kilosu 70-100 manat qiymət

6 dekabr
.

Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır

Ədliyyə Nazirliyi fərdi sahibkar Əsəd Əzizovla satınalma müqaviləsi bağlayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə mebel və digər inventarların satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 8 184,48 manatdır. Nazirlik bu məbləğə sənəd dolabı, metal stellaj, ISO stul, paltar dolabı

12 dekabr
.

Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 29 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 150,712 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,2 % çoxdur. "Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir. Azərbaycana tədarü

22 noyabr
.

Azərbaycanda saatlıq minimum əməkhaqqı TƏXİRƏ SALINDI

Regional məsələlər komitəsinin son iclasında Əmək Məcəlləsinə təklif olunan bir sıra mühüm dəyişikliklər edilib. Uşağın doğulması ilə əlaqədar atalara 14 günlük ödənişli məzuniyyətin verilməsi, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi dövründə əmək müqaviləsi ilə təmi

7 dekabr
.

Azərbaycanda kərə yağı ehtiyatı 5 dəfəyə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 min 115,5 ton kərə yağı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır. Noyabrın 1-nə ölkədə 174,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisəd

22 noyabr
.

Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ

Azərbaycanda növbəti ildən yeni 3 manatlıq əskinasların dövriyyəyə buraxılacağı iddia olunur. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. İddia edilir ki, yeni pul vahidi yeni ildən istifadəyə veriləcək, hətta onun görünüşünü əks etdirən foto belə paylaşılır. Məsələ ilə əlaqədar Azərbayca

1 dekabr
.

Azərbaycan Çinə fındıq və badam ixracını artıracaq

Azərbaycandan Çinə fındıq və badam ixracının genişləndirilməsi istiqamətində intensiv tədbirlər həyata keçirilir. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir. Bu gün Zaqatalada fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib

7 dekabr
.

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 8 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 99,013 milyon ABŞ dolları dəyərində polad idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur. Noyabrda Türkiyə Azərbaycana 10,504 milyon ABŞ dolları dəyərind

6 dekabr
.

Cari ildə əczaçılıq məhsullarının istehsalı iki dəfə artıb, spirt və gübrə istehsalı isə azalıb

Cari ilin yanvar-noyabr aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində ümumilikdə 2 milyard 76.3 milyon manatlıq məhsul istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarını

14 dekabr