Rusiyalı politoloqdan sensasion açıqlama: "Qarabağla bağlı yeni saziş hazırlanır"

Rusiyalı politoloqdan sensasion açıqlama: "Qarabağla bağlı yeni saziş hazırlanır"Azərbaycan və Ermənistan liderlərinin görüşü fonunda ATƏT-in Minsk qrupunun son aylardakı passivliyi ictimaiyyətə açıqlanmayan işçi layihənin olmasına sübutdur.

Sonxeber.az avropa.info-ya istinadla xəbər verir ki, bu barədə NEWS.am-a müsahibəsində Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert, rusiyalı politoloq Stanislav Tarasov danışıb. O, ATƏT-in Minsk qrupunun ikinci plana atıldığını qeyd edib.

Politoloqun sözlərinə görə, buna sübut kimi Azərbaycan və Ermənistan XİN başçılarının dörd görüşünü və iki ölkə liderinin guya ATƏT-in Minsk qrupunun koordinasiyası ilə keçirilən görüşünü göstərmək olar:

"İki ölkənin XİN başçıları görüşü fonunda ATƏT-in Minsk qrupunun yeni statusunun müəyyənləşdirildiyini çox az adam fərq etdi. Ermənistan xarici işlər naziri "Biz Məmmədyarovla razılığa gəlirik, çünki təkliflərimizə ATƏT-in Minsk qrupunda baxılır" bəyan etmişdi. Yəni onlar ATƏT-in Minsk qrupunun bunu qeydiyyatdan keçirməsi barədə sövdələşirlər. Əvvəllər Minsk qrupu belə ssenarilər, təkliflər və planlar ilə çıxış edirdi, tərəflər isə onları ya qəbul edir, ya da etmirdi".

Tarasovun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Düşənbə, Sankt-Peterburq və Davosda ATƏT-in Minsk qrupunun formatında kənarda baş tutmuş üç şəxsi görüşü bunu təsdiq edir. Politoloqun fikrinə görə, iki ölkə liderinin Düşənbədə görüşü işə yaradı, belə ki, atəşkəs xəttində gərginlik azaldı və operativ rabitə işləməyə başladı.

"Lakin ssenari pozulmağa başladı və ATƏT-in Minsk qrupunun münaqişə bölgəsinə qayıdaraq, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün anonsunu verdi. Tehranda isə Paşinyan sensasiyalı açıqlama verərək, Əliyevlə görüşlərin danışıqlar olmadığını, Əliyevlə ilk imkanda görüşmək üçün razılığa gəldiklərini açıqladı. Sual yaranır, Əliyevlə Paşinyan daha bir kəs görüşmək barədə razılığa gəliblərsə, ATƏT-in Minsk qrupunun bura nə dəxili? Əgər tərəflər görüşməyə hazırıq deyirsə, deməli, onların müzakirə edib ictimaiyyətə açıqlamadığı hansısa işçi layihə, işçi saziş var. Və bu aşkardır" – Tarasov deyib.

Politoloqun sözlərinə görə, tərəflərin mövqeyi və məntiqi uyğunsuzluğu hansısa layihənin olduğu haqda fikirlərə yönəldir:

"Görünür, Azərbaycan hesab edir ki, ATƏT-in Minsk qrupundan yan keçərək, Əliyev və Paşinyan hansısa kompromis əsaslarda razılığa gələcəklər. İndi isə təşəbbüs əvvəlki gündəmi təqdim edən ATƏT-in Minsk qrupuna keçir".

Tarasovun sözlərinə görə, əgər Bakı Qarabağ məsələsi üzrə dəyişilməz siyasətini davam etdirsə, Qarabağ mövqeyinə görə əvvəlki iqtidarı tənqid edən Ermənistanda hakimiyyətə gələn yeni qrup Qarabağ məsələsinin həlli ilə bağlı nə isə yeni şey deməlidir:

"Onlar isə ATƏT-in Minsk qrupu çərçivəsində köhnə danışıqlar formatına qayıtdılar. Belə bir təsəvvür yaranır ki, İrəvan Qarabağ məsələsi ilə bağlı öz ssenarisini hazırlamayıb. Paşinyanın hansısa konstruktiv yanaşma göstərməsi ilə bağlı rəsmi Bakının müəyyən ümidləri vardı. Biz indi hansısa pərdəarxası yeni ssenarinin pozulmasını müşahidə edirik. Pauza yaranıb və onu doldurmaq üçün ATƏT-in Minsk qrupunun danışıqlar prosesini saxlamağa qərar verdilər" – Tarasov deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2437   Tarix: 07 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel