Deputat: "Ermənistanda başda Paşinyan olmaqla hamısı ağlını itirib"

Deputat: "Ermənistanda başda Paşinyan olmaqla hamısı ağlını itirib""Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil ölkədir və istədiyi zaman hərbi təlimlər keçirib, ordusunun döyüş qabiliyyəti səviyyəsini yoxlaya bilər".
Bunu "Ölkə.Az"-a açıqlamasında millət vəkili Fəzail İbrahimli Azərbaycan Ordusunuhn genişmiqyaslı hərbi təlimlərinin erməni tərəfindən qorxu ilə qarşılamasına mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan bir müstəqil dövlət olaraq mütəmadi şəkildə Silahlı Qüvvələrinin döyüş hazırlıq səviyyəsini yoxlayır. Ordunun peşəkarlığının artırılması, yeni silahlarla davranış təcrübəsinin artırması üçün belə təlimlərə ehtiyac var:

"Hazırda keçirilən təlimlər də buna xidmət edir və bu təlimlər bir daha söylədiyim kimi kimsəyə qarşı yönəlməyib. Sadəcə ordunun daim döyüş hazırlıq səviyyəsində saxlanmasına xidmət edir".

Ermənistan rəsmilərinin və ekspertlərinin səsləndirdiyi fikrə gəldikdə millət vəkili vurğulayıb ki, başda Paşinyan olmaqla hamısı başını itirib.

"Bilirsiniz hiyləgərlik və məkr üzərində qurulan siyasətin heç zaman müsbət sonluğu ola bilməz. Paşinyan anlamalıdır ki, onun məkr və hiyləgərliyinin bir sonu olacaq. Avropanı, Rusiyanı, erməni lobbisini və daxildə erməni xalqını aldatmaqla hakimiyyətdə uzun müddət qalmaq mümkün deyil. Paşinyan bütün tərəfləri aldada-aldada gününü keçirməklə məşğuldur. Bu nə qədər davam edəcək demək çətindir. Bu bir qismət payıdır ki, hələlik bu yolla gedir. Görək sonu nə olur", - deyə millət vəkili vurğulayıb.

F.İbrahimli əlavə edib ki, Paşinyanı da Köçəryanın taleyi gözləyir:
"Sonunda ola bilsin ki, o da Robert Köçəryanla bir həbsxanada yatsın və onun kamera qonşusu olsun… Çünki bunların hər biri qan-qada ilə hakimiyyətə gəlib, başqa ölkənin torpaqlarını işğal ediblər. Bunun da bir sonu var. Hakimiyyəti qan-qada, işğalla saxlamaq mümkün deyil. Xalqa isə dolanmaq lazımdır. Bu isə Ermənistanda mümkün deyil".

F.İbrahimli deyib ki, Paşinyan da digər sələfləri kimi xalqı aldatmaq yolunu tutub, yalançı şüarlar səsləndirməklə məşğuldur.

"Xalqı yalan şüarlarla yemləmək olmur. Bu uzun çəkə bilməz. Xalqa çörək, su vermək lazımdır. Paşinyan da ermənilərə bunu verə bilmir və verə də bilməyəcək. Birincisi, Ermənistan forpost ölkədir və bundan xilas ola bilmir. Digər tərəfdən nə qədər ki, işğal altında olan Azərbaycan torpaqları işğaldan azad olunmayıb, Ermənistanda normal həyat şəraiti qurulmayacaq. Bunun üçün torpaqlar işğaldan azad olunmalıdır. O baxımdanda Paşinyan girinc vəziyətdə qalıb və heç nə edə bilmir. Hara da gedirsə, əliboş qayıdır", - deyə deputat bildirib.

Hərbi təlimlərə toxunan millət vəkili onu da əlavə edib ki, bu gün Azərbaycan müstəqil ölkə olaraq müstəqil siyasət yürüdə bildiyindən iqtisadiyyatını inkişaf etdirib, ordusunu güclənidirir.

"Məqsəd də bəllidir. Günün birində işğal altında olan torpaqları işğaldan azad etmək. Bunu gizlətmirik də… Ölkə başçısı da dəfələrlə bunu bəyan edib. Əgər torpaqlarımızın danışıqlar yolu ilə azad olunması mümkün olmayacaqsa, o zaman məsələni ordu həll edəcək. Ancaq indi biz səbrlə gözləyib məsələni beynəlxalq hüquqa əsaslanaraq, kimlərəsə əsas verməmək üçün danışıqları davam etdiririk. Bu mümkün olmayanda təbii ki, sözü Azərbaycan ordusu deyəcək. Çünki haqq və güc bizim tərəfdədir. Biz bunu qısa zamanda güc yolu ilə həll etməyə qadirik", - deyə F.İbrahimli bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 884   Tarix: 11 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021