Paşinyan diplomatiyada autizm-simuliyasiya xəstəliyinə düçar olub - DEPUTAT

Paşinyan diplomatiyada autizm-simuliyasiya xəstəliyinə düçar olub - DEPUTAT"Paşinyan diplomatiyada autizm-simuliyasiya xəstəliyinə düçar olub və onun iddialarına özündən başqa heç kəs reaksiya vermir". Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qondarma rejimin tərəf kimi iştirakıyla bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın danışıqlardan yayınmaq cəhdi baş tutmayacaq. Deputat hesab edir ki, Azərbaycanın son dövrlərdə həyata keçirdiyi xarici diplomatik həmlə və gedişlər qısa müddətdə öz nəticələrini verməkdədir. H. Babaoğlu məhz ATƏT in Minsk qrupu həmsədrlərinin bəyanatını da bu kontekstdən qiymətləndirir: "Nikol Paşinyan regiondakı geostrateji reallığa öz siyasi illuziyası ilə yanaşır və əsası olmayan arqumentlər irəli sürməklə mövcud reallığı və beynəlxalq hüququ manipuliyasiya edəcəyini düşünür" .

Millət vəkili bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal faktı sonsuza qədər davam edə bilməz: "Azərbaycan dövləti və xalqı buna imkan verməyəcək. Azərbaycan ordusunun keçirdiyi genişmiqyaslı hərbi təlimlər əslində Azərbaycan ordusunun nəyə qadir olmasının göstəricisidir. Bu təlimlərin işğalçı ölkədə doğurduğu əks-səda və yaratdığı qorxu əbəs deyil. Ermənistanda 2016-cı il aprel və 2018 -ci il "Günnüt döyüşləri"ni yaxşı xatırlayırlar".

H. Babaoğlu vurğulayıb ki, Ermənistanın müdafiə naziri David Tonoyan təlimlərdə iştirak edən hərbi texnika və şəxsi heyətin sayından ciddi narahatlıq keçirib və bunu Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilməsi nəzərdə tutulan görüşdən öncə rəsmi Bakının hərbi təzyiqi kimi qiymətləndirib: "Erməni nazir hesab edir ki, guya belə təlimlərdən əvvəl ATƏT-in müvafiq strukturları məlumatlandırılmalıdır. Ancaq heç yadına düşmür ki , ATƏT və onun Minsk qrupunun həmsədrləri Ermənistandan soruşmalıdırlar ki , sənin ordun qonşu ölkənin ərazisində nə gəzir?".

O əlavə edib ki, Azərbaycan Ermənistanın status-kvonu legitimləşdirmək cəhdlərinə yol verməyəcək: "Rəsmi Bakı hər şeydən öncə öz ordusunun, iqtisadiyyatının gücünə və beynəlxalq nüfuzuna arxalanır. Həmsədrlərin son bəyanatı da onların regionda Azərbaycanın nəyə qadir olması və problemin həlli ilə bağlı götürdükləri öhdəçilikdən irəli gəlir. BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk Qrupu həmsədrlərinə vasitəçi kimi xüsusi mandatı ona görə verib ki, problemi həll etsinlər. Azərbaycan yoxsa bunu vasitəçilərə ehtiyac qalmadan özü edəcək".

Rövşən Rəhimli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 669   Tarix: 11 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel