Mənzillər bahalaşacaq

Mənzillər bahalaşacaqFevralın 19-da prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb.

Fərmana görə, Fövqəladə Hallar Nazirliyi (FHN) 2 aya binanın istismara hazır olması ilə bağlı rəy hazırlayıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim etməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə bina standartlara cavab verirsə, 7 günə onun istismarına icazə verib bu barədə Tikintilərin Dövlət Reyestrinə və FHN-ə yazılı məlumat göndərməlidir.

Martın 5-də isə Nazirlər Kabineti çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin formasını təsdiqləyib.

Əmlak məsələri üzrə ekspert olan Ramil Osmanlı fərmandan irəli gələn məsələləri şərh edib.

O deyib ki, bundan sonra vətəndaşlar artıq öz mənzillərindən, sadəcə, sığınacaq yeri kimi istifadə etməyəcəklər: "Hətta mənzillərini bağışlaya, girova qoya və ya alqı-satqı obyektinə çevirə bilərlər".

"Mənzillərin hüquqi statusu dəyişəcək"

Ramil Osmanlı deyib ki, çoxmənzilli binaların istismara qəbul qaydalarının sadələşdirməsi ilə bağlı imzalanan fərmanda Bakı şəhərində, eyni zamanda regionlarda təqribən, 100 minə qədər mənzilin mülkiyyət sənədlərinin verilməsinə səbəb olacaq:

"Həmin mənzillərin qeydiyyat problemlərinin həlli həm hüquqi baxımdan, həm də iqtisadi baxımdan çox səmərəli bir addımdır. Bunun hüquqi tərəfləri də ondan ibarətdir ki, bayaq dediyim kimi, vətəndaşlar artıq öz mənzillərindən təkcə sığınacaq yeri kimi istifadə etməyəcəklər. Yəni həmin mənzillərin hüquqi statusu dəyişəcək. Eyni zamanda, həmin mənzillər üzərində aparılan əməliyyatların rəsmi qeydiyyata alınması proseduru mümkün olacaq. İqtisadi tərəfləri isə ondan ibarətdir ki, bu mənzillərlə bağlı aparılan bütün əməliyyatların rəsmiləşdirilməsi dövlət büdcəsinə daxil olan vəsaiti artıracaq. Bu da təbii ki, iqtisadi baxımdan səmərəlidir".

"Vətəndaşlarla MTK-lar arasında problemlər olmayacaq"

"Sözsüz ki, burada həm də vətəndaşlar üçün iqtisadi cəhətdən səmərəli olan bir məqam var. Bu məqam odur ki, həmin mənzillərin idarə edilməsindəə problemlər yaranırdı. Məsələn, uzun zamandır ki, MTK ilə vətəndaşlar arasında yığılıb qalmış problemlər var idi. MTK-lar idarəetmədə vətəndaşlara müəyyən problemlər yaradırdılar. Onlardan həm mənzil alqı-satqısı zamanı əlavə pul alırdılar, həm də kommunal xərc formasında vətəndaşlardan pul yığılırdı. Bu kommunal xərclərlə bağlı yığılan pulun hara sərf olunması barədə heç bir məlumat verilmir. Vətəbdaşlar da mənzilinin qeydiyyatı olmadığına görə bu məsələdə MTK ilə mübarizədən çəkinirdilər. Artıq bu problemlər olmayacaq. Sadaladığım bu amillər bu fərmanın müsbət əhəmiyyətindən xəbər verən amillərdir".

"Mənzil bazarında bahalaşma olacaq"

Ekspert deyir ki, bu qərar mənzil bazarındakı qiymətlərə də təsir edəcək.

Onun sözlərinə görə, mənzillərin qiymətində bahalaşma müşahidə olunacaq: "Bir qrup ekspertlər düşünürlər ki, bu proses mənzil bazarında qiymətləri ucuzlaşdıracaq, amma mən hesab edirəm ki, qiymət artımı müşahidə olunacaq. Bildiyiniz kimi, fərman çox qısa müddətli dövrü əhatə edir və bu o deməkdir ki, 2020-ci ilin yanvar ayınadək paytaxt Bakıda 100 minə qədər mənzil sənədləşəcək. Yəni bu qısa vaxt kəsimində sənədləri verilmiş mənzillərin qiymətlərində artım olacaq. Sonrakı dövrlərdə isə tendensiya elə də diqqət çəkməyəcək. Çünki adətən, qiymətin kəskin artım tendensiyası ilk mərhələdə daha çox müşahidə olunur, sonrakı mərhələlərdə nəzərə çarpmır". (fins.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2581   Tarix: 11 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Bu işçilərə kompensasiya veriləcək

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilə

17 aprel
.

Azərbaycanda siqaretin qiyməti yenidən BAHALAŞACAQ - AÇIQLAMA

Son olaraq bir yanvar 20224-cü il tarixində siqaretlərin qiyməti bahalaşıb. Bu bahalaşmadan sonra bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb. "Sobranie" siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat qiyməti artırılıb. Bəs yenidən tütün məmulatlarınd

23 aprel
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral