Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA
"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib.
Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır.
Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,6 milyon manat və ya 20,7% azalaraq 103,6 milyon manata enib. Ümumilikdə bankın öhdəlikləri təxminən 127,6 milyon manata bərabər olub ki, bu, ilin əvvəlinə nisbətən 16,6 milyon manat və ya 11,5% azalma deməkdir.
"Naxçıvan Bank"ın depozit portfeli ilk rübdə 15 milyon manat və ya 23,7% azalaraq 48,4 milyon manata enib. Bu dövrdə bankın cəmi kapitalı isə 8,1% artaraq 66,97 milyon manata yüksəlib.
"Naxçıvan Bank"ın maliyyə şöbəsindən Yenisabah.az-a verilən açıqlamaya görə, depozit və kredit portfelinin azalması bankın düşdüyü çətin vəziyyətlə bağlıdır:
"Bank bağlanmağa doğru gedir. Hazırda bank, faktiki olaraq, satılır. Depozitlərin və kreditlər portfelinin azalması da elə bununla bağlıdır. Bununla bağlı rəsmi açıqlama, yəqin ki, gələn ay veriləcək. Hazırda depozit və kredit portfelləri hamılıqla "Kapital Bank"a yönləndirilir".
Xatırladaq ki, 2023-cü il mayın 18-də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-42/2023 nömrəli qərarı ilə "Günay Bank", 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə isə "Muğan Bank" ASC müflis elan edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 33,1 milyard manat olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin yanvar-may aylarına nisbətən rea
20 iyunAzərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb
Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,9 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,4 bənd çox, ötən ilin mayın 1-nə nisbətən 1,
30 mayAzərbaycanın Çexiya ilə ticarəti yarım milyard dolları ötdü
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 529,7 milyon dollar təşkil edib. -ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb. Hesabat dövründə ölkədən Çexiyaya ixrac 499 milyon dollar təşkil edib. Azərbaycanı
5 avqustQızıl bahalaşdı
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,67% artaraq 4 018,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c
18 iyulGürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 482 milyon 267 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 % çoxdur. Hesabat dövründə Gürcüstan ilə ticarə
5 iyul"BP-Azerbaijan"da yerli işçilərin sayı açıqlanıb
Bu ilin ikinci rübünün yekununda BP şirkətində fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının ümumi sayı 2 363 nəfər təşkil edib. Report-a istinadən xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından cari ilin birinci yarımilinin nəticələrinə dair yaydığı biznes hesabatınd
6 avqustAzərbaycan Hindistandan kömür idxalını bərpa edib
Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyə
6 iyunSahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız
Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini
4 avqust