Qarabağda böyük təxribat və... - Paşinyanın YENİ PLANI

Qarabağda böyük təxribat və... - Paşinyanın YENİ PLANIErmənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatından sonra yeni plan üzərində fikirləşir. Bu haqda Ermənistanın mətbuatı informasiya yayıb. İddia olunur ki, Paşinyan yeni plan üzərində düşünməyə başlayıb. O, çox xoş olmayan proseslərin perspektivi halında növbəti "günah keçisi"ni axtarmağa başlayacaq və məsuliyyəti xarici siyasətə görə cavabdeh şəxs kimi Zoqrab Mnatsakanyanın üzərinə qoyacaq. Bu halda, o sadəcə bir tərəfdən vaxt udmaq, digər tərəfdən günahın bütün yükünü Zoqrab Mnatsakanyanın üzərinə qoymaq üçün onu əvəzləyəcək.

Məsələ ilə bağlı publika.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirli bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan həmişəki kimi ziddiyyətli bəyanatlarla çıxış edir.

Onun sözlərinə görə, hakimiyyətə gələr-gəlməz Paşinyan söyləmişdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışa bilməz. Danışıqların tərəfi kimi Dağlıq Qarabağ rəhbərliyi özü qondarma respublikanı təmsil etməlidir:

"Sonralar isə gördü ki, Azərbaycan dövləti və onun başçısı bu məsələ prinsipial mövqeyini dəyişdirmir. Danışıqlar prosesində yalnız və yalnız Azərbaycanla Ermənistan tərəfi iştirak etməlidir. Dağlıq Qarabağ rəhərliyi bu məsələdə tərəf kimi çıxış edə bilməz. Daha sonra isə biz şahid olduq ki, Paşinyan qeyri-rəsmi şəkildə Düşənbədə, Sankt-Peterburqda və Davosda Azərbaycan prezidenti ilə görüşdü. Bundan başqa, xarici işlər nazirlərinin arasında dörd dəfə müzakirələr aparıldı. Faktiki olaraq Paşinyanın hakimiyyətdə olduğu 10 ay ərzində yeddi dəfə Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüş baş tutdu. Rəsmi olmasa da bu görüşlərin sayı onu göstərir ki, danışıqlardakı tərəflər dəyişilməz qalır və bu, belə də olacaq. Buna baxmayaraq, Paşinyan yenidən absurd iddialarını aktivləşdirib ki, Dağlıq Qarabağ danışıqlar prosesinə qatılmalıdır. Hətta bir az da irəli gedərək bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında ilk ali səviyyəli rəsmi görüşdə Dağlıq Qarabağın tərəf kimi çıxış etməsi və həll formatının dəyişdirilməsi məsələsini müzakirə edəcək. Fikir verirsinizsə, Paşinyan elə məsələlərdən bəhs edir ki, o məsələlər ucbatından danışıqlar, ümumiyyətlə baş tutmaya bilər. Bu baxımdan, hesab edirəm ki, Paşinyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatından sonra müzakirə ilə bağlı problemlərin məsuliyyətini Ermənistanın xarici işlər nazirinin üzərinə atması diqqətçəkən məsələ deyil. Əsas məsələ odur ki, bu gün məlum olub ki, Ermənistan Milli Təhlükəsizlik Şurası Dağlıq Qarabağda – işğal altındakı Azərbaycan torpaqlarında öz fövqəladə toplantısını keçirir. Paşinyan da orada iştirak edəcək. Azərbaycanla Ermənistanın yüksək səviyyəli danışıqlarına hazırlıq getdiyi bir zamanda, həmsədrlərin yekun bəyanat verdiyi məqamda TŞ-nın Qarabağda toplantısı keçirilir və Paşinyan orada iştirak edir. Bu nə deməkdir? Bu, danışıqlar prosesinə arxadan zərbə vurmaq deməkdir. Təxribat xarakterli addımdır.

İndiki vəziyyətdə Ermənistan rəhbərliyinin bütün addımları ona hesablanıb ki, danışıqları pozsun. Bunun alınmayacağı təqdirində isə müzakirələrdə həll formatının dəyişdirilməsini gündəmə gətirib müzakirələrin nəticələrini bəri başdan sıfıra endirsin.

Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Milli Təhlükəsizlik Şurasının bugünkü toplantısına qanuna zidd və təxribatçı addımına siyasi qiymət verməlidir. Göstərilməlidir ki, belə addımlar sülhə deyil, münaqişənin gərginləşməsinə və müharibənin başlanmasına yaşıl işıq yandıra bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1941   Tarix: 12 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb. 16:48. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalen

26 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel