"Mən özüm bir dəfə buradan ət aldım, tövbə elədim..."

"Mən özüm bir dəfə buradan ət aldım, tövbə elədim..."Azərbaycanda qida təhlükəsizliyi sahəsində vəziyyət bərbad olaraq qalır. Küçənin ortasında, antisanitar şəraitdə heyvanların kəsilməsindən tutmuş rayonlardan leş ətinin daşınıb bazarlarda, iaşə müəssisələrində satılmasına qədər insanların sağlamlığını təhdid edən problemlər qalmaqdadır. Belə görünür ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması və bir ildən çoxdur fəaliyyətdə olması da bu sahədə vəziyyəti dəyişə bilməyib.

Bu problem Novruz bayramı günlərində, əhalinin bayram süfrəsi üçün bazarlara axın etdiyi bir vaxtda xüsusilə aktuallaşır. Xüsusən də paytaxt bazarlarında antisanitar şəraitdə mənşəyi məlum olmayan ət satışının davam etdiyi nəzərə alınarsa.

Virtualaz.org-un əməkdaşları Bakının "Vosmoy bazarı" kimi tanınan, Nizami rayonu, Naxçıvanski küçəsindəki bazara baş çəkib, satışda olan ət məhsullarının mənşəyini, baytar nəzarətindən keçib-keçmədiyini öyrənməyə çalışıb. Bəlli olub ki, satışdakı ət, yaxud balıq və toyuqların böyük hissəsi baytar nəzarətindən keçmir, üstəlik nə təmizliyə, nə də ətin satış və saxlama qaydalarına riayət edilmir.

Yük arabasında mal əti satışı, kilosu 6 manatdan...

Avtobus dayanacaından beşmərtəbəli binalara qədər uzanan, insan kütləsinin qaynaşdığı küçə boyu piştaxta arxasında, arabalarda, yaxud yerə sərilmiş kağız torbaların üstündə ət, mal baş-ayağı, balıq, yaxud toyuq satışı bu bazarda adi mənzərədir.

Satıcılar iddia edirlər ki, ət hər gün tezdən Bakı kəndlərində kəsilərək gətirilir, sadəcə "yer pulu ucuz olduğundan" mal ətinin kilosunu 6, balığı növündən asılı olaraq 4-7, "kənd toyuğu"nu isə 5 manatdan təklif edirlər.

Bir qədər irəlidəki, paltar satış yarmarkasının yanındakı "ucuz ət bazarı" kimi tanınan bazara baş çəkirik. İçəri girər-girməz satıcılar ətrafımıza toplanır. Məlum olur ki, bayram olmasına baxmayaraq satış elə də yaxşı getmir, baxmayaraq ki, qiymət sərfəlidir. Satıcılardan biri and-aman edir ki, malı Beyləqan bazarından alıb, bazarın yaxınlığındakı məntəqədə kəsdirib, sübut üçün ətin üzərinə vurulmuş baytar möhürünü də göstərir.

Burada mal əti 5-6 manata, qoyun əti 9, quzu əti olduğu deyilən ət isə 12 manatdan təklif edilir. Ayrıca satışda mal ayağı, içalatı, mal dili də var.

Satıcı: "Bir dəfə buradan ət aldım, tövbə elədim..."

Özümüzü müştəri kimi təqdim edib satıcılardan birinə ehsan vermək üçün ət almaq istədiyimizi söyləyirik və aldığımız cavab bizim üçün gözlənilməz olur: "Evin tikilsin, yaşadığın yerdə ət kəsib satmırlar ki, bura ət almağa gəlmisən? Məclis üçün əti oradan al, qiymət səni aldatmasın",-satıcı təəccübümüzü görüb əlavə edir ki, bu bazardakı əti gərək saatlarla qaynadaq.

"Ət bir az gec bişir, sonra söyüş yiyəsi olmayım. Mən özüm də təzə alverə başlayanda bir dəfə buradan ət aldım, elə o vaxtdan da tövbə elədim. Qoca inək əti ilə yanaşı, xəstə, dişi qoyun ətini də quzu əti adı ilə sırıyırlar. Onu da aparıb bişirəndə yağın donmasından bilmək olur, baxanda başı çıxmayan adam ayırd edə bilmir", - satıcı bildirir.

Elə həmin satıcıdan öyrənirik ki, satışdakı ət dana əti deyil, bir neçə bala vermiş, qocalıb-əldən düşən heyvanlardır. Hansı ki, bu heyvanlara qulluq etmək sərfəli deyil, heyvanın ölümünü gözləməkdənsə kəsib satmaq sərfəlidir. Amma ətlər gündəlik möhürlənir, sadəcə səliqə-səhmanla, saxlama şəraiti ilə çox da maraqlanan yoxdur, bu məsələ satıcının insafına qalır.

Leş əti satanlar isə əvvəlki illərdən fərqli olaraq çox ustalıqla gizlənirlər, indi bazardakı ətin uzaqbaşı 5-10 faizi leş əti ola bilər.

"Əti hazır kəsilmiş alırıq, hər kiloqramda 50 qəpik qazanırıq"

Bunu isə özünü Əkbər kimi təqdim edən satıcı söyləyir və telefonla şəkil çəkməyimizdən şübhələnir. Hiss edirik ki, səhərdən satıcılarla söhbətə qulaq asıb kimə isə telefonda məlumat verir.

"Cəmi 80 manat yer pulu veririk, ətin kilosunda 50 qəpik tuturuq. 2 min manat yer haqqı verənlər mal ətinin kilosunu 13-14 manatdan satır, ucuzluğun başqa səbəbi yoxdur", -Əkbər deyir və biz bazardan çıxmayana qədər yanımızdan əl çəkmir.

Ondan piştaxtaların qarşısına qoyulan zibil torbaların vaxtlı-vaxtında daşınmaması və natəmizliklə bağlı suallarımıza da cavab almağa çalışırıq. Deyir ki, şəkil çəkmək və ya bu barədə şikayət etməklə uzaqbaşı kiminsə çörəyinə bais olacağıq, "dəyirman yenə öz işində olacaq".

Balıq başdan iylənib...

Bazarın balıq satılan cərgəsinə isə üfunət iyindən yaxınlaşmaq mümkün deyil. Əslində bazarda balıq satılan ayrıca şöbə də yoxdur, balıq və ət məhsulları elə geyim piştaxtalarının yaxınlığında yerləşir. Hələ arada meyvə-tərəvəz, quru meyvələr və qənnadı məhsulları da satılır. Diri balıqları saxlamaq üçün cərgə ilə düzülən çirkli vedrə və ləyənlər isə natəmizlik yaradır. Bu natəmizlikdən "təmiz" balıq almaq istəyənlər isə aldıqları balığın içalatını elə oradaca təmizlədirlər. Satıcılar tərəfindən yerindəcə təmizlənən balıq içalatı su ilə müştərilərin gəlib getdiyi yola axıdılır.

Geyim, ağac şitilləri, elektrik avadanlıqları satılan hissədə də ət məhsullarının satışına rast gəlirik. Burada ət piştaxtalardan asılmış olsa da, natəmizlik və nizamsızlıq var. Məsələn, heyvan cəmdəyi satılan piştaxta az qala, unitaz satılan köşə ilə qucaqlaşıb. Unitaz alanlar onu asılmış cəmdəyə sürtmədən bazardan çıxara bilmirlər.

Pendirin suyu heyvanın qanına qarışıb...

Ağartı məhsulları üçün yeri metlax və müvafiq şüşə vitrinlər quraşdırılmış xüsusi şöbə ayrılsa da, onlar daha çox görüntü üçün qoyulmuş kimi görünür. Burada süd, qatıq ətə, içalat göy-göyərtiyə qarışıb. Pendirin suyu heyvan qanına qarışaraq yerə töküldüyündən metlaxın üzərində hərəkət etmək mümkün deyil.

Satışdakı toyuqların mənşəyi ilə bağlı sənədlə tanış ola bilmirik, satıcılardan biri deyir ki, baytar nəzarəti olmadan məhsul satışa çıxarılması mümkünsüzdür, əlləri çirkli olduğundan sənədi maşında saxlayırlar. Amma toyuğun təzə olmasına zəmanət verirlər. Köşklərdə isə ət üçün verilən sertifikatlar divara yapışdırılıb.

Bazarın çıxacağında arabaların üstündə satılan mal ayaqlarının, delikates kimi istifadə edilən mal dilinin qiyməti ilə maraqlanırıq, mağazalarda 14 manatdan aşağı satılmayan mal dilini 4-5, mal ayaqlarını isə 5 manatdan almaq mümkündür. Natəmizlikdən iyrənməyənlər üçün əlverişli qiymətdir. Hələ iki bazarın arasındakı küçədə arabalarda satılan balıqlar da var. Bunlar da elə arabanın üstündəcə təmizlənir, içalatı saatlarla atılmadan qalır, üfunəti ətrafa yayılır, üstəlik qan qarışıq çirkab küçəyə axır...

Bu, Bakının əsas bazarlarından birində illərdir hökm sürən vəziyyətdir və orada qida təhlükəsizliyinin heç əlifbasından da söhbət gedə bilməz. Redaksiyamızın poçtuna daxil olan çoxsaylı müraciətlərdən isə Bakının digər yerlərində də ət kəsimi və satışı ilə bağlı antisanitar vəziyyətin davam etdiyi məlum olur. Məsələn, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 316 saylı məktəbin qarşısında bir neçə ət dükanları var ki, orada qəssablar heyvanı elə küçənin ortasında, asfaltın üstündə kəsib soyurlar. Həm də məktəblilərin gözü qarşısında...


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 2577   Tarix: 13 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Prezident ona mənzil verdi - FOTO

Xalq artisti, bəstəkar Yaşar İmanov evlə təmin olunub.. . Sonxeber.az xəbər verir ki, bu barədə ONA-ya bəstəkarın özü məlumat verib.. . O bildirib ki, mənzil Yeni Yasamalda yerləşir: "Bu gün gedib baxdıq, 3 otaqlı, təmirsiz mənzildir. Düzdür, hələ sənədləşdirmə işləri aparılmayıb. Əsas odur ki

13 mart 2019

"Lazım gəlsə, şalvarımı da çıxararam" - Canlı efirdə ayaqqabısını çıxaran Hafiz Hacıyev

Xəbər verdiyimiz kimi, ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Yeni Müsavat" qəzetinin "Facebook" səhifəsindəki canlı yayımda maddi durumunun aşağı vəziyyətdə olduğunu bildirib. Partiya sədri canlı yayımda ayaqqabısını çıxardaraq ona müxalif mətbuatı maliyyələşdirdirdiy

13 mart 2019

Avtomobil sahiblərinin nəzərinə: LƏĞV EDİLİR

İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərin avtonəqliyyat vasitələrini xaricə aparıb iki il müddətində ölkəyə geri qaytarmaq tələbinin ləğv edilməsi təklif edilir.. . Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Bu barədə jurnalistlərə məlumat verən Dövlət Gömrük Komitəsinin gömrü

13 mart 2019

Prezidentdən SƏRƏNCAM: 2 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev "Çıraqqala" abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.. . Sonxeber.az xəbər verir ki, sərəncamla Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid "Çıraqqala" abidəsind

13 mart 2019

Prezidentin təyin etdiyi yeni MTRŞ üzvü: Tamaşaçı fərqli bir şey görməlidir

"Sabah Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvləri ilə görüşüb tanış olacağıq". Bunu Sonxeber.az-a açıqlamasında MTRŞ-ya yenicə üzv təyin olunan Bəxtiyar Balakişiyev (Qaraca) deyib. . . Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bəxtiyar Balakişiye

13 mart 2019

Xoşqədəm evindən oğurluq edilən gözdən əlilə qız axtarır - Yeddi arxa dönənin yoxlayacam - FOTO

Gözdən əlil Elçin Abbasovun kirayə yaşadığı evdən oğurluqla bağlı məlumat vermişdik.. . Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızı aparıcısı olduğu proqramda subay olan Elçinə "İcazə verirsən səni evləndirim?" təklifi edib.. . . . O, aparıcının təklifini müsbət qarşılayıb

13 mart 2019

Təhsil müəssisələri ilə bağlı YENİLİK

Təhsil müəssisələrinin akkreditasiyası haqqında yeni qanun layihəsi hazırlanır.. . Sonxeber.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitənin sədri İsa Həbibbəyli bildirib.. . İ.Həbibbəyli deyib ki, yeni qanun layihəsində təhsil müəssisələrinin akkreditasiyas

13 mart 2019

Bu abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə ümumi təhsil almış abituriyentlər müəyyən edilmiş şərtləri yerinə yetirməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.. . Sonxeber.az-ın məlumatına görə, bu barəd

13 mart 2019

Müəlllimlərin maaşının artırılması repititorluğun .... - Deputat

"Ümumi təhsil haqqında" qanun layihəsinin yekun variantında dəyişikliklər edilib.. . Sonxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli bildirib.. . İ.Həbibbəyli deyib ki, komitə 1,5 ildir "Ümumi təhsil haqqında"

13 mart 2019