Aspirinin zərəri və faydaları - SİYAHI

Aspirinin zərəri və faydaları - SİYAHIAspirin ilk dəfə 1897-ci ildə Almaniyanın "Bayer" fabrikinin kimya laboratoriyasında hazırlanıb.

Sonxeber.az "medicina.az"a istinadən bildirir ki, indiyə qədər bu məşhur dərmanın əsl müəllifi məlum deyil. Belə hesab olunur ki, bu dərmanı Feliks Xoffman icad edib. Bəzi məlumatlara görə, kimyaçı Xoffman bu dərmanı uzun illər revmatik ağrılardan əziyyət çəkən atasına kömək etmək üçün hazırlayıb.

Aspirin dünyada ən çox satılan dərmanlarından biridir. Əsas vəzifəsi ağrıları azaltmaq və hərarəti salmaqdır. Bundan əlavə aspirin qan duruldan, infarkt və insultun riskinin azaldan vasitə kimi istifadə olunur. Son zamanlar aspirinin xərçəng əleyhinə təsiri də aşkar olunub. Bu faydalı xüsusiyyətlərlə yanaşı aspirinin bəzi çox ciddi əks təsirləri də mövcuddur. Uzun müddət ərzində aspirin qəbul edən insanlarda qanaxma, mədə xorası və qastrit inkişaf edə bilər. Bundan əlavə 16 yaşına qədər aspirinin qəbulu qadağandır ki, aspirin uşaq və yeniyetmələrdə nadir Rey sindromuna səbəb ola bilər. Qaraciyəri və beyini zədələyən bu sindrom xəstənin həlak olmasına gətirib çıxarda bilər.

Ginnes Rekordları Kitabına daxil olan bu dərman əsas funksiyalarından əlavə digər məqsədlərlə də istifadə olunur:

– Sızanaqları müalicə edir. (Aspirin həbləri əzilir, limon şirəsi ilə qarışdırırlır, yalnız sızanaqların üzərinə çəkilir, 20 dəqiqədən sonra silinir.)

– Həşəratların dişləməsi zamanı qaşınmanın qarşısını alır. (Aspirin suda həll olunur, dişlənmiş yerə çəkilir)

– Kəpəyi müalicə edir. (Aspirin əzilir, şampunla qarışdırılır, bu şampunla saçlar yuyulur)

– Dərini ölmüş hüceyrələrdən təmizləyir (piling edir)

– Dırnaqları möhkəmləndirir. (Aspirin həbləri suda həll olunur və bu suda dırnaqlara vanna edilir)

– Dabanları yumşaltmaq üçün istifadə olunur. (Aspirin əzilir, ayaq vannasını edəndə suya əlavə olunur)

– Güllərin tez solmasının qarşısını alır. (Gül dəstəsi olan güldana 1 həb aspirin atılır)

– Torpağı ziyanvericilərdən qoruyur.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2071   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər gün limon suyu içməyin faydaları

Limon suyu gündəlik vərdiş kimi qəbul edildikdə orqanizmə bir sıra faydalar verə bilər. -a istinadən bildirir ki, ancaq ölçülü istifadə vacibdir. Budur hər gün limon suyu içməyin 7 əsas təsiri:. 1. İmmuniteti gücləndirir. Limon C vitamini ilə zəngindir. Bu vitamin bədənin infeksiyalara qarşı müqavimətin

17 dekabr
.

Uşaqlar arasında yayılan xəstəliyin qripdən fərqi və əlamətləri - Həkim izah edir

"Baku Med" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki buraxılışında son zamanlar azyaşlılar arasında yayılmağa başlayan və mənşəyi hələlik məlum olmayan yeni xəstəlik müzakirə edilib. Proqramın qonağı, infeksionist Fidan Bayramzadə xəstəliyin əsas əlamətləri, qripdən fərqi

6 dekabr
.

Gərginsinizsə bu vitamininiz çatışmır

Vitamin D, B12, B6, maqnezium, sink və omeqa-3 yağ turşuları çatışmazlığını erkən mərhələdə müəyyən etmək çətindir. xəbər verir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri namizədi Nataliya Tananakina deyib. "Bu qida maddələrinin azlığı adətən gözə çarpan simptomlarla özünü göstərmir". Eksperti

7 dekabr
.

Çox dil bilənlərin beyni daha gec yaşlanır

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanması prosesi xeyli ləng gedir. Mütəxəssislər bildirirlə

3 dekabr
.

Bu ərzaqlar mənfi kalorilidir

Bəzi ərzaqlar sıfır və mənfi kaloriliyə malikdir. Söhbət o qidalardan gedir ki, onların həzm prosesinə tərkibində olduğu miqdarda və ya daha artıq kalori sərf olunur. "Qafqazinfo" xəbər verir ki, bu siyahıya göyərti, xiyar, yosunlar, kələm, qabaq, qulançar daxildir. Məsələn, xiyarın bir parçasınd

2 dekabr
.

Bağırsaq sağlamlığı üçün nə içmək lazımdır? - Yeni araşdırma

Kefir istehlakının mikrobiom balansında dəyişikliklərlə əlaqəli olduğu və bunun həzm, immun və metabolik sistemlərin sağlamlığına müsbət təsir göstərə biləcəyi müəyyən edilib. Qaynarinfo xəbər verir ki, bu barədə kefirin sağlamlığa təsiri ilə bağlı alimlərin apardığı geniş icmalda qeyd olunur. Araşdırm

19 dekabr
.

Çox yeyənlər niyə gec doyur? - Səbəb açıqlandı

Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir. Sürətli yemək vərdişi stress və narahatlığı artıra bilər. xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bildirib ki, bu vərdiş narahatlıq və stress hissini gücləndirir. Həkimin sözlərinə görə bağırsaq və beyin arasında sıx əlaq

6 dekabr
.

Arıqladıqdan sonra çəki saxlamağın əsas yolları AÇIQLANDI

RusiyaNI Seçenov Universitetində piylənmənin müalicəsinə yanaşmanı dəyişə biləcək və arıqladıqdan sonra nəticəni qorumağa yardım edəcək genişmiqyaslı tədqiqat işlərinə başlanıb. -in məlumatına görə, mikrobiota, yuxu və fiziki aktivliyin öyrənilməsini əhatə edən yeni layihələr barədə Rusiya Elmlər Akademiyasını

12 dekabr
.

Qış aylarında göz quruluğu və infeksiyalar artır - Həkimdən xəbərdarlıq

Qış aylarının başlaması ilə soyuq hava, külək və qapalı məkanlarda yaranan quru mühit göz sağlamlığına mənfi təsir göstərməyə başlayıb. türk mediasına istinadən xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis, Dr.Faik Engin Azman bu dövrdə göz quruluğu, infeksiyalar və rəqəmsal ekran istifadəsi il

15 dekabr