"Azərbaycan müharibədə qalib gəlsə belə..." - Erməni analitiklər irimiqyaslı müharibəyə ehtimal vermirlər

"Azərbaycan müharibədə qalib gəlsə belə..." - Erməni analitiklər irimiqyaslı müharibəyə ehtimal vermirlər"Azərbaycan Dağlıq Qarabağda irimiqyaslı müharibəyə getməz. Lakin münaqişə zonasında lokal konfrontasiyaların baş verməsi mümkündür".

Sonxeber.az musavat.com-a istindən xəbər verir ki, yerli siyasi ekspertlərin Azərbaycanın keçirdiyi hərbi təlimlərlə bağlı ümumi rəyi belədir.

"Yeni müdafiə sifarişi. Strategiyalar" jurnalının şef-redaktoru Leonid Nersesyan Azərbaycanın hərbi həmlələrinin Ermənistanın danışıqlar prosesində mövqeyini dəyişdirməyəcəyini iddia edib. "Təlimlərin hücum xarakteri daşıması yeni xəbər deyil və hansı hərbi birləşmələrin cəlb olunduğu da aydın görünür. Onların əsas vəzifəsi Qaarabağda müdafiə xəttini yarmaqdan ibarətdir",-deyə erməni politoloq deyib.

Onun sözlərinə görə, böyük savaşın baş vermə ehtimalı az olsa da, 2016-cı ilin aprelində olduğu kimi, lokal döyüş əməliyyatları hər zaman törəyə bilər.

Leonid Nersesyanın fikrincə, Emərnistan buna görə yüksək tempdə silah almağa və silahlı qüvvələrinin imkanlarını genişləndirməyə məcburdur.

"Razm.info" hərbi-analitik portalının yazarı Ayk Xaçikyan da hərbi təlimlərlə iki ölkə lideri arasında keçirilməsi planlanan görüşlə bağlantı qurmağın doğru olmadığını bildirib. O, Azərybaycanın hər zaman eyni mövsümdə bu cür manevrlər həyata keçridiyini vurğulayıb. Xaçikyan bu dəfə Azərbaycan ordusunun "Polonez" tipli rekativ yaylım atəş sistemlərinin, həmçinin İsraildən alınan "Lora" tipli operativ taktiki raket sistemlərini sınaqdan keçirdiyinə, habelə 500-dən çox zirehli texnikanın cəlb olunmasına diqqət çəkib.

Milli və strateji araşdırmalar mərkəzinin direktoru Manvel Sərkisyan isə Azərbaycanın iri miqyaslı müharibəyə gedib burada yeni aldığı silahları tətbiq edəcəyinə şübhə ilə yanaşıb. Çünki onun fikrincə, tanklar və artilleriya ilə yürüdülən siyasi münaqişələrin nəticələri Şimali Qafqaza da sçıraya bilər.

Stepan Səfəryan isəAzərbaycanın uzunmüddətli savaş üçün resurslarının olmadığını iddia edib. "Hətta Azərbaycan müharibədə qalib gəlsə belə, elə dağıntılarla üzləşə bilər ki, bunu qələbə adlandırmaq mümkün olmayacaq",-deyə S. Səfəryan bildirib.

Onun fikrincə, rəsmi Bakı apreldə olduğu kimi qəfildən hücum şansını əldən buraxıb.

Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryan da irimiqyaslı müharibənin olmayacağı barədə deyilən fikirlərlə razılaşıb. Lakin o, da kiçik toqquşmalaırn baş vermə perspektivini istisna etmədiyni söyləyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3116   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel