Məsciddəki partlayışda ölən və yaralılar arasında azərbaycanlı var? — AÇIQLAMA

Məsciddəki partlayışda ölən və yaralılar arasında azərbaycanlı var? — AÇIQLAMA"Yeni Zelandiyada məscidlərin atəşə tutulması nəticəsində ölən və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb".
Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

O deyib ki, Azərbaycanın Avstraliyadakı Səfirliyi (səfirlik eyni zamanda Yeni Zelandiyada akkreditasiya olunub - red) bu məsələ ilə bağlı Yeni Zelandiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələrimiz ilə davamlı təmasdadır".
Xatırladaq ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 40 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

Dünyada   Baxılıb: 519   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR