Ermənistan xüsusi təyinatlısının Azərbaycanla sərhəddə əl atdığı rüsvayçılıq üzə çıxdı

Ermənistan xüsusi təyinatlısının Azərbaycanla sərhəddə əl atdığı rüsvayçılıq üzə çıxdıErmənistan rəhbərliyinin ötən il döyüş növbəsi üçün Azərbaycanın Qazax rayonu istiqamətindəki sərhədə yerləşdirdiyi xüsusi təyinatlı polis qüvvələrinin snayperi xidmətdən yayınmaq üçün rüsvayçı əmələ əl atıb. Sonxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti bildirir.

Məlum olub ki, kimliyi açıqlanmayan həmin polis xüsusi təyinatlısı Azərbaycanla sərhəddə snayper kimi xidmət keçərkən silahı ilə öz-özünə xəsarət yetirib. Və Azərbaycan hərbçilərinin posta hücumu zamanı yaralandığı haqda yalan məlumat verərək xidmətdən yayınıb.

Həmin snayper barəsində sonradan, faktın üzə çıxmasından sonra qaldırılan cinayət işinin materiallarına görə 2018-ci il sentyabrın 2-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Altıncı qarnizon istintaq şöbəsinə Azərbaycanla sərhəddə, döyüş mövqeyində rəqiblə atışma nəticəsində polis qoşunlarının snayperinin sol çiynindən yaralandığı haqda məlumat daxil olub.

İstintaqın gedişində zərər çəkən snayper ifadə verərək deyib ki, döyüş növbətçiliyi zamanı onun olduğu mövqeyə Azərbaycan hərbçiləri hücum edib. Və atışma zamanı snayper çiynindən yaralanıb. Nəticədə "əla xidmətə görə" həmin snayperi medalla təltif ediblər.

Lakin sonrakı məhkəmə-prosessual fəaliyyətlərin nəticəsində hüquq-mühafizə orqanları polis snayperinin əslində necə yaralandığını müəyyən edə biliblər. Məlum olub ki, o xidmətdən yayınmaq üçün özü-özünü vurub. Sübutları saxtalaşdırmaq üçün isə snayer ona təhkim olmunmuş snayper tüfəngindən 12 atəş açıb.

Əldə edilmiş sübutlar nəticəsində polis snayperinə özünə xəsarət yetirmək yolu ilə hərbi xidmətdən yayınmaq ittihamı irəli sürülüb. Habelə xüsusilə ağır cinayət barədə yalan donos verməkdə, sübutları saxtalaşdırmaqda ittiham olunur. Həmin polis barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən il Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan polis qoşunlarını Azərbaycanla sərhədə döyüş növbətçiliyinə göndərib. O vaxta qədər sərhədin həmin istiqamətində Ermənistan ordusunun mövqelərində əsgərlərə canlı qüvvənin çatışmaması üzündən yerli kəndlilər növbətçilik əsasında kömək edirdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2941   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021
.

Müdafiə Nazirliyindən Əfqanıstandakı Azərbaycan sülhməramlıları ilə bağlı AÇIQLAMA

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin verdiyi məlumatda qeyd olunub. Daim

15 avqust 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədildi

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Belə ki, axşa

15 avqust 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Yaşyarımlıq Zəhra Quliyeva faciəsindən dörd il ötür

Bu gün erməni vandalizminin qurbanı olan balaca Zəhra Quliyeva faciəsindən 4 il ötür. 2017-ci ilin bugünkü tarixində Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Zəhra və 1967-ci il təvəllüdlü nənəsi Sahibə Quliyeva Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəş

4 iyul 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021