Ən ucuz Novruz bazarlığını buradan edin - QİYMƏTLƏR

Ən ucuz Novruz bazarlığını buradan edin - QİYMƏTLƏRArtıq Novruz bayramına sayılı günlər qalıb. Bayramla əlaqədar olaraq paytaxt sakinlərini ucuz kənd təssərrüfatı məhsulları ilə təmin edilməsi üçün yarmarkalar təşkil edilib.

Əhalinin bayram bazarlığı etmək üçün bir neçə seçim imkanı var. Market və bazarlarda qiymətlərdən narazı olanlar yarmarkalara üz tuta bilər. Çünki yarmarkaların təşkil edilməsində məqsəd əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, süni qiymət artımının qarşısını almaq və istehlakçıların seçim imkanı yaratmaqdır.

Bəs həqiqətən yarmarkalar əhaliyə seçim imkanı verirmi?

Demək olar ki, bütün metro stansiyalarının çıxışında azı bir bayram çadırı qurulub. Bu çadırlarda təkcə kənd təsərrüfatı malları deyil, müxtəlif bayram aksessuarları, qab-qacaq, yumşaq oyuncaqlar da satılır.

Ən çox bayram çadırı Nərimanov metrostansiyası ətrafında quraşdırılıb. Biz də ilk olaraq yolumuzu bu yarmarkalardan saldıq.

Artıq bayrama bir neçə gün qalsa da, burada Novruz ab-havası demək olar ki, az hiss olunur. Elə satıcılar da bizimlə həmfirkirdir. Onlar bu il alıcı qıtlığından şikayətlənir. Şikayətlərini dinlədikdən sonra satdıqları məhsulların qiyməti ilə maraqlanırıq. Bəziləri danışmaqdan imtina edir. Çünki gün ərzində məhsul satmaqdan çox qiymət sadaladıqlarını deyirlər. Amma çətinliklə də olsa onları danışdıra bilirik. Öyrənirik ki, yarmarkada bayramın əsas atributu olan səmənilərin qiyməti 3 manatdan başlayır, buta formasındakı qablarda və bəzəkli səmənilərin qiyməti isə 25 manatdır. Qız qalası və digər milli təsvirlərin əks olunduğu akssesuarların qiymətləri 5 manatdan başlayır. Bayram günü yumurta və süfrə bəzəmək üçün istifadə edə biləcəyiniz bəzək əşyalarının qiyməti 4-5 manatdan başlayır. Bu il bəzəkli xonçalar dəbdədir. İçi bəzəkli xonçalar 30-35 manata başa gəlir, bəzəksiz xonçalar 20 manatdır. Səməni formasında şam 1.50 manat, digər rəngli şamlar 40 qəpikdən 1 manata qədərdir.

Ərzaq məhsullarının qiyməti belə idi - qoz ləpəsi 15 manat, fındıq ləpəsi 13 manat, qabıqlı qoz-fındıq 5 manat, badam 20 manat, kişmiş 6-8 manat, qara kişmiş 8 manatdan başlayır, meyvə quruları 7, noğul 3-4 manat, hind qozu 28 manat, xurma 5 manat. Bəzəksiz səməni 1-2, bəzəklilər isə 8 manatdan başlayır, araxis 4 manat, iydə, innab 6 manat idi.

Yarmarkada meyvə-tərəvəzin qiymətinə gəldikdə - portağal 2.50, armud 4.50, alma 1- 2 manat, kivi 3 manat, iri naringi 4.20, balacalar 2.50 manat, limon 30 qəpik, pomidor 3-4, xiyar 3.50 manat, badımcan 1.90 manatdır.

Hər il yarmarkadakı çadırlarda satıcı işləyən Faiq bəy deyir ki, qiymətlər ötən ildən aşağıdır. Bunun da səbəbi bu məhsuldarlığın yüksək olmasıdır. Yarmarkadakı məhsullar yerli mal olduğundan qiymətlərin də aşağıdır.

Alıcılar deyir ki, pulu olana qiymət fərqi yoxdur. Amma büdcəsinə uyğun bazarlıq etmək istəyənlər yarmarkaya gəlir. Lakin alıcılar yarmarkada bəzi məhsulların marketlərdən baha olduğunu deyir. Bəzi alıcılar isə yarmarkadakı qiymətlər münasib olduğundan hər il məhz buradan bazarlığa üstünlük verdiklərini bildirir.

"28 May" metrostansiyasının çıxışında da yarmarka Novruz festivalı çərçivəsində bir sıra məhsulları satışı həyata keçirilir. Düzdür, burada kənd təsərrüfatı malları satılmır. Lakin bayram günlərini əylənərək keçirmək istəyənlər üçün yaxşı imkan yaradılıb. Festival ərazisində səmənilər 2-10 manat arasında dəyişir.

"Gənclik" metrostansiyasındakı çadırlarda satış alıcıların istədiyi səviyyədə deyil. Bu yarmarkada yarmarkada ət 9 manata təklif edilir. Səmənilər 1 manatdan başlayır, ölçü və formasına görə 10 manata qədər qiymət yüksələ bilir. Qabıqlı qoz-fındıq 5 manat, təmiz fındıq 12-14 manat, qoz ləpəsi 8-14 manat, innab 6-10 manat, iydə 4-6 manat, kişmiş 8-16 manat, kənd çolpası 5 manat, yumurta 0.25 manat, qatıq 3-3.5 manat, nehrə yağı 10 manat, motal pendiri 12, digər pendirlər 4.5 -7 manat, göyərti 10-16 qəpik, pomidor 3.50 manat, xiyar 3 manat, nar 1.20 manat, alma 2, armud 2-3 manat, kartof, soğan 0.80 manatdır.

Bayram bazarlığı etməyiniz üçün ərzaqlar və aksessuarların qiymətini təqdim etdik. Bundan sonra bazarlığı market, bazar, yoxsa yarmarkadan etmək seçimi sizin ixtiyarınızdadır.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri Novruz yarmarkaları keçirilir. Martın 16-dan 21-dək isə yarmarkalar hər gün fəaliyyət göstərəcək. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılacaq. (Publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1500   Tarix: 20 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021