İdman zalında məşq edənlər bunları mütləq bilməlidir!

İdman zalında məşq edənlər bunları mütləq bilməlidir!Artıq çəkidən azad olmaq dedikdə ilk ağıla gələn pəhrizdir. Lakin artıq çəkidən azad olmaq üçün pəhrizlə bərabər idman ən ideal vasitədir. İdman təkcə arıqlamaq üçün deyil, sağlamlıq və ideal bədən quruluşuna malik olmaq üçün əvəzsiz üsuldur. Hər üç halda məşq zallarına üz tutan insanlar çox zaman kor-koranə idman etdiklərinin fərqində olmurlar. Az keçmir ki, bunun əks təsirləri özünü göstərməyə başlayır.

Sirr deyil ki, müasir dövrün problemlərindən olan artıq çəki ilə daha çox qadınlar mübarizə aparır. Aile.lent.az məşqçi Orxan Məmmədovun artıq çəkidən azad olmaq üçün məşq zallarına üz tutan xanımlara bəzi məsləhətlərini təqdim edir. O. Məmmədov etiraf edir, təkcə idman artıq çəki ilə mübarizədə gücsüzdür. Əgər xanım artıq çəkidən azad olmaq istəyirsə, məşqlərlə bərabər pəhriz saxlamalıdır. Bu o demək deyil ki, yeməkdən birdən-birə imtina edilməlidir. Bu, düzgün deyil. Çünki bədəndə vitamin çatışmazlığı yarana bilər: "Bədəni alışdıra-alışdıra pəhrizə keçmək lazımdır. İlk növbədə çörək, qızardılmış, yağlı yeməkləri menyudan çıxarmaq, şirniyyat və çörəyi nisbətən azaltmaq, suda bişmiş yeməklərə üstünlük vermək lazımdır. Zülal, ət, süd, yumurta, balıq, paxlalı bitkiləri rasionlarından çıxarmamalıdırlar. Bu qidaların əzələlərə də xeyri var. Əzələni möhkəmlədir və formalaşdırır. Arıqlamaq üçün qida rasionu əsas şərtdir. İdmanın effekti yalnız bu zaman alına bilər".

Məşq ürəyi riskə atır

Məşq zalında isə artıq çəki ilə mübarizə ilk növbədə qaçış aparatı ilə başlayır. Lakin bu, sürətli qaçış demək deyil. Məşqçi əvvəlcə isinmə hərəkətləri təyin edildiyini deyir: "Qaçış aparatında ilk 3 dəqiqə yerimək məsləhətdir. Bu, həm qan dövranını yaxşılaşdırır, həm də ürəyə güc düşmür. Sonra isə tədricən qaçış sürətini artırmaq olar. Qaçmaq kalorini daha çox yandırmağa kömək edir. İdmana yeni başlayanlar 40 dəqiqə, 1 saat məşq etməlidirlər. Sonra isə tədricən artırmaq olar".

Ümumiyyətlə isə, məşqçi 1,5 saatdan çox idman etməyi məsləhət görmür. Məşq zalında çox vaxt keçirmək sizin daha tez arıqlamağınız demək deyil. Əksinə, bu zaman ürəyinizi gücə sala bilərsiniz. Birdən-birə ağır idman hərəkətləri etmək ürəyə ziyandır: "Buna görə də interval məşqə üstünlük verilməlidir, yəni 3 dəqiqə yerimək, 2 dəqiqə qaçmaq. Bu cür intervalla 30-40 dəqiqə qaçış aparatında vaxt keçirmək olar. Çünki 40-cı dəqiqədə yağ və piy qatı əriməyə başlayır. Sonra tədricən yerimək dəqiqələrini azaldıb, qaçmaq dəqiqələrini artırmaq olar. İnterval məşqin ürəyə çox böyük xeyri var. Artıq çəkidən azad olmaq üçün interval məşq ən yaxşı vasitələrdən biridir".

İdmana başladığınız ilk 3 ayı qaçış aparatları ilə məşq etmək lazımdır. Artıq çəkidən azad olduqdan sonra digər məşqlər və trenajor aparatlarına keçmək olar. Orxan Məmmədov xüsusən artıq çəkili xanımlara birdən-birə bədənlərinə güc verməməyi tapşırır. Məşqlər tədricən olmalıdır. Bədənə birdən-birə ağır məşqlərlə güc vermək əks təsirə gətirib çıxara bilər: "Artıq çəkili xanımlar trenajor aparatlarına fikir verməlidirlər. Elə aparatlar və məşqlər var ki, bədəndəki yağ əridikdən sonra onlardan istifadə etmək olar. Çünki yağı yandırmağa daha çox meylli olan trenajorlar qaçış aparatı, velosiped və xizəkdir. Artıq çəkidən azad olduqdan, boya uyğun çəki əldə etdikdən sonra əzələ kütləsinin həcmini artırmaq və bədəni formaya salmaq üçün digər trenajor aparatlarına keçirik".

Səhv məşqin bədəndə olan yağ qatının əzələyə çevrilməsinə səbəb olduğu da deyilir. Bu fikrin tamamilə yanlış olduğunu vurğulayan O. Məmmədov bədəndə olan yağın heç bir halda, heç vaxt əzələyə çevrilə bilməyəcəyini deyir: "Məşqçilərin çoxu bunu deyir, amma səhvdir. Çünki əzələnin üstündə qalan yağ qaçış zamanı yanır. Sonra isə həmin əzələni üzə çıxarmaq üçün məşqlər edilir. Bu zaman bədənin relyefi arzu edilən formada olur. Hətta anatomiyada da yağın əzələyə çevrilməsi faktı müşahidə edilməyib. Pəhriz və idman yalnız bədəndə olan artıq yağı əridir, əzələyə isə heç bir təsir etmir, əksinə möhkəmlədir".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 3462   Tarix: 24 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir

Banan dünyada ən çox istehlak edilən meyvələrdən biridir. Ucuzdur, dadlıdır, qabığı ilə birlikdə rahat daşınır, tez enerji verir və kalium, B6 vitamini, lif, C vitamini kimi faydalı maddələrlə zəngindir. xəbər verir ki, bir çox idmançı, uşaqlar və sağlam qidalanan insanlar gündəlik rationuna bananı mütlə

3 dekabr
.

Xərçəng olmaq istəmirsinizsə bu əşyalardan uzaq durun - Biri hər saniyə yanımızdadır

Son araşdırmalar bəzi gündəlik istifadə olunan məhsulların xərçəng riski ilə əlaqəli ola biləcəyini göstərir. xəbər verir ki, elm adamları xüsusilə uzunmüddətli və yüksək dozada istifadədə bəzi maddələrin sağlamlığa təsirini diqqətlə izləyirlər. Yapışmayan tavalar yüksək temperaturda istifadə edildikd

20 dekabr
.

Kişilərin beyni qadınlarınkından daha tez kiçilirmiş...

Alimlər yaş artdıqca insan beyninin necə dəyişdiyini araşdırıb. Məlum olub ki, kişilərin beyni yaşlandıqca qadınların beyninə nisbətən daha sürətlə kiçilir. Qaynarinfo xəbər verir ki, bununla bağlı araşdırmanı Norveçin Oslo Universitetinin tədqiqatçıları aparır. Maraqlıdır ki, buna baxmayaraq Altsheyme

18 dekabr
.

Bahalısı da, 2 manatlığı da eyni işi görür, aldanmayın - Həkim

Bahalı diş fırçaları düşündüyünüz qədər fərq yaratmır. xəbər verir ki, bunu hollandiyalı stomatoloq parodontoloq Tima Tomassenin deyib. Alim müxtəlif klinik tədqiqatları müqayisə edərək adi və elektrikli fırçaların təsirini və fırçalama müddətinin dişlərə təsirini araşdırıb. Bu barədə Amsterdam Universitet

6 dekabr
.

Çörəkdən tam imtina etməyin zərərləri

Artıq çəkidən xilas olmaq istəyən hər kəs çörək və şirniyyatdan imtina etməyə çalışır. Buna səbəb çörəyin orqanizm üçün ziyanlı qida olması barədə yayılan məlumatlardır. Əslində, ondan imtina edilməsinin zərərləri daha çoxdur. "Qafqazinfo" xəbər verir ki, əla növ buğda və tam buğda ununda

4 dekabr
.

Çox yeyənlər niyə gec doyur? - Səbəb açıqlandı

Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir. Sürətli yemək vərdişi stress və narahatlığı artıra bilər. xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bildirib ki, bu vərdiş narahatlıq və stress hissini gücləndirir. Həkimin sözlərinə görə bağırsaq və beyin arasında sıx əlaq

6 dekabr
.

Portağalın gizli gücü ortaya çıxdı: Tərkibində elə şeylər var ki...

Əksər insanlar üçün portağal suyu sadəcə adi içkidir. Lakin aparılan tədqiqatlar göstərir ki, bu içki susuzluğu aradan qaldırmaqdan daha çox faydaya malikdir. Bununla bağlı araşdırmanı "Medical Xpress" nəşri dərc edib. Araşdırma, portağal suyunun müntəzəm istehlakının immun hüceyrələrimizdək

6 dekabr
.

Hər gün limon suyu içməyin faydaları

Limon suyu gündəlik vərdiş kimi qəbul edildikdə orqanizmə bir sıra faydalar verə bilər. -a istinadən bildirir ki, ancaq ölçülü istifadə vacibdir. Budur hər gün limon suyu içməyin 7 əsas təsiri:. 1. İmmuniteti gücləndirir. Limon C vitamini ilə zəngindir. Bu vitamin bədənin infeksiyalara qarşı müqavimətin

17 dekabr
.

Ürək çatışmazlığının inkişafını dayandırmağın yolu tapıldı

Ohayo Dövlət Universiteti Tibb Kollecinin alimləri aşkar ediblər ki, qoruyucu zülallardan birinin istehsalını artırmaq ürək çatışmazlığının inkişafını əhəmiyyətli dərəcədə ləngidə bilər. xəbər verir ki, tədqiqat "Circulation Research" jurnalında dərc olunub. Qeyd olunub ki, "CPT1a"

20 dekabr