Bu il hansı saçlar dəbdə olacaq? – Xanımların diqqətinə

Bu il hansı saçlar dəbdə olacaq? – Xanımların diqqətinəİnsanın ümumi görünüşdə saçlar diqqət çəkən başlıca ünsürlərdəndir. Sözsüz ki, geyimi qədər ən azı saç rəngi və düzümü baxımından da dəblə ayaqlaşan xanımlar az deyil. Bəs bu ilin dəbi nədir?

Saç ustası Kifayət Qədimova 2016-cı ilin trendi olacaq saç düzümləri və rənglərindən danışıb. Usta bu il qızılı, qırmızı tonlar, şokolad rənglərin dəbdə olduğunu deyir. Xanımların artıq çox açıq saç rənglərindən uzaq durmaları məsləhətdir. 2016-cı ildə açıq rəngli saçlar aktuallığını itirib. Kül rəngi və onun tonları, sarı tonlar, sırf sarı kimi açıq rənglər artıq dəbdə deyil: "Qarabuğdayı xanımlar qızılı, şokolad saç rənglərinin tonlarından istifadə etsələr, yaxşı olar. Ağbəniz xanımlara isə nisbətən qızılının açığı və həmçinin dəbdə olan saç rənglərinin açıq və tünd rəngləri də yaraşır. Bu baxımdan ağbəniz xanımlar daha şanslıdırlar".

Sözsüz ki, təkcə rəng dəbli saçın göstəricisi deyil. Saçın düzümü də əsas şərtdir. Saç ustası bu il əsasən qısa saçların dəbdə olacağını bildirdi: "Lakin hər bir halda kimə nə yaraşırsa, dəb odur. Kimin üzünə hansı saç düzümü yaraşırsa, o cür kəsdirməli və ya forma verdirməlidir. Qısa boy xanımlara çox uzun saç saxlamaq məsləhət deyil. Qısa saçlı olsalar, bu, onların boyunu vizual olaraq hündür göstərəcək. Boyu nisbətən hündür olan xanımlarsa uzun saçlarına rahatlıqla qulluq edə bilərlər".

Saç düzümlərinə gəldikdə isə, bu il hörüklər yenə də aktuallığını qoruyub saxlayır. Kifayət Qədimova bildirir ki, hörüklərin dəbi, ili yoxdur: "Hörüklər həm sıx, həm də boş formada ola bilər. Hörüklərin çox sayda forması var. Xanımlar bu formalar arasında istədiklərindən yararlana bilərlər. Ümumiyyətlə isə, hazırda saç düzümündə təbiiliyə üstünlük verilir. Lakdan, "naços"dan çox istifadə olunmur. Hətta gəlinlər üçün də artıq sıx, toppuz, laklı, bərk saç düzümləri istifadə edilmir. Bu ilin dəbləri boş, təbii, laksız saçlardır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5027   Tarix: 24 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Zeytun yağından istifadə zamanı edilən 4 səhv

Zeytun yağından istifadə zamanı yol verilən geniş yayılmış səhvlər. Bir çox insan zeytun yağının istənilən halda faydalı olduğuna inanır. Lakin gündəlik istifadədə edilən bəzi səhvlər onun qida dəyərini ciddi şəkildə azalda bilər. bu 4 səhvi təqdim edir:. Yüksək temperaturda qızdırmaq. Ən böyük səhvlərdə

17 dekabr
.

Maşınınız yola görə zədələnibsə, kompensasiya ala bilərsiniz - Sürücülərin yaralı yeri

Yollarında çuxurların, dərin dəliklərin yaranması, asfalt örtüyünün çökməsi ilə bağlı şikayətlərin hər zaman var. Bu cür problemlər isə təkcə sürücülər üçün narahatlıq yaratmır, eyni zamanda avtomobillərə ciddi maddi ziyan vurur. Alt hissənin zədələnməsi, təkərin deşilməsi və digər texniki problemlə

19 dekabr
.

200 manat xərcləməyə gərək yoxdur, 10 qəpiklik əşya da həmin işi görür - VİDEO

Bəzi yeməklər var ki, onları qızdırmaq üçün yenidən tavaya tökdükdə ya yanır, ya da dadı dəyişir. xəbər verir ki, mikrodalğalı sobada isinən zaman yeməyin dadı dəyişmir. Bu sobalar hər kəsin evində olmadığı üçün bəzi şəxslər dolma kimi yeməkləri isitməkdə çətinlik çəkirlər. Bu məqamda aşağıdakı videod

21 dekabr
.

Qəzanı fürsətə çevirdi! Partlayan borunun suyu ilə maşınını yuyan sürücü gündəm olub - VİDEO

Tekirdağın Çerkezköy rayonunda hələlik naməlum səbəbdən su borusu partlayıb. az türk mediasına istinadən xəbər verir ki, partlayışdan sonra yola güclü şəkildə su axmağa başlayıb, ərazi qısa müddətdə su ilə dolub. Uzun müddət müdaxilə olunmaması nəticəsində yolda iri su gölməçələri yaranıb. Bu zaman maraql

17 dekabr
.

İranlı bloqer estetik əməliyyatların sayına görə rekord vurub

Sosial mediada məşhur simalardan biri kimi tanınan iranlı bloqer Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini deyib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, bununla da Naço Ginnesin Rekordlar Kitabına düşdüyünü və "dünyanın ə

17 dekabr
.

Almaniya sakinindən maraqlı rekord: 11 min qar kürəsi toplayıb

Almaniya sakini Yozef Kardinal rekord sayda qar kürəsi toplayıb. xəbər verir ki, bu barədə UPI məlumat yayıb. Son günlərdə Ginnesin Rekordlar Kitabının nümayəndəsi kolleksiyaçının Nürnberqdəki evinə baş çəkib və dünyanın ən böyük qar kürəsi kolleksiyası üçün yeni rekordu rəsmi olaraq təsdiqləyib. Kardina

18 dekabr
.

Bu məşhurun avtoqrafı fantastik qiymətə satılır

Dünyanın müxtəlif hərraclarında məşhurların avtoqrafları fantastik məbləğlərə satılır. Lakin ən bahalı imza nə bir sənətçiyə, nə də yazıçıya məxsusdur. Söhbət Albert Eynşteyndən gedir. xarici mediaya istinadla xəbər verir ki, onun avtoqrafı bütün tanınmış şəxslər arasında ən dəyərli hesab olunur. Mütəxəssislə

17 dekabr
.

Yeni il süfrəsinin "təhlükəli ərzaqları"

"Qarşıdan gələn yeni il süfrəsində yemək bolluğu mədə üçün zərərlidir". xəbər verir ki, bu barədə -ya rusiyalı həkim-diyetoloq və qastroenteroloq Yevgeni Arzamastsev açıqlama verib. Onun sözlərinə görə, bayram süfrəsindəki "ən təhlükəli" məhsullar kolbasa, sosis və sardelkalardır

18 dekabr
.

İtaliyada minlərlə dinozavr izi aşkarlandı - 200 milyon ildən çox yaşı var

Şimali İtaliyadakı Stelvio Milli Parkında 200 milyon ildən çox yaşı olduğu düşünülən minlərlə dinozavr izi aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bildirilib ki, sentyabr ayında Stelvio Milli Parkında təbiət fotoqrafı tərəfindən aşkar edilən izlə

17 dekabr