"Meyxanaçıların necə danışdıqları yox, nə danışdıqları önəmlidir" - Xalq artisti

"Meyxanaçıların necə danışdıqları yox, nə danışdıqları önəmlidir" - Xalq artisti"Folklor bir millətin zəruriyyətindən doğur. Meyxana tarix boyu Bakı-Abşeron zonasında yetişib kənar bölgələrə də yayılıb. Düşünürəm ki, meyxana Sabir satirasının başqa bir formada davamı deməkdir".

Bu sözləri publika.az-a Azərbaycanın Xalq artisti Cahangir Novruzov meyxana diskussiyalarına münasibət bildirərəkən deyib:

"Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında mizahlı düşüncə tərzinə, satiraya Seyid Əzim Şirvani, Sabir, hətta Üzeyir bəyin kiçik ölçülü şeirlərində də rast gəlinir. Meyxana isə mental zərurətdən doğan janrdır. Bu, paltar deyil, xarici maşın, yaxud zinət əşyası deyil ki, bəyənib-bəyənməyəsən. Doğrudur, hər oxuyan Molla Pənah olmaz. Amma hətta Sovet dövründə belə meyxana gizli şəkildə vüsət tapdı. Çünki Sovet vaxtı doğrunu deməyə imkan vermirdilər. Bəlkə də meyxana deyən insanların güclü savadı yox idi, universitet bitirməmişdilər, amma gəlin keçmişə nəzər salaq. 300-500 il öncə yaşayan böyük fikir sahiblərinin də dərin təhsilləri yox idi. Bu, tanrı vergisidir. Onlar tanrısal marağa malik, olmazsa-olmaz insanlardır. Ömər Xəyyam mədrəsədə təhsil alıb. Amma sonra elmlə məşğul olaraq, elə mükəmməl astroloji, riyazi əsərlər yaradıb ki, şeiriyyatı kölgədə qalıb. Şeiriyyatında isə zamanının bir çox əskiklərini söyləmiş şairdir. Meyxanada incə bir məqam var. Kənardan baxan düşünər ki, savadsız, Bakı ləhcəsində bədahətən şeir deyən adamları kim dinləyəcək. Amma necə danışdıqları yox, nə danışdıqları önəmlidir. Elə götürək Əlağa Vahidi... Onun vaxtilə yığıcaqlarda söylədiyi şeirləri lentə alsaydılar, indi cild-cild kitablar yazıla bilərdi. Bəyənib-bəyənməmək bizim həddimiz deyil. Hətta belə deyim, bəyənməyə bilərsən, amma yox saya bilməzsən. Bu dünyada hər şey zərurətdən doğub. Cavan vaxtı düşünürdüm ki, axı milçək nəyə lazımdır? Oxuyandan sonra anladım ki, o qara milçək olmasa, dünyanı üfunət basar, canlılar məhv olar. Çünki onlar dünyanın sanitarlarıdır. İngiltərədə maraqlı bir araşdırma aparılıb. Laborator şəkildə qara milçəkləri infeksiyadan uzaq, böyüdüb, yumurtaları ilə qanqrena yaralarını sağaldıblar. Çünki diqqət ediblər ki, qara milçəyin yara üzərinə qoyduğu yumurtalardan çıxan böcəklər yalnız ölü hüceyrələri yeyirlər. Bu gün İngiltərədə qara milçək yetişdirən klinikalar var. Odur ki, təbiətin zərurətinin qarşısı ala bilmərik. Söz fikir varsa, baxmamaq da, görməmək də mümkündür, amma anlamamaq əsla... Zamanında Bəhlul Danəndə qardaşının zülmündən özünü dəli yerinə qoyub, həqiqətləri dəli dilindən deyib. O cümlədən də meyxanaçılar həqiqəti bu üsulla çatdırmağı seçiblər. O artıq başqa bir məqamdır ki, meyxana da ustadlara, ortabablara və tör-töküntülərə bölünür.

Amma unutmayaq ki, xoşumuza gəlsə də, gəlməsə də şifahi xalq ədəbiyyatı əcdadlarımızın yaşantısından doğub. Tutaq ki, mən hər aşıq musiqisini sevmirəm, amma Aşıq Ədalətin ifasını sevməmək, azərbaycanlı olmamaq deməkdir. Düşünürəm ki, meyxananın inkişafına daha çox yardım edilərsə, meyxanaçılar da düşüncələriniı inkişaf etdirib, başqa səmtlərdən yanaşmağa çalışarlarsa, vəziyyət daha ürəkaçan olar".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1023   Tarix: 29 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Neçə dəfə ürək əməliyyatı keçirtdi"

Aparıcı Zaur Baxşəliyev ötən gün dünyasını dəyişən Əməkdar artist Vahid Əliyevin səhhətindəki problemlərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı proqramında aktyorun ürək problemi olduğunu deyib:. "Səhhətində problem yaranmışdı. Ürəyinə bir neçə stend qoyulmuşdu. Bir neçə dəfə ürək əməliyyat

7 noyabr
.

Qəzənfər Abbasov: "...Özlərini pis günə qoyublar"

Əməkdar artist Babək Niftəliyev xanəndələrin geyimini tənqid edib. Xanəndə tədbirlərdə muğam ifaçılarının idman tərzində səhnəyə çıxmasının əleyhinə olduğunu bildirib:. "Dövlət tərəfindən milli musiqimizə böyük diqqət ayrılıb. Beynəlxalq müsabiqələrə ev sahibliyi edirik. Biz tələbələrlə danışand

31 oktyabr
.

Musiqimizi dünyada təmsil edən Emil Əfrasiyab: "Ermənilər azərbaycanlı olduğumu biləndə evimin şüşələrini sındırdılar"

Baku TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı Əməkdar artist Emil Əfrasiyab olub. O, ABŞ-də yaşadığı dövrdə ermənilərin qaldığı evə hücum etdiklərini söyləyib:. "2013-cü ildə Kaliforniya ştatının Berkli Universitetində təhsil almağa başladım. Orada olduğum müddət ərzind

30 noyabr
.

"Ənənəvi media rəqəmsal təzyiqlərə baxmayaraq, öz aktuallığını qoruyur" - AÇIQLAMA

Noyabrın 6-sı Azərbaycanda Televiziya və Radio işçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu tarix milli televiziya və radio yayımının inkişafında mühüm mərhələ hesab olunur. Müasir dövrdə isə media sahəsi sürətlə dəyişir, rəqəmsal platformalar ənənəvi medianın fəaliyyətinə birbaşa təsir göstərir

6 noyabr
.

"Hələ də inana bilmirəm"

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı vəfat edib. Axşam.az-ın məlumatına görə, Xalq artisti Firəngiz Mütəllimova bununla bağlı paylaşım edib. O, mərhum sənətçi və qızı ilə arxiv fotolarını yayımlayaraq bunları yazıb:. "Ülviyyənin vaxtsız həyatdan gedişin

16 noyabr
.

Tamara Fətullayeva vəfat etdi - 40 il direktor işləmişdi

Lənkəran rayonunda muzey direktoru vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyinin direktoru Tamara Fətullayevadır. Qeyd edək ki, muzeyə daha əvvəl Həzi Aslanovun həyat yoldaşı Xavər xanım rəhbərlik edib

8 dekabr
.

Səidə Quliyeva: "Oğlum hər gün məni yoxlayır"

Xalq artisti Səidə Quliyeva verilişlərin birində oğlu barəsində danışıb. xəbər verir ki, aktrisa bildirib ki, oğlu ailə qursa da, özü ayrı yaşayır:. "37 yaşımda ana olmuşam, bunu heç vaxt problem saymamışam. Oğlum mənim üçün çox dəyərlidir. Ailəli olsa da, sərbəst yaşamasını istəmişəm. Mən öz evimd

25 noyabr
.

Tarixi abidələrlə bağlı da cərimələr sərtləşdirilir

Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr sərtləşdirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısın

19 dekabr
.

Xalq artisti vəfat etdi

Xalq artisti rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova vəfat edib. Bu barədə APA-ya onun qızı məlumat verib. 96 yaşlı rəqqasə bu gün səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirərək iki il M.F. Axundo

19 noyabr