Xalq artisti vəfat etdi
Xalq artisti rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova vəfat edib.
Bu barədə APA-ya onun qızı məlumat verib.
96 yaşlı rəqqasə bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirərək iki il M.F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərib, 1965–1975-ci illərdə rəqs qrupuna rəhbərlik edib.
Roza Cəlilova uzun illər xoreoqraf kimi çalışıb və 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə geniş tanınıb. Onun repertuarında Azərbaycan milli rəqsləri ilə yanaşı ərəb, fars, hind və digər xalqların rəqsləri də yer alıb. Səhnə fəaliyyəti dövründə Kanada, Çexoslovakiya, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə çıxış edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leyla Ramazanlı klassik Azərbaycan musiqisinə yeni nəfəs verdi
Azərbaycanın tanınmış müğənnisi Leyla Ramazanlı klassik Azərbaycan vokal irsinin dəyərli nümunələrindən biri olan "Sən yadıma düşəndə" mahnısını yeni ifa tərzində dinləyicilərə təqdim edib. Əsər görkəmli bəstəkar Elza İbrahimovanın musiqisi və tanınmış şair Dəmir Gədəbəylinin sözləri əsasınd
15 yanvarVan Qoqun iki əsəri satış rekordu qırdı - Fotolar
Nyu-Yorkdakı "Sotheby’s" hərracında niderlandlı dahi rəssam Vinsent van Qoqun "Paris romanları" (1887) əsəri 62,7 milyon dollara satılaraq, rəssamın Paris dövrü işləri üçün yeni rekord müəyyən edib. "Qafqazinfo" xəbər verir ki, ilkin qiymət proqnozu 40 milyon dollar ols
22 noyabr 2025Kredit götürmək istəyənlərin nəzərinə – Növbəti ildən...
Yeni il yeni planlar, yeni qayğılar deməkdir. Ona görə də hər kəs yeni ilə ciddi hazırlaşır. Bəs növbəti ildə bizi bank sektorunda hansı yeniliklər gözləyir?. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda kreditləşmə tempinin birrəqəmli göstəriciyə qədər yavaşlayacağını proqnozlaşdırır
6 dekabr 2025"Hər kəsdən üzr istəyirəm..." - Suad Qarayeva
"Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri rejissor və ssenari müəllifi Suad Qarayeva qalmaqallı "Məhsəti" filmi ilə bağlı instaqram hesabında etdiyi açıqlamasınd
17 dekabr 2025Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 116 il ötür
Bu gün Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadənin doğum günüdür. Onun anadan olmasından 116 il ötür. Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbayca
15 dekabr 2025Ceyhun Mirzəyevin yeganə qızı niyə küçədə acınacaqlı vəziyyətdə yaşayır?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı "Ögey ana" və "Fəryad" filmlərindəki İsmayıl obrazı ilə yaddaşlarda dərin iz buraxan əvəzedilməz aktyor və rejissor Ceyhun Mirzəyevə həsr olunub. Mərhum aktyorun sənət dostları onunla bağlı unudulmaz xatirələrini bölüşüblər
24 noyabr 2025