"Ay bacı, nəyi qurban vermisən?" - Sənubər İsgəndərli
Əməkdar artist Sənubər İsgəndərli "Dikdaban" proqramının qonağı olub.
Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa səmimi açıqlamaları ilə diqqət çəkib.
İsgəndərli qadın və kişi bərabərliyindən söhbət açıb:
"Kişinin kişi yeri var, qadının qadın. "Kişi kimi qadın" ifadəsi xoş səslənmir. Qadın üstünə düşən missiyanı yerinə yetirə bilər, düşünmürəm ki, o, nəyisə çatdıra bilməsin".
Sənətçi haqsızlıq görəndə susduğunu deyib:
"Gənclik dövründə çılğın olursan, illər adama səbri öyrədir. Hərdən deyirlər ki, çox səbrlisən. Elə situasiyalar olur ki, özümdən çıxsam, yeri olmayacaq. Zaman çox şeyi yerinə qoyur. Səbrimlə çox şeylərə nail olmuşam.
İnsan süni olanda səmimi tərəfini göstərmir ki, bata ilər. Məndə sünilik yoxdu. Düşünürəm ki, "oynamağ"ın nə mənası var? Səhnədə oynayıram, o paltarı çıxarandan sonra özümə qayıdıram. Hər yerdə olduğum kimiyəm. Görünməyən tərəflər hamıda var. İstərdim ki, elə onu görünməyən yerdə qoyaq".
Teatrla bağlı fəaliyyətindən söz açan aktrisa özünə məhdudiyyətlər qoymadığını bildirib:
"Mən bu sənət yolunda qurbanlar vermişəm, həlak olmuşam" sözünü sevmirəm. Ay bacı, ay qardaş, nəyi qurban vermisən? Əgər sevdiyin sənətlə məşğul olmusansa, bu, sənə yalnız xoşbəxtlik gətirib. Sevdiyim işlə məşğulam, işə gedəndə xoşbəxt oluram. Bütün sahələrdə problemlər olur. Heç vaxt demərəm ki, ömrümü bu sənətdə çürütmüşəm".
Biri var kütləvi sənət, biri də var elitar sənət. Elitar sənətdə geniş kütlə səni tanımaya da, tanıya da bilər. Əgər bu gün tələbat varsa, rejissor düşünürsə ki, bu aktrisadan başqası mənim üçün yoxdur. Tamaşaçı teatra ona görə gəlirsə, titrlərdə onun adı yazılırsa, o, artıq xalq artistidir. Sənətimə olan hörmətimdən dolayı məhdudiyyətim yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Flora Kərimova küçədə mahnı oxudu – VİDEO
Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
8 sentyabr 2021Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16 sentyabr 2021Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq
Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə
10 sentyabr 2021Əməkdar artist AzTV-də aparıcılıq edir
Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı
4 sentyabr 2021Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO
BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından
14 sentyabr 2021Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO
Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma
3 sentyabr 2021Sənubər İsgəndərli aparıcılıq edəcək
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd
17 sentyabr 2021Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...
Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb
2 sentyabr 2021