Nə yazdan xəbər var, nə bazarlarda ucuzluqdan... - soğanın qiyməti göz yaşardır

Nə yazdan xəbər var, nə bazarlarda ucuzluqdan... - soğanın qiyməti göz yaşardırTəqvimdə yaz bir həftədən çoxdur gəlsə də, Azərbaycanda hələ yazın gəlişini göstərən əlamət yoxdur. Havalar əsl qış havasıdır. Elə bazarlarda da yaz ucuzluğunun əlamətləri gözə dəymir, əksinə, Novruzdan sonra bahalaşma müşahidə olunmaqdadır.

Novruz bayramından sonra bəzi kənd təsərrüfatı məhsullarda qıtlıq yarandığından qiymətlər iki-üç dəfəyədək qalxıb. Ən kəskin artım isə soğanın qiymətində hiss olunur. Hazırda Bakı bazarlarında soğanın qiyməti 1 manat 20 -1 manat 70 qəpik arasında dəyişir. Bayramdan əvvəl 6 manata satılan Hövsan soğanının qiyməti 5-6 manat, "Sabir" sortu isə 50-70 qəpik artıb.

Virtualaz.org-un əməkdaşları paytaxtın 8-ci kilometr qəsəbəsində yerləşən, el arasında "Vosmoy" bazar kimi tanınan bazarda qiymətlərlə maraqlanıb. Bəlli olub ki, bahalaşma bu bazardan da yan keçməyib, hətta əksinə mağazalarda 1 manat 20 qəpiyə satılan Ağdam soğanı bazarda 1 manat 50 qəpikdən təklif edilir. İrandan gətirilən kartof 70, Tovuz və Gədəbəy kartofu isə 1 manatadır. Bayramdan öncə 1 manat 50 qəpik - 3 manata təklif olunan pomidor indi 4-5 manata satılır, xiyarın kiloqramı isə 5-6 manatdan aşağı deyil. Alma, banan, narınginin qiymətində 20-50 qəpik artım var, amma üzümün kiloqramı 70 qəpiyədir.

Satıcılardan biri soğanın bahalaşmasını mövsümlə əlaqələndirərək deyir ki, hər ilin bu vaxtında köhnə soğanın dövrü bitir, təzə soğan çıxana kimi qiymət artır. Digəri isə söyləyir ki, hər il bu mövsümdə qiymət artsa da, indiki kimi bahalıq görməyib.

"Əvvəl 30 kiloqramlıq soğan kisəsini 7 manata alırdıq, bu həftə sonu isə kisəyə 40 manat verdim. Türkiyəyə 60 qəpiyə soğan satırlar, biz 1 manata soğan tapmırıq", -satıcıgileylənir.

Bazarda təzə kartofun kiloqramı 1 manatadır, satıcılar özləri də etiraf edirlər ki, yerli kartof qeybə çəkilib, İran kartofu yerli mal adı ilə sırınır.

Meyvə-tərəvəzdən fərqli olaraq balıq ucuzlaşır, bu isə bayramdan sonra təlabatın azalması ilə əlaqələndirilir. Süd məhsulları və göyərtilərin qiymətində də artım yoxdur. "Düzdür, 3-4 gün əvvəl göyərti qıtlaşmışdı. Bu da rayonlardakı yağışlarla bağlı idi. Amma biz qiyməti artırmadıq, bir az göy dəstələrini seyrəltmişdik. İndi, şükür Allaha, hava düzəlib, göyərti bollaşıb. Dəstəsi 10 qəpiyə, hələ axşam bazarı 5 qəpiyə də satırıq", -Amil adlı satıcı deyir.

Onu da öyrənirik ki, "Diqlas" Ticarət Mərkəzindəki yanğından sonra küçədəki piştaxta və arabaların yığışdırılmasına göstəriş verilib. Paltar bazarındakı piştaxtalar sökülüb, arabalar yığışdırılıb. Bu da qiymətlərə təsir edir.

"Piştaxtalar binaların arasına daşınıb, arabalar da yığışdırılır. Söz veriblər ki, vəziyyət sakitləşəndən sonra yenidən icazə veriləcək. "Bir tərəfdən bayram, bir tərəfdən qıtlıq, bir tərəfdən də yanğın satışı zəiflədib. Ümidimiz gələn ayadır", -satıcılardan biri gileylənir.

Hazırda bazarın dörd bir yanında söküntü gedir, gediş-gəlişə mane olan piştaxtalar yığışdırılır, qalaq-qalaq yığılmış tullantılar təmizlənir...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2099   Tarix: 30 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!

Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin

19 dekabr
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

19 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

"BİG Media" MMC-nin direktoru Emil Əkbərov "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edildi

"BİG Media"MMC-nin direktoru Emil Əkbərov Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edilib. Bununla bağlı -a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbəro

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr
.

Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN

Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb. Bahalaşmanın səbəbi nədir? Ucuzlaşm

21 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr