"Kazbek"lə fırlananlar və ya narkomaniyanın açıq təbliği - VİDEO - FOTO

"Kazbek"lə fırlananlar və ya narkomaniyanın açıq təbliği - VİDEO - FOTOKazbek Qafqazda dağ adıdır, Rusiya ilə Gürcüstanın sərhədində yerləşir, hündürlüyü 5 min metrdən bir az artıqdır, ətəyində osetinlər yaşayır. Ona görə də osetinlərin içində Kazbek adlı adamlar çoxdur.

Bizim də bu adda məşhur futbolçumuz var, hazırda yaşı 80-i haqlayıb, o da osetindir. Ondan başqa bir skripkaçı Kazbek də vardı, gənc yaşda rəhmətə getdi.

Elbrus da Qafqazda dağ zirvəsinin adıdır. Onun da hündürlüyü 5 min metrdən artıqdır, ətəyində əsasən çərkəzlər yaşayır. Bizim ölkəmizdə Çərkəz adlı adamlar da çoxdur, Elbrus adlı adamlar da. Hər kənddə, qəsəbədə ən azı bir Elbrus var.

Bəs necə olur ki, Qafqazda iki böyük dağın birinin adı kişi ismi kimi çox populyardır, o biri isə olduqca qeyri-populyar?

Şəxsi versiyama görə, bunu mühüm bir səbəbi var.

60-70 il öncə SSRİ-də "Kazbek" adlı filtrsiz popiros buraxılıb. O, qutusunun üstündə Kazbek dağının fonunda at çapan süvari təsvir olunmuş bir tütün məmulatıydı.

O dövrə görə bu maxorka çəkənlərin xilası olub. Camaatın canı qəzet kağızının içinə tənbəki doldurub sümürməkdən qurtarıb. "Kazbek" bir növ elitar popiros sayılırmış. Hətta Konstantin Simonov kimi bir şair öz şeirlərindən birində "Kazbek"dən bəhs edib:

И, явившись на вечёрку,
Хоть не гордый человек,
Я б не стал курить махорку,
А достал бы я "Казбек".

(Yəni mənası belədir ki, axşam qonaqlığına gələndə, qürrələnən biri olmasam da, maxorka çəkməzdim, cibimdən "Kazbek" çıxarardım).

O dövrün filmlərində də var, personajlar "Kazbek"in karton müştüyünü bürmələyib çəkirlər.

Amma sonradan o dövrün narkotikə meylli adamları görüblər ki, içinə anaşa doldurmaq üçün "Kazbek" popirosları daha münasibdir. Yavaş-yavaş "Kazbek" anaşa ilə sinonim halına gəlib.

Yəqin ki, Simonov ötən əsrin 70-ci illərində artıq qonaqlığa gələndə təşər-təşər cibindən "Kazbek" çıxarmazdı, çıxarsa, camaat deyərdi, şair nəşəxordur.

Bizdə isə el şairləri "Kazbek"ə daha konkret və funksional misralar həsr etmişdilər: "Gənclərə dərmandır Gəncə "Kazbek"i".
Burada artıq "Gəncə "Kazbek"i"nin içinin lazımi məmulatla dolu olduğuna işarə edilirdi.

Bax, ona görə də artıq bu ölkədə heç kim oğluna Kazbek adı qoymadı, hamı gücü Elbrusa verdi. Çünki artıq Kazbek adı bədnam olmuşdu. Sovet nəşəxorları təkcə "Kazbek" popirosunun yox, gül kimi dağın adını da pisə çıxarmışdılar.

Təsəvvür edin, milis-polis adamı saxlayır, adını soruşur, o da deyir, adı Kazbekdir. İlk reaksiya belə olur: "Bu adı sənə kim qoyub, ə. Əmin-dayın nəşəxor olub?"

İndinin özündə bir xeyli adam heç bilmir ki, bu adda dağ var, elə bilirlər, "Kazbek", ümumiyyətlə, marixuananın bir növüdür.
Budur, təzə rəqs havası çıxıb. Bir manıs açıq-aşkar böylə oxuyur: "Kazbek"ə şey basım, zırranım, fırranım başuva, fırranım".

Ən pisi odur ki, bu, trendə dönüb, gənc qızlar bu sözləri deyə-deyə rəqs edir, videoya çəkir, sosial şəbəkələrdə yayırlar. Bəziləri hətta əlləri ilə "Kazbek"ə nəşə doldurmaq aktını imitasiya edir.

O videolarda həmin melodiya altında rəqs edənlərin sur-suyumuna, davranışlarına, gülüşlərinə baxanda çoxunun hansı yuvanın quşu olduğu barədə dərin düşüncələrə dalmağa lüzum qalmır. Amma içində dəbə ayaq uyduran, heç nədən xəbəri olmayanlar da var, guya "zırranıblar" və fırlanırlar.

Bu, biabırçılıq və rüsvayçılıqdır, amma daha ötəsi də var. Bu mahnını (ona mahnı demək olarsa) yazdıranlar, yayanlar, o cür videolara çəkilənlər və onu yayanlar fərqində deyillər ki, kütləvi şəkildə cinayət əməlinə qol qoyurlar.

Bu, narkotik maddələrin açıq təbliğatıdır. Heç marixuananın rəsmi satışda olduğu ölkələrdə, məsələn, Hollandiyada belə hərəkət etmir, narkomaniyanı inkişaf etdirmək hərəkatına başlamırlar.

Biriləri o gənclərin başına ağıl qoysun. Ya da hüquq-mühafizə orqanları araşdırma aparıb o cür mahnılar yazanları və yayanları tapmalıdırlar və "məqsədniz nədir" sualı verməlidirlər.

Bir müğənni qadının ətəyinin çırmanması və dizinin görünməsi biabırçılıq deyil, amma bu, əsl rüsvayçılıqdır və gənc nəslin təlim-tərbiyəsinə sarsıdıcı zərbədir. Az qala narkotik maddələrin leqallaşdırılması kimi bir şeydir. Yüz minlərlə gənc hesab edir ki, artıq sərbəstcə "Kazbek"ə şey basmaq olar. Yuxarıdakı şəkildə mahnəya qulaq asanların miqdarına (1 455 355) və bəyənənlərin sayına (10 min) diqqət edin.

Sovet dövründə "Kazbek"lə bağlı bir ifadə də vardı, deyirdilər, siqareti tərgitmək istəyirsənsə, "Kazbek" çək...

Yəni çəkib, iyrənib, tərgidəcəksən. Heç kəs bilməzdi ki, gün gələcək, "Kazbek"lə bağlı ən iyrənc durum Azərbaycanda yaranacaq. (Musavat.com)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2477   Tarix: 30 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı

Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı

Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə

20 dekabr
.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr