"Malyutka 2" uşaq qidası ilə bağlı yayılan qərəzli xəbər haqqında "Veysəloğlu" MMC-nin açıqlaması

"Malyutka 2" uşaq qidası ilə bağlı yayılan qərəzli xəbər haqqında "Veysəloğlu" MMC-nin açıqlaması"Malyutka 2" uşaq qidası ilə bağlı yayılan xəbərlərlə bağlı "Veysəloğlu" MMC-nin açıqlama yayıb.

Sonxeber.az xəbər verir ki, şirkətdən verilən məlumatda qeyd olunur ki, "Veysəloğlu" MMC haqqında mətbuatda qeyd edilən uşaq qidası ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:

"Veysəloğlu" MMC iyun 2007- aprel 2018-ci il tarixlərində Nutricia B.V. (Niderland Krallığı) şirkəti ilə əməkdaşlıq etmiş və qeyd edilən şirkətin məhsulları olan Nutrilon və Malyutka markalarının respublikamıza dağıtımını həyata keçirmişdir. Lakin 2018-ci ilin aprel ayından etibarən şirkətimiz "Nutricia" şirkətinin məhsullarının idxalını tam dayandırmışdır. 1 noyabr 2018-ci il tarixindən etibarən isə adı çəkilən istehsalçı şirkətlə əməkdaşlıq müqaviləsinə rəsmi formada xitam verilib.

"Nutricia" şirkətindən ən son idxal etdiyimiz məhsulların ("Malyutka 2" - 350 gr) son istifadə tarixi 06.03.2020-dir. Mətbuatda yayılan fotolarda isə qeyd edilən məhsulun son istifadə tarixi isə 19.03.2020-dir. Yəni mediada şəkilləri yayılan "Malyutka 2" uşaq qidası "Veysəloğlu" MMC-nin bu məhsulun idxalına dair müvafiq şirkətlə müqaviləsinə xitam verdikdən sonra bizə aidiyyatı olmayan digər bir şirkət tərəfindən ölkəyə gətirilib.

Xüsusi olaraq qeyd etmək istərdik ki, "Veysəloğlu" MMC tərəfindən 1 aprel 2018-ci il tarixindən etibarən "Nutricia" şirkətinin məhsulu olan uşaq qidasının idxalı ilə bağlı "Nutricia" şirkətinə sifariş verilməmişdir. Xitam müqaviləsinin imzalanmasına qədər (1 noyabr 2018- ci il tarixinədək) satılan bütün məhsullarla bağlı "Veysəloğlu" MMC məsuliyyət daşıyıb. Əməkdaşlıq müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq, qeyd edilən tarixdən etibarən respublikamıza idxal edilən "Nutricia" fabrikinin bütün məhsulları, həmçinin də mətbuatda adı hallanan "Malyutka 2" ( 350 gr) uşaq qidası ilə bağlı yaranan hər hansı bir problemə görə "Veysəloğlu" MMC məsuliyyət daşımır.

Eyni zamanda qeyd etmək istərdik ki, xitam müqaviləsi imzalandığı tarixdə "Nutricia" şirkətinin müxtəlif ticarət nişanları altında istehsal olunan və ambarlarımızda saxlanılan bütün məhsulları "Nutricia" şirkətinin təyyin etdiyi İDC 2000 şirkətinə təhvil verilib. Yararsız mallar isə İDC 2000 şirkətinin iştirakı ilə rəsmi qaydada məhv edilib.
Qeyd etmək istərdik ki, əməkdaşlığımızın bitməsindən sonra "Veysəloğlu" MMC nümayəndəsi tərəfindən istehsalçı və idxalçılara yazılı şəkildə, həmçinin telefonla satış nöqtələrində sərgilənən məhsulların üzərində rəsmi distribyuterin "Veysəloğlu" MMC şirkətinin qeyd olunduğu və son istifadə müddətinin az qaldığı üçünyığışdırılması tələb edilmişdir. Əlavə olaraq əməkdaşlığın xitamından sonra istehsal edilən qablaşma üzərində idxala dair qeyd olunan "Veysəloğlu" MMC-nin adının çıxarılması xüsusi ilə tələb edilib.

İstehlakçılara bildirmək istəyirik ki, "Veysəloğlu" MMC tərəfindən bütün məhsullarla bağlı şirkətlərlə əməkdaşlıq etdiyi müddətdə keyfiyyət proseduruna əsasən idxal olunan məhsullardan əvvəlcə nümunələr götürülür və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda sınaqlar aparılır.

Qida təhlükəsizliyi baxımından önəm kəsb edən məhsullarımızın dağıtım mərkəzlərində ilk qəbuldan, saxlanma, daşınma və müştərilərə təqdim olunana qədər bütün proses boyu nəzarətləri təmin olunur və dağıtım mərkəzində, mağazalarda mal qəbulu, hətta mağazalarda vitirinlərdə qaldığı müddət ərzində belə, yoxlama mərhələlərindən keçirilir.
Xatırlatmaq istərdik ki, "Veysəloğlu" MMC olaraq idxal etdiyimiz məhsulların keyfiyyətinə nəzarət məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə sıx əməkdaşlıq edirik. Bu məqsədlə bütün məhsullarımız AQTA tərəfindən tətbiq edilən normativlərə əsasən qeydiyyatdan keçirlər.
Sözü gedən məhsulun istehsalı və dağıtımı ilə əlaqədar olaraq İstehsalçı "Nutricia" və idxalçı "İDC 2000" şirkəti tərəfindən "Veysəloğlu" MMC-yə qarşı kobud şəkildə qanunvericilik tələbləri pozulmuş, etiketlənmə prosesində idxalçı haqqında səhv informasiya verilməklə şirkət adı düzgün qeyd edilməmişdir. Bununla da, "Veysəloğlu" MMC-nin işgüzar nüfuzuna ciddi zərər vurulmuşdur. Bu barədə "Veysəloğlu" MMC olaraq, istehlakçıların hüquqlarının pozulması və şirkət adının doğru hallanmaması ilə əlaqədar olaraq istər istehsalçı, istər idxalçı şirkət haqqında hüquq mühafizə orqanlarına müraciət ediləcək.

"Veysəloğlu" MMC uzun müddətli təcrübəsinə, tətbiq etdiyi beynəlxalq standartların tələblərinə və keyfiyyətin idarə olunması prosedurlarına əsaslanaraq satışını həyata keçirdiyi məhsulların keyfiyyətinə zəmanət verir, fəaliyyətini müştəri məmnuniyyəti üzərində qurmağa önəm göstərir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1119   Tarix: 05 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021