Həbsdə olan Fədayə Laçının səhhəti pisləşdi

Həbsdə olan Fədayə Laçının səhhəti pisləşdiXüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə F.Laçının vəkili Nurəngiz Quliyeva çıxış edib.

Vəkil deyib ki, F.Laçının səhhəti pisləşib.

O, F.Laçının səhhətini nəzərə alaraq, ona şərti cəza verilməsini istəyib.

Məhkəmə qərarını aprelin 15-də açıqlayacaq.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 6746   Tarix: 08 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evinin qarajında ilan aşkarlandı: təhlükəsiz şəkildə təbiətə buraxıldı

Türkiyənin Adıyaman vilayətinin Besni rayonunda bir evin qarajına girən ilan qorxuya səbəb olub. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ev sakinləri qarajda ilan görərək dərhal aidiyyəti qurumlara məlumat veriblər. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər ilanı zərərsiz şəkildə tutublar

24 iyun
.

Anasının cansız bədəni ilə günlərlə eyni evdə yaşadı

Türkiyənin Kütahya şəhərində 112 Təcili Çağrı Mərkəzinə daxil olan məlumat əsasında aşkar edilən hadisə böyük təəssüf doğurub. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, evində ölü tapılan 68 yaşlı qadının təxminən 15 gün əvvəl vəfat etdiyi müəyyən edilib. Hadisə yerində aparılan ilkin araşdırmala

25 iyun
.

Hicablı qadını təhqir etdi: "Dənizə də belə girirsiniz?" - VİDEO

Türkiyənin Antalya şəhərində marketdə hicablı qadına qarşı təhqiredici ifadələr işlədən şəxs polis tərəfindən saxlanılıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, hadisə marketlərin birində baş verib. İddialara əsasən, həmin şəxs qadına yaxınlaşaraq onun geyimi ilə bağlı təhqiredici v

24 iyun
.

14 yaşlı qızın burnundan ağıl dişi çıxdı

Rusiyanın Sverdlovsk vilayətində həkimlər 14 yaşlı qızın ağıl dişini burnundan çıxarıblar. xarici mediaya istinadla xəbər verir ki, yeniyetmə üzünün sol hissəsində güclü ağrılar, burun tutulması, baş ağrısı və göz nahiyəsində narahatlıq şikayətləri ilə xəstəxanaya müraciət edib. Müayinələr zamanı məlu

25 iyun
.

Türkiyə tarixinin ən böyük əməliyyatı! 10 min tarixi əsər ələ keçirildi - VİDEO

İstanbulun Beykoz rayonunda tarixi əsər qaçaqmalçılarına qarşı keçirilən əməliyyat zamanı 10 min 185 ədəd tarixi əsər aşkarlanaraq müsadirə edilib. xarici mediaya istinadla xəbər verir ki, İstanbul Polis İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat çərçivəsind

24 iyun
.

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşub: Xeyli sayda yaralı var

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralılar təcili tibbi yardım maşınlar

28 iyun
.

Borc üstündə ATIŞMA: yeniyetmə oğlan öldü

Türkiyənin İstanbul şəhərində silahlı insident ölümlə nəticələnib. yerli mediaya istinadla bildirir ki, hadisə Ümraniye qəsəbəsində baş verib. İki qrup arasında borc məsələsinə görə yaranan mübahisə silahlı qarşıdurmaya çevrilib. Məlumata görə, 17 yaşlı Arda Berk Aktaş və dörd dostu qarşı tərəfin olduğ

26 iyun
.

Bakıda yaşlı qadın ərini baltalayıb

Bakının Yasamal rayonunda ailə-məişət zəmnində 62 yaşlı kişi ağır xəsarətlər alıb. "Teleqraf"a istinadən xəbər verir ki, Yeni Yasamal qəsəbəsi, 2-ci küçə, 16-cı binanın 38-ci mənzilində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Elşən Nəriman oğlu Hacıyev həyat yoldaşı ilə mübahisə edib v

28 iyun
.

XƏBƏRDARLIQ! Şimşək çaxacaq, dolu düşəcək... - SABAHIN HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər mülayi

28 iyun