Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Pensiya yaşının gələcəkdə mərhələli şəkildə artırılaraq 70 yaşa çatdırılması məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Xüsusilə dünyanın bir sıra ölkələrində əhalinin yaşlanması və orta ömür uzunluğunun artması fonunda pensiya islahatlarının gündəmə gəlməsi Azərbaycanda da bu istiqamətdə mümkün dəyişikliklərlə bağlı suallar yaradır.
Bəs yaxın illərdə ölkədə pensiya yaşının 70-ə yüksəldilməsi real görünürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, hazırkı şəraitdə bunun baş verəcəyini gözləmir.
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub
Deputatın sözlərinə görə, pensiya yaşının müəyyənləşdirilməsi əsasən insanların orta ömür uzunluğu ilə əlaqələndirilir:
"Bunu söyləmək çətindir. Beynəlxalq praktikada pensiya yaşı adətən orta ölüm yaşı ilə təxminən 12 il fərq əsasında müəyyənləşdirilir. Əgər orta ömür uzunluğu 77 yaşdırsa, pensiya yaşının 65 olması normal hesab edilir. Gələcəkdə orta ömür uzunluğu 82 yaşa yüksələrsə, o zaman pensiya yaşının 70-ə çatdırılması nəzərdən keçirilə bilər."
Fazil Mustafa vurğulayıb ki, Azərbaycanda hələlik belə bir standartın tətbiqi üçün zəruri şərtlər formalaşmayıb:
"Hazırda ölkəmizdə yaş həddini bu səviyyəyə qaldırmaq mümkün görünmür. Bu, ilk növbədə səhiyyə sisteminin inkişaf səviyyəsi, insanların sağlamlıq vəziyyəti və sosial problemlərinin həlli ilə bağlıdır. Avropa ölkələrinin bir çoxunda insanların 90-100 yaşa qədər yaşamaq tendensiyası daha yüksəkdir. Bunun səbəbi isə keyfiyyətli səhiyyə xidmətləri və yüksək həyat standartlarıdır."
Deputatın fikrincə, indiki şərtlər daxilində yaxın perspektivdə pensiya yaşının 70-ə qaldırılması gözlənilən deyil.
O, əlavə edib ki, belə bir qərar cəmiyyətdə birmənalı qarşılanmaya da bilər:
"Pensiya yaşının artırılması cəmiyyətin bir hissəsini qane etsə də, digər hissəsinin narazılığına səbəb olacaq. Çünki elə insanlar var ki, onlar pensiyaya daha erkən çıxmaq istəyirlər. Bu baxımdan məsələ kifayət qədər həssasdır və hər hansı qərar qəbul edilərkən sosial amillər də nəzərə alınmalıdır."
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4787 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021