"Niyə Azərbaycan qadınını başdanxarab kimi göstərirsiniz?" - Nurəddin Mehdixanlı

"Niyə Azərbaycan qadınını başdanxarab kimi göstərirsiniz?" - Nurəddin Mehdixanlı"Əvvəl əxlaqı olan rejissorlar var idi. Əmi, dayı rol oynamırdı. Rejissorlara demək istəyirəm ki, peşə əxlaqı olsun. O, mənim dostumdur, rolu o, oynamalıdır etməsinlər. Peşə əxlaqə və istedadı olan insanlar bu cür hərəkət etməməlidirlər. Bizdə əvvəl qabaqda xalq, arxada əməkdar artistlər otururdu. Xalq artisti tanıyıram ki, heç əməkdar artist səviyyəsində deyil".
Sonxeber.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nurəddin Mehdixanlı "5-ci element" verilişində deyib. Aktyor özünü mərhum Səməndər Rzayevlə müqayisə edib:

"Səməndər Rzayev 41 yaşında öləndə "əməkdar artist" idi. Mən indi xalq artistiyəm, 63 yaşım olacaq, amma Səməndər Rzayevin etdiyinin 20 faizini etməmişəm. Bu reallıqdır, bunu deməklə özümü kiçiltmirəm. Aktyor yaşadığı cəmiyyətdən bir addım irəlidə olmalıdır.

Heç kimi aşağılamıram. Sadəcə, işimə məsuliyyətlə yanaşıram. Aktyor var ki, son on ildə bir pyes oxumayıb. Ancaq gəlir öz rolunun sözlərini götürür, tamaşadan sonra isə hər şeyi atır qrim otağına gedir. Onlar tanışlıqla gələnlərdir".

Mehdixanlı aparıcı Ranar Musayevin "Digər işlərinin ardınca gedir. Acından ölməlidir" sözlərinə əsəbiləşib:

"Onda zəhmət çəksin getsin başqa iş görsün. Mən niyə acından ölmürəm? Bu gün mən seriallarda ömrünü, gününü puç edənlərdən deyiləm. Qarşımdakı insandan da məsuliyyət tələb edirəm.

Mənim tamaşam varsa, səhər 9-dan işdə oluram. 11-də geyimim otağa gəlməldiir. Tamaşaya 5 dəqiqə qalmış mən səhnə arxasındayam. Üç dəfə Allah deyib çıxıram səhnəyə.

Bir vaxtlar deyirdilər aktyor ac qalmalıdır. Bunu deyənlərin özü acından ölmürdü. İşinə ciddi yanaşan acından ölmür. Sənət yaratmaq üçün çalışmaq, ağlamaq lazımdır".

Aktyor bu sənətə təsadüfi gələnləri qınayıb:

"Avropalıların bizdən fərqi bilirsiz nədir: "Yüz ölç, bir biç" atalar sözü bizdədir, əməl edənlər avropalılardır. Seçimi düzgün etməlisən. Təsadüfi gəlib incəsənətə düşənlərə yazığım gəlir. Onlar gəlib teatrlarda hansısa istedadlının yerini tuturlar, iddiaları dağ boyda. Amma onların yalançı xoşbəxtliyinin üstündən xətt çəkiləcək. Hər kəs bir gün peşman olacaq.

Niyə biz bu gün Azərbaycan qadınını dəli, başdanxarab, ərinin üstünə qışqıran, qapazlayan, kişisini mağmun, dəli, ailə qədri bilməyən, tufeyli kimi göstəririk. Belə deyil axı. Bütün millətin taleyində bunlar var. Amma başqaları nəyi, biz nəyi göstəririk.

Niyə biz iki azərbaycanlı rus dilində danışırıq? Gedib 2 həftə İstanbulda gəzirik, gəlib "gəliyorum, gediyorum" deyirik.

Ölkə başçısı teatrlara pul ayırdı. Maaşlar qalxdı. Sponsorlar çıxdı, teatrlara əlavə paralar verdi. Bu paralar teatr rəhbərlərinin dam örtüyünü, işıq pulunu ödəmək üçün deyil, yeni tamaşalar hazırlamaqdan ötrüdür".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1537   Tarix: 09 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

Flora Kərimova təltif edilməsindən danışdı: "Ali Baş Komandan mənə əsgər kimi baxdı..." - VİDEO

"Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur". -ın məlumatına görə, bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı deyib. "Nə etmişəmsə millətim üçü

31 iyul 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021