Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO
Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir.
Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloji qazıntılar nəticəsində 2006-cı ildə məbədin ərazisində qədim tikili qalıqları aşkar edilib.
Hazırda məbədə xeyli sayda yerli və xarici turist gəlir. Bu təbiət mənzərəsinin içərisində olan tikilinin möhtəşəmliyini seyr etmək üçün gələnlərin sayı günü-gündən artmaqdadır.
Qazıntılar zamanı məbəddə müxtəlif əsrlərdə bərpa işlərinin aparıldığı ortaya çıxıb. Tarixçi Faiq Sofiyev deyir ki, rəvayətə görə, Kürmük məbədinin ərazisindəki hündür qayalıq ərazidə keçmişdə Ay məbədi mövcud olub. Antik mənbələr, həmçinin arxeoloji-etnoqrafik araşdırmalar da bu ərazidə vaxtilə Ay məbədinin olduğunu söyləməyə əsas verir. Məbəd dövlət tərəfindən qorunur. Dəniz səviyyəsindən 590 metr yüksəklikdə yerləşən məbədin mühafizəsi və təmizliyi də məsuliyyət tələb edən bir işdir.
Qeyd edək ki, ildə iki dəfə olmaqla, may və noyabr aylarında Kürmük məbədi ətrafında Kürmükoba bayramı qeyd olunur. Tarix boyu Kürmük çayının şərəfinə keçirilən, ay və su ilə bağlı qədim məhsuldarlıq ayininin izlərini daşıyan Kürmükoba bayramı öz ilkin mahiyyətini itirməyib. Burada dinindən, inancından, milliyətindən asılı olmayaraq hər kəsə ibadət etmək üçün şərait yaradılıb. Kürmük məbədi həm də multikultural dəyərləri özündə birləşdirən tarixi bir abidədir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş15 il sonra "Harri Potter"dəki roluna qayıdır
Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub
28 avqustƏməkdar artist komaya düşüb
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır
7 sentyabr"Gün keçdi"nin Əsməri ekrana qayıda bilər - Yazıçı Anardan açıqlama
Xalq yazıçısı Anar Rzayev Xalq artisti Leyla Şıxlinskayanın illərdir ürəyində gəzdirdiyi arzunun gerçəkləşməsi üçün ilk addımı atıb. Qaynarinfo-ya daxil olan məlumata görə, Leyla Şıxlinskaya vaxtilə "Gün keçdi" bədii filmində canlandırdığı Əsmər obrazının sonrakı həyatından bəhs edən filmi
3 noyabrCeki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqustİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabrFirəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31 oktyabrNurəddin Mehdixanlı xalqı Zəfər Günü münasibətilə təbrik etdi
Xalq artisti Nurəddin Mehdixanlı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktyor bayram münasibətilə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününün Azərbaycan xalqının, şəhid və qazilərin, eləcə də Azərbaycan Ordusunun qələbəsi olduğunu vurğulayıb
7 noyabrLuvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
Parisə yerləşən Luvr Muzeyinin direktoru Kristof Leribo xəbərdarlıq edib ki, bina əsaslı təmir olunmasa, muzey qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər. "Qafqazinfo" xəbər verir ki, o, "Le Figaro"ya müsahibəsində muzeyin köhnəlmiş infrastrukturu və təhlükəsizli
15 oktyabrFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqust