Dövlət rəsmisindən əhaliyə ət məhsulları ilə bağlı XƏBƏRDARLIQ/MÜSAHİBƏ

Dövlət rəsmisindən əhaliyə ət məhsulları ilə bağlı XƏBƏRDARLIQ/MÜSAHİBƏVətəndaşlardan isə xahişimiz ondan ibarətdir ki, baytarlıq nəzarətindən keçməmiş ət və ət məhsullarından istifadə etməsinlər

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin heyvan sağlamlığı şöbəsinin müdiri, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi Qalib Hümmət oğlu Əbdüləliyev BiG.AZ-ın suallarını cavablandırıb.

İlk öncə son zamanlar ölkədə baytarlıq nəzarəti və qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində görülən işlər, qarşıya qoyulan planlar barədə ümumi fikirlərinizi bilmək istəyərdim.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il 1 iyu tarixindən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdə qida zəncirinin müxtəlif mərhələlərindən, müxtəlif məshulları üzrə təhlillər aparılıb. Bu zaman neqativ hallar, çatışmazlıqlar, təkmilləşdirməyə ehtiyac olan məsələlər barədə geniş tədqiqatlar, monitorinqlər aparılıb. Daha çox diqqət çəkən, əhaini narahat edən məsələlərdən biri kimi heyvan kəsimi və ət satışının müvafiq normalara, beynəlxalq təcrübəyə uyğun olmaması aşkara çıxdı. Eyni zamanda bizim müşahidələrimizdən başqa həm də ictimaiətdən, əhalidən daxil olan şikayətlər əsasında bu sahədə problemlər olduğu ortaya çıxdı.

Bundan başqa təbii ki, cənab prezidentimizin müvafiq sərəncamı var ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi digər əlaqədar qurumlarla birlikdə bu sahədə təkmilləşmələr aparsın. Həmin sərəncamdan irəli gələn tapşırıqları yerinə yetirərək həm Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, həm də yerli icra strukturları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib.

Daha çox problem ondan ibarətdir ki, müstəqilliyin ilk illərindən etibarən harda gəldi heyvanların kəsilməsi, ətin satılması, xüsusən yol kənarlarında, əhalinin sıx olan yerlərində məktəblərə, xəstəxanalara gedən yolların üzərində baytarlıq sanitariya qaydalarına, sanitar-gigyenik qaydalara cavab verməyən, mütəxəssislər tərəfindən baxışdan keçməyən heyvanların kəsilməsi halları baş verirdi. Bu hallar qanunsuz olsa da, demək olar ki, bir növ qaydaya çevrilib.

Heyvan kəsimi ilə məşğul olan zaman hansı normalar gözlənilməsi labüddür və bu normaların gözlənilməməsi necə fəsadlar ortaya çıxarır?

Məlumat üçün bildirim ki, ət məhsulları qida təhlükəsizliyi baxımından yüksək risk qrupuna aid olan məhsullardır. Bu ona görə belədir ki, bilavasitə heyvanlar vasitəsilə insanlara müxtəlif xəstəliklər yoluxa bilər,buna zonos xəstəliklər deyilir. Burada xatırlatmaq yerinə düşər ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə insanlara yoluxan bütün yolxucu xəstəliklərin 62%-i heyvan mənşəlidir. Eyni zamanda heyvan kəsildikdən sonra əgər ət uyğun şəraitdə saxlanılmasa, xüsusən temperatur rejimi gözlənilməsə, saxlanma və daşınma qaydalarına əməl olunmasa bunun özü artıq zərəli qidaya çevrilir. Bu nöqteyi nəzərdən qeyd olunur ki, ət məhsulları yüksək riskli qidalara daxildir. Ona görə də agentlik tərəfindən ət məhsullarına ciddi nəzarət olunur və hər zaman məqsədyönlü tədbirlər davam edir. Araşdırmalarımıza görə, Bakıda mövcud olan heyvan kəsim məntəqəsinin potensial sayı, gün ərzində kəsilməli olan heyvanların sayından iki dəfə artıqdır. Yəni bu o deməkdir ki, heyvan kəsiminin aparılması üçün kifayət edəcək saydan da artıq müəssisələr mövcuddur. Bundan başqa burada digər məsələlər də ortaya çıxır ki, bu da əsasən özünü iqtisadi və məşğulluq tərəflərdən daha çox göstərir. Ancaq bununla belə bu da qaçılmazdır ki, sahibkarların əksəriyyəti uzun müddətdir bu işlə məşğul olmağa adət edib. Amma birmənalı şəkildə bilmək lazımdır ki, tətbiq olunan bütün təşəbbüslər respublikanın bütün əhalisinin, o cümlədən də heyvan kəsimi ilə məşğul olan insanların sağlamlığının qorunmasına yönəlmiş tədbirlərdir. Ona görə də müvafiq qaydalara mütləq riayət olunmalıdır.

Agentliyin həyata keçirdiyi tədbirlər sırasında sahibkarlarla iş necə tənzimlənir?

Tədbirləri sistemləşdirdikdə əsasən maarifəndirmə, bilik artımı, informasiyanın yayılması istiqamətində həm agentliyin mərkəzi aparatı tərəfindən, həm bölgələrdə regional bölmələr tərəfindən, AQTA insitutunun əməkdaşları tərəfindən çox geniş məlumatlandırma kampaniyası həyata keçirilir. Bu sahə ilə məşğul olan sahibkarlar ilə görüşlər keçirilir,onların sualları cavablandırılır, zəruri informasiyalar verilir. Qeyd edim ki, artıq bunun müsbət yönümlü təsiri də özünü göstərir. İctimaiyyət tərəfindən də görülən işlər yüksək qiymətləndirilir. Aparılan tədbirlər təqdirə layiq olması barədə agentliyə xeyli sayda məlumatlar daxil olur. Lakin hələ də bu proseslər başa çatmayıb.

Agentliyin qeyri –qanuni heyvan kəsimi məntəqələrinə mütamadi olaraq nəzarət edir. Bu reydlərin nəticəsi olaraq hansı ciddi tədbirlər görülüb, elə bir məntəqə olubmu ki, fəaliyyəti dayandırılsın?

Qanunsuz heyvan kəsimi sahəsində hələ də bir çox problemlər öz həllini tapmayıb. Qida Təhlükəsizliyi Agentliyi qanunsuz heyvan kəsiminin qarşısını almaq üçün yerli icra hakimiyyəti orqanları və Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə birlikdə hazırda yerlərdə nəzarət tədbirlərini davam etdirməkdədir. Paralel olaraq ölkə prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması prosesi davam etdirilir. Sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə Agentlik paytaxt Bakı və respublikanın müxtəlif bölgələrində standartlara uyğun, müasir heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir və müraciət edən sahibkarlara əməkdaşlarımız tərəfindən zəruri metodiki köməkliklər göstərilir".

Görülən işlərlə yanaşı, mövcud vəziyyəti qətiyyən qənaətbəxş hesab etmək olmaz. Qanunsuz heyvan kəsimi sahəsində hələ də bir çox problemlər öz həllini gözləyir. Qeyd edək ki, Agentlik bu sahədə yalnız nəzarət və tənzimləmə funksiyasını həyata keçirir. Agentlik tərəfindən aparılan reyd və yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar olunur, həmin nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq icra orqanlarına müraciətlər olunur.

Bir şeyi unutmaq olmaz ki, hər bir qurumun konkret fəaliyyət sahəsi var. Burada nəzarəti, tənzimləməni bir qurum, yerlərdə icranı isə digər səlahiyyətli qurumlar həyata keçirirlər. Sözügedən sərəncamda da müxtəlif qurumlara öz funksiya və səlahiyyətlərinə uyğun tapşırıqlar verilib. Mən bu prosesdə iştirak edən aidiyyəti orqanları qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınmasında daha aktiv iştirak etməyə çağırıram. Təbii ki, bu sahədə əsas məsuliyyət qanunsuz fəaliyyət göstərən şəxslərin və sahibkarların üzərinə düşür. İstənilən halda qanunsuz fəaliyyət göstərən şəxs və ya sahibkar qanunvericilik çərçivəsində birbaşa məsuliyyət daşıyır. Vətəndaşlardan isə xahişimiz ondan ibarətdir ki, baytarlıq nəzarətindən keçməmiş ət və ət məhsullarından istifadə etməsinlər və ya ət alarkən
həmin heyvanın baytarlıq müayinəsindən keçirilməsi ilə bağlı satış məntəqəsindən məlumat tələb etsinlər.

Hazırda marketlərdə üzərində saxlama müddəti çox olan dondurulmuş qidalar var. Balıq, ət, toyuq məhsulları, xəmir xörəkləri və s. Bu qidalar insan həyatı üçün nə dərəcədə təhlükəli sayılır?

Qeyd etmək lazımdır ki, bütün qida zənciri boyu qida məhsullarının sanitar gigiyenik tələblərinin gözlənilməsi, elmi əsaslandırılmış risklərdən mühafizə olması zəruridir. Buraya məhsul üzrəindəki saxlama müddətinin və şəraiti qaydasına riayət olunması da daxildir. Agentlik digər əlaqədar qurumlar ilə birlikdə belə hallara qarşı mütəşəkkil şəkildə mübarizə aparır.

Ötən ay satışa, üzərində istehsal tarixi bir gün sonra göstərilən yumurtalar çıxarılmışdı. Ümumiyyətlə tək yumurta yox müxtəlif yerli istehsalçılar tərəfindən bazara çıxarılan ət məhsullarının da istehsal tarixinin dəyişdirilməsinə rast gəlirik. Bu hallarla bağlı konkret hansı tədbirlər görülür?

Bu, bir başa qayda pozuntusudur. Digər problemlər kimi bu da ciddi araşdırılan məsələlərdəndir. Belə hallar yolverilməzdir. Lakin bəzən də yayılan belə xəbərlərin əsası olmur. Bunların hamısı normadan kənar hallardır və mübarizə aparılır. Düşünürəm ki, bu hallar sahibkarların, istehsalçıların məlumatının az olması ilə bağlıdır. Sahibkar ilk öncə vətəndaş, daha sonra sahibkar olaraq öhdəliklərini doğru bilib riəyət etsə, qayda pozuntusuna da yol verməz. Qida sahəsində qanunsuz fəaliyyət göstərən hər bir sahibkar qanunvericiliyin tələbləri çərçivəsində məsuliyyət daşıyır. Əsas odur ki, vətəndaşlar istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər. Çünki ən yaxşı nəzarətçi elə alıcının özüdür.

Dövlət rəsmisindən əhaliyə ət məhsulları ilə bağlı XƏBƏRDARLIQ/MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1854   Tarix: 10 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021