İştirakçı: ""Bu stil mənim" verlişində qalmaqalı aparıcı Günay Baxşəliyeva yaradır"

İştirakçı: ""Bu stil mənim" verlişində qalmaqalı aparıcı Günay Baxşəliyeva yaradır"Bir neçə gündür ATV-də yayımlanan "Bu stil mənim" dəb müsabiqəsi ətrafında qalmaqallar səngimək bilmir. Proqramın son buraxılışında münsif Günay Musayevanın iştirakçı Günel Məmmədovaya böhtan atması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sonxeber.az bildirir ki, "Qafqazinfo"ya sözügedən proqramla bağlı şok məlumatlar daxil olub. Belə ki, müsabiqənin eks-iştirakçıları redaksiyamızda qonaq olaraq təşkilatçı şirkətin rəhbərləri ilə bağlı sensasion ittihamlar irəli sürüblər.

"Özünün lüt şəkillərini orda-burda paylaşır. Gəlib bizə deyir ki, bu nə geyimdir?"

Ötən həftənin qəhrəmanı sayılan Günel Məmmədova layihəni ərsəyə gətirən "Renk Media"nın rəhbəri Həmid Tuncerin köməkçisi Ümid bəyin ona başqa təkliflər etdiyini bildirib:

"Ümid bəy mənə mesaj yazıb ki, "Sən qısa geyinəndə çox xoşum gəlir. Özümü sənə baxanda saxlaya bilmirəm". Deyir ki, çox "seksi" görünürsən. Mən də ona xəbərdarlıq etdim, belə şeylər yazmasından narahat olduğumu dedim. Ona bildirdim ki, sevgilim var. Mənə pis sözlər yazdı. O, bir neçə qıza da belə yazıb. Biz verilişə gəlmişik, bunlar da başqa təkilflər edirlər. Sponsorlardan birinin rəhbəri mənə dedi ki, səmimi qızsan, verilişdə olmağını istəmirəm. Bildirdi ki, qalibə pul filan verməyəcəklər. Mebel hədiyyə edəcəklər".
Günel verilişdəki davalarda ATV əməkdaşının yaralandığını da qeyd edib:

"Mən yarışmadan imtina etmişəm. Verilişdə çox haqsızlıqlar olur. Deyirlər ki, 40 faiz geyimdirsə, 60 faiz danışıqdır. Gərək, həyasızlıq edəsən. Məndə də elə xüsusiyyət var ki, hamıya cavab qaytarmalıyam. Yoxsa özümü narahat hiss edirəm. 12 qızı üstümə salırdılar. Davalar çox olurdu. Qız mənə fincan atdı, o da gedib ATV-nin işçisi Nicatın ayağına dəydi. Nicatın ayağı parçalandı".

"Dedilər ki, burda olanları heç yerdə danışmayın, hamınızı efirdə biabır edərik"

Günayla davasından danışan iştirakçı xanım münsiflə bağlı təəssüratlarını da bölüşüb: "Günay Musayeva saf və təmiz olduğumu deyirdi. Məni çox bəyənirdi. Ağladığım gün üstümə çox gəldi. Mənə deyir ki, həddini aşırsan. Arxada demisən ki, pis də geyinsəm mənə yüksək bal verəcəklər. Münsiflər məni sevir. Günay mənə böhtan atdı, elə bir söhbət olmamışdı. Allaha and içdim, inanmadı. Özünün lüt şəkillərini orda-burda paylaşır. Gəlib bizə deyir ki, bu nə geyimdir? Özü nə geyinmişdi? Ağ geyinib, elə bil onu kəfənə büküblər".

Daha sonra Günel verilişin aparıcısı Günay Baxşəliyevanı qalmaqal yaratmaqda ittiham etdi:

"Atam şirkətdə işləyir. Mənə dedilər ki, atan bizim sponsorumuz olsun, səni qabağa çəkək. Bunların hamısı yayım vaxtı oldu. Ancaq efirdə həmin hissələri kəsdilər. Çəkiliş zamanı deyirlər dalaşmağa başlayın. Aparıcı Günay dedi ki, sizin xoş sözləriniz bizə lazım deyil. Bir-birinizi tərifləməyə başlamayın, burada qalmaqal yaradın. Mənə maraqlıdır ki, Türkiyəyə valideynlərin gəlməyinə niyə icazə vermirlər. Bir gün valideynsiz getdim, onda da məni ağlatdılar. Qızlar bir-birinə şər atdılar, dava yarandı. Bu arada qızın biri məni boğmağa başladı. Olmadığım söhbətlərə məni qatırdılar, hamını düşmən edirdilər. Deyirlər ki, hər şeyi valideynlərizə deməyin. Burda olanları heç yerdə danışmayın. Hamınızı efirdə biabır edərik. Onların bizə heç bir xərci çıxmayıb. Evdə qalanda bu dəfə ev pulunu məndən aldılar ".

"Günay Musayeva verilişdə dedi ki, normal ailənin qızı bura qatıla bilməz"

Müsabiqənin digər xanım iştirakçısı Aytac Məmmədova isə verilişə görə övladını itirdiyini bildirib:

""Bu stil mənim" verilişindən çıxmağımın səbəbi qapalı geyinməyim olub. Mənə ilk gündən proqramın təşkilatçıları xəbərdarlıq etdilər ki, qapalı geyindiyim üçün proqramdan tez çıxarıla bilərəm. Açıq-saçıq geyinməyimizi istəyirdilər. Baxmayaraq ki, ilk həftədən təşkilatçılara ailəli olduğumu, açıq geyimlərdən istifadə etməyəcəyimi dedim. Çünki yarışmaya qatılma səbəbim mükafat idi. Ailəm də yarışmaya qatılmağıma icazə vermişdi. Layihəni ərsəyə gətirən şirkətlə də razılaşdıq. İmkanım olmadığı üçün Türkiyəyə avtobusla getdim. Gömrükdə halım pisləşdi, hamilə olduğumu öyrəndim. Amma ağır çantalar daşıdım, halım daha da pisləşdi və övladımı itirdim. Bir neçə saat özümdə olmadım. İştirakçıların valideynləri mənə baxırdılar. Valideynlər şirkətə zəng vurdular ki, məsuliyyət sizin üzərinizdədir, kömək edin. Gec də olsa gəldilər. Şirkətin nümayəndələri məni xəstəxanaya aparsalar da, dərmanlarımı almadılar".
O, şirkətlə müqavilədən imtina etdiyini də qeyd edib:

"Yeganə iştirakçıyam ki, onlarla müqavilə imzalamamışam. Çünki müqavilənin şərtləri ağır idi. Şərtlərə görə, verilişdən sonra müəyyən seriallar və sairə kimi çəkilişlərdən əldə etdiyimiz gəlir onların olacaq. Bizi Türkiyədə uzunmüddətli saxlaya bilərdilər. Ancaq bu, mənə lazım deyildi. Müqavilədən imtina etdim, müqavilənin şərtlərini pozanların cərimələnəcəyi ilə bağlı məlumatım yox idi. Onlar da məndən xahiş etdi ki, imtina barədə qızlara məlumat vermə. Mən də qızlara dedim ki, imzalamışam. Çünki qızlara böyük kimi məsləhət verirdim, mənim sözümü eşidirdilər".

İştirakçının sözlərinə görə, Günay Musayeva onları təhqir edib:

"Günay xanım heç bizim dildə danışa bilmir. Azərbaycan, rus və türk dillərini qarışdırıb nəsə ortaya çıxarır. O xanımda bir xüsusiyyət var ki, qarşısında qürurla duran xanımı sındırsın. O, verilişdə dedi ki, normal ailənin qızı bura qatıla bilməz. Bura ancaq ərindən boşanmış, küçə qızları qatılmalıdır. Normal qızları da öz tərəflərinə çəkirlər. Qalib barədə isə deyirlər ki, ATV-dən bir neçə qız qatılacaq və onlardan biri qalib olacaq".

Müsabiqənin daha bir qalmaqallı iştirakçısı Aysel Mehdizadə isə onlara valideynləri ilə birgə Türkiyəyə getməyə icazə verilmədiyini deyib:

"Valideynlərimizin Türkiyəyə getməyinə icazə vermirdilər. Valideynlərimiz gəlib ortamla tanış olmaq istəyirdilər. Anam bilet almağa gələndə icazə vermədilər. Halbuki öncədən razılaşmışdıq. Anam da dedi ki, ona icazə vermirlərsə, məni də qoymur. Ondan sonra razılaşdılar. Daha sonra Umud bəy ( Hamid Tuncerin müavini) mənə yazdı ki, anan yenə gələcək? Mən də "hə" cavabını verdim. O isə dedi ki, belə olmaz. Müqavilədə belə şey yoxdur. Axı bütün xərcləri, yol pulumuzu hər şeyi özümüz ödəyirik. Bütün ödənişləri biz ediriksə, şirkət niyə valideynlərimizə qadağa qoyur?".
Aysel də digər müsabiqə iştirakçısı kimi şirkət rəhbərinin müavini Ümid bəydən narazı olduğunu ifadə edib:

"Proqram efirə gedəndən 2 həftə sonra çıxdım. Ümid bəy mənə həmişə yazırdı, yola verirdim. Üz vermirdim, cavab yazmırdım. Bakıya gələndən sonra fotosessiyam oldu. Sosial şəbəkədə paylaşdım. Ümid bəy yazdı ki, "Ah sən böyle mi güzeldin? Yarışmada da belə olardın". Dedi ki, Azərbaycanda qalmaq fikrin var? Türkiyəyə gəlmək istəmirsən? Mən də yazdım ki, gəlmişdim, siz göndərdiz. Elə bilirəm veriliş barəsində danışır. Mənə dedi ki, indi gələ bilərsən, səni hər şeylə təmin edərəm. Çox şeylər yazdı, niyyəti başqa idi. Mesajları hələ də qalıb".

"Zaur hər dəfə məni təhqir edirdi..."

İrlana Qasımova isə su çiçəyinə tutulduğunu, buna görə verilişdən uzaqlaşdırıldığını qeyd edib.
Rəşidə Rzayeva isə təşkilatçıları məsuliyyətsizlikdə ittiham edib:

"İlk çəkilişimizdə belə şeylər olmamışdı. İkinci həftə yarışmadan çıxdım. Çox pis şeylər eşitdim. İştirakçıların bəziləri gecə həyatı keçirirdi. Təşkilatçılarla əylənirlər. Bu veriliş zövq yarışması deyildi. Sakit olduğum üçün deyirdilər ki, sən tez çıxacaqsan.
Ən çox Zauru öyrədirdilər. Hər dəfə məni təhqir edirdi. İçimdə səssiz ağladım. Zaur, hətta mənim karikaturamı çəkmişdi. Onun karikaturasını çəkən lazımdı (gülür). Zaurun zövqdən xəbəri yoxdu".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 6483   Tarix: 26 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Məşhur müğənni xərçəngdən vəfat etdi

Tanınmış müğənni və aktrisa, "Girls Aloud" qrupunun solisti Sarah Hardinq 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə ifaçının anası Meri Hardman sosial şəbəkədə yazıb. Sarah bir neçə ildir xərçəngdən müalicə alırdı. Qeyd edək ki, müğənniyə xərçəng diaqnozu ötən ilin yazında qoyulub

6 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021