Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİBKoronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub.

Bu barədə Oxu.Az-a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

"Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - deyə o qeyd edib.

"Yeni Klinika"dan saytımıza verilən məlumata görə, Əməkdar artistin ağciyərlərində COVID-19-la bağlı ikitərəfli pnevmoniyadır, ciyərlərində 80 faiz buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı var, qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir.

13:12
Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.

Bu barədə Publika.az-a müğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib. O bildirib ki, sənətçi bir həftə əvvəl COVID-19-a yoluxub:

"Yeni Klinikaya köçürülüb. Yaqub müəllimin vəziyyəti ağırlaşıb. Millət vəkili Qənirə Paşayeva mütəmadi olaraq zəng vurub əlaqə saxlayır. Məsələ Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətinə götürülüb. Prezidentin köməkçisi Anar Ələkbərovla danışdım. Dedi ki, nə lazımdırsa, dövlət səviyyəsində həll ediləcək. Hər şey olunur. Amma vəziyyəti çox ağırdır".

Aynur Zurufçunun sözlərinə görə, 65 yaşlı Əməkdar artist dünən intensiv şöbəyə köçürülüb:

"Mən də yanında idim, hər şeyə nəzarət edirdim. Hər şey birdən-birə oldu. Vəziyyəti birdən ağırlaşdı. Özü də diqqətli insandır. Analiz verdi, cavabı çıxan günün sabahı xəstəxanaya yerləşdi. Bir həftə palatada qalıb. Dünən intensiv şöbəyə köçürülüb. Orada vəziyyəti ağırlaşıb və reanimasiyaya yerləşdirilib. Dünən gecədən reanimasiyadadır. İntensiv şöbədə yanında idim. Həkimlərlə danışdım, koronavirus elə bir xəstəlikdir ki, ABŞ-da da, burada da müalicəsi eynidir. Sadəcə deyirlər ki, ürəyi zəifdir. İynələrə ürəyi tab gətirsə, bəlkə sağala bilər".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 4665   Tarix: 09 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

1 oktyabr
.

Georgina Rodríguez brilyant üzüyü ilə diqqət çəkdi - VİDEO

Dünya şöhrətli futbolçu Cristiano Ronaldonun həyat yoldaşı Georgina Rodríguez dəbdəbəli həyat tərzi və bahalı aksessuarları ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, model və kontent yaradıcısının sosial şəbəkədə paylaşdığı son görüntülərdə barmağındakı nəhəng brilyant üzü

29 sentyabr
.

Dünyaca məşhur aktyordan Hande Erçelə sürpriz həmlə!

"Elite" serialındakı Ander Muñoz rolu ilə dünya şöhrəti qazanan ispan aktyor Arón Piper türkiyəli aktrisa Hande Erçeli İnstaqramda izləməyə başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Piperin bu addımı sosial mediada diqqət çəkib. İki aktyorun indiyədək birlikdə çalışdığı məlum layih

29 sentyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı

27 sentyabr
.

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO

Xəbər verdiyimiz kimi, neçə gün əvvəl Hacıqabul rayonunda Pünhan Piriyevin toy mərasimi keçirilib. xəbər verir ki, toyun ardından Pünhanın qayınatası və qayınanası kürəkənlərinə hədiyyələri ilə diqqət çəkiblər. Pünhan Piriyevə qayınatası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Belə ki, o, kürəkənin

4 oktyabr
.

Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"

"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini

3 oktyabr
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:. "Onunl

4 oktyabr
.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11 oktyabr