Faiq Qarayev Azərbaycan millisinə döndü

Faiq Qarayev Azərbaycan millisinə döndüQadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib.

Sonxeber.az xəbər verir ki, ONA-nın məlumatına görə, yığmamızı yenidən Faiq Qarayev çalışdıracaq.

6 ay öncə Yaponiyada keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra səhhəti ilə bağlı məşqçilik karyerasını başa vurduğunu açıqlayan təcrübəli mütəxəssis yenidən komandanın "sükanı arxasına" qayıdıb. Azərbaycan Voleybol Federasiyasında I vitse-prezident vəzifəsini daşıyan Faiq Qarayev yarım il boş qalan posta dönməklə millini növbəti uğurlara daşımağa çalışacaq.

Artıq onun adı Qızıl Avropa Liqasında iştirak üçün göndərilən sifariş ərizəsinə də daxil edilib. Təcrübəli Qarayevə köhnə komandası – Famil Ağayevlə Emin Əbilov köməklik edəcəklər.

Məşqçilər korpusunun müəyyənləşdirdiyi ərizədə 24 oyunçu yer alıb. Bunlar Ceyran İmanova, Anastasiya Qurbanova, Odina Əliyeva, Olena Həsənova, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Yana Kulan, Yekaterina Jidkova, Kristina Yaqubova, Polina Rəhimova, Ayşən Abduləzimova, Şəfaqət Alışanova, Marqarita Əzizova, Bəyaz Əliyeva, Yana Əzimova, Nərmin Fərəcova, Yuliya Kərimova, Nurhan Kazımova, Mariya Kirilyuk, Leysan Lvovkina, Nərminə Musayeva, Leyla Parşkova, Kseniya Pavlenko və Nelli Salbişvilidir.

Millinin heyətində Nurhan Kazımova debütantdır. 18 yaşlı hücumçu bunadək aşağı yaş qrupları üzrə yığmamızda forma geyinib.

Qeyd edək ki, Qızıl Avropa Liqasında yığmamız C qrupunda Finlandiya, İspaniya və Belarusla mübarizə aparacaq.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1063   Tarix: 17 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qarabağ"a 10 minlik cərimə

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının I turundan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzaları açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə komitənin iclasında qərarlar qəbul olunub. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna gör

19 dekabr
.

"Neftçi"də ata-oğul işləyəcəklər

"Neftçi"nin baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postun

9 dekabr
.

Messi Hindistanın ən varlı ailəsinin üzvləri ilə bir arada - Fotolar

Xəbər verdiyimiz kimi, dünyaca məşhur argentinalı futbolçu Lionel Messi Hindistana səfər edib. Axşam.az-ın məlumatına görə, futbolçu səfəri zamanı Hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin oğlu Anant Ambaniyə məxsus Vantara vəhşi təbiət qoruğuna xüsusi ziyarət edib. Messi Ambani ailəsi, həmçini

18 dekabr
.

"Qalatasaray"dan gecə yarısı İkardi AÇIQLAMASI

"Qalatasaray"ın baş katibi Eray Yazqan, ayrılacağı ilə bağlı şayiələrin mövzusu olan Mauro İkardi üçün qəti bir açıqlama verib. -ın Türkiyə KİV-nə istnadla xəbərinə görə, Yazqan İkardinin "Qalatasaray"ın kapitanı və əvəzolunmaz oyunçusu olduğunu və argentinalı hücumçunun "sarı-qırmızılı"

17 dekabr
.

Yağışa baxmayaraq, stadionda anşlaq yaşanır - Video

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" Niderlandın "Ayaks" komandasını qəbul edəcək. "Qafqazinfo" xəbər verir ki, paytaxtda soyuq və yağışlı hava şəraitinə baxmayaraq, azarkeşlər "köhlən atlar"a dəstə

10 dekabr
.

Respublika stadionunda "Qarabağ"ın oyunu öncəsi vəziyyət necədir? - Video

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda "Ayaks"la üz-üzə gələcək. "Qafqazinfo" xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun qazonu yağış yağmasına baxmayaraq oyuna hazır vəziyyətdədir

10 dekabr
.

"Qalatasaray" Rüdigeri transfer etmək istəyir

"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger "Qalatasaray"a keçə bilər. "AS" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" 32 yaşlı alman futbolçunu qış transfer pəncərəsinin əsas hədəfi kimi nəzərdən keçirir. "Qalatasaray"ın baş məşqçisi Oka

13 dekabr
.

Adil Nağıyevə 5 illik şərti cəza verildi

"Şamaxı"nın sabiq müdafiəçisi, oyun alqı-satqısında ittiham olunan Adil Nağıyev məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 5 il azadlıqdan məhrum edilib. Amma ona 1 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesa

12 dekabr
.

Qurban Qurbanov Nəriman haqqında: "Özüm də nə deyəcəyimi bilmirəm"

"İlk qollarda bir az diqqətsiz olduq. Sonra rəqibin ustalığı ön plana çıxdı. Buraxdığımız sonuncu qolda Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Qarşılaşmanın sonlarında bəlkə də yorğunluq da var idi və sürətdə məğlub olduq". "Report"un məlumatına görə, bu sözləri "Qarabağ"ı

11 dekabr