"Neftçi"də ata-oğul işləyəcəklər
"Neftçi"nin baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib.
Sonxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində "Metallurq" (Zaporojye), "Zarya", "Krivbass", Belarusda "Şaxtyor" (Soliqorsk), Moldovada "Şerif" klublarında çalışıb.
Təcrübəli məşqçi müxtəlif illərdə "Zarya" və "Krivbass" ilə Ukrayna çempionatının bürünc mükafatçısı, "Şerif"lə 2 dəfə Moldova çempionu olub.
"Şerif"i UEFA Çempionlar Liqasının, "Zarya"nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, "Krivbass"ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.
Məşqçilər korpusunda Vernidubun köməkçiləri - Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.
Qeyd edək ki, Vitali Vernidub Yuri Vernidubun oğludur. O, 2015-2018-ci illərdə "Qəbələ"də çıxış edib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 800 Tarix: 09 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elcan Hacıyev və Murad Fətiyevdən qələbə - Yenilənir
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq. "Qafqazinfo" xəbər verir ki, yarışın beşinci günündə Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, Murad Fətiyev və Süleyman Şükürov (hamısı 90 kq) tatamiyə çıxacaqlar. S.Ağayevanın 1/32 finaldakı rəqib
8 oktyabrBir dövr qapandı: Messi milli ilə belə vidalaşdı (VİDEO)
Lionel Messi 21 illik Argentina millisindəki karyerasına Buenos-Ayresdəki "Monumental" stadionunda vida edib. 39 yaşlı ulduz Beninlə keçirilən yoldaşlıq oyununda sonuncu dəfə "Albiceleste" formasını geyinib. Qayanrinfo xəbər xəbər verir ki, Argentina Benini 3:0 hesabı ilə məğlub edib
7 oktyabrElvin Cəfərquliyev meydana nə vaxt qayıdacaq?
Zədəli olan "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin son durumu açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib:. "Elvin Cəfərquliyevin müalicə və reabilitasiya prosesi mərhələli şəkildə klubun tibbi heyətinin nəzarəti altınd
8 oktyabrMessi Argentina millisində karyerasını başa vurur
Argentinanın milli komandasının kapitanı Lionel Messi oktyabrın 7-nə keçən gecə yığmanın heyətində sonuncu oyununu keçirəcək. xəbər verir ki, vida matçı Buenos-Ayresdəki "Monumental" stadionunda Benin seçməsinə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 03:00-da başlayacaq. Arenanın kassalarınd
6 oktyabrBakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
Bu gün Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb. Bu barədə -a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib. Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeni Timçenkoya həvalə olunub. Qazaxıstanlı mütəxəssis oktyabrın 7-də
1 oktyabrNəriman Axundzadə 10 ay sonra qol vurdu - Video
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə 10 ay sonra qol vurub. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün U-21 yığmamızın heyətində Şotlandiyaya qarşı matçda fərqlənib. Matçın 21-ci dəqiqəsində fərqlənən forvard uzun müddət sonra adını tabloya yazdıra bilib. Nəriman Axundzadə sonunc
1 oktyabr"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub
Misli Premyer Liqasında VII turun oyun cədvəli müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun "Qarabağ" - "Neftçi" oyunu oktyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək. Misli Premyer Liqası. I dövrə, VII tur. 16 oktyab
29 sentyabr