Qənirə Paşayeva tənqid etdi

Qənirə Paşayeva tənqid etdiMillət vəkili Qənirə Paşayeva bu gün AŞPA-da "Aralıq dənizi: qanunsuz miqrasiya üçün əsas qapıdır" adlı sənədin müzakirəsi zamanı çıxış edib.

Sonxeber.az-ın məlumatına görə, millət vəkili çıxışında bir neçə gün əvvəl Türkiyədə Suriya və İraqdan olan köçkünlərlə görüşdüyünü deyib: "Türkiyə onlar üçün bir ümid, bir xilas qapısıdır. Avropa və Avropa Şurası, onun Parlament Assambleyası 2014-də dünyada ən çox köçkünün sığındığı ölkə olan Türkiyəyə daha çox dəstək olmalıdır və biz Assambleyanı buna çağırırıq. Çünki köçkünlər məsələsində Avropanın Türkiyəni maddi və mənəvi anlamda yalnız buraxdığını görürük. Türkiyənin 9 milyard dollara yaxın köçkünlərlə bağlı xərcləri yanında beynəlxalq ictimaiyyətin, Avropanın 455 milyon dollar yardımı çox azdır və Avropa dəstəyini artırmalıdır".

Q. Paşayeva eyni zamanda müzakirə edilən məruzədə Türkiyədə köçkünlərin sayı 1.9 milyon göstərilmiş, amma rəsmi rəqəmlər 2.5 milyon olduğunu da qeyd edib: "Məruzəçinin bunu düzəltməsi vacibdir. Türkiyə köçkünləri qəbul etdiyi zaman etnik və dini kimlik ayrımı qoymur. Amma təəssüf ki, bu münasibəti bir çox Avropa ölkələrində görə bilmirik. Biz onları Türkiyədən örnək almağa və köçkünləri qəbul etdiklərində və dəstək göstərdiklərində etnik və dini kimlik ayrımı etməməyə çağırırıq. Bir neçə gün əvvəl Suriya və İraqdan köçkün düşmüş türkmənlərlə, onların təmsilçiləri ilə görüşdüyümüz zaman onlar bizdən səslərini burada duyurmağımızı istədilər. Köçkün düşmüş bu qardaşlarımız Avropanı onları köçkün salan səbəblərlə daha aktiv mübarizəyə çağırdılar".

Millət vəkili otən gün "Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər bölgələrində vəziyyətin gərginləşməsi" adlı məruzənin səsverməsi zamanı ortaya çıxan üzücü mənzərə kimi münasibətə assambleya yol verməməli olduğunu da səsləndirib: "Öz evinə dönə bilməyən və assambleyadakı müzakirələri izləyən 1 milyon azərbaycanlı köçkünlərin nə qədər böyük üzüntü duyduğunu anlatmaq çox çətindir mənim üçün burada. Onlar çox üzgün oldular. Bunları söyləməyimdə məqsədim bilirsinizmi nədir? Assambleyanın belə münasibətlərinin doğru olmadığını bir daha açıq şəkildə vurğulamaq. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan nəticələr, ortaya çıxan acı durumlar, faciələrı önləmək də çox çətindir. Bir düşünün. İnsanlar nədən evini buraxıb qaçırlar? Onlar ölümdən, öldürülməkdən qaçırlar və belə insanlara etnik və dini kimliyindən asılı olmayaraq fərq qoymadan dəstək göstərmək bütün Avropada, Avropa ölkələrində ilk öncə bir insanlıq vəzifəsi kimi qəbul edilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2098   Tarix: 27 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yaddan çıxmayan soyqırım

Tarix boyu Azərbaycan qonşu ölkələrin təcavüzünə, işğalına məruz qalıb. Təbii ki, məqsəd, türk varlığına son qoymaq, dövlətimizi parçalamaq, torpaqlarını bölüşdürmək olub. Eyni zamanda xalqımız işğallar zamanı qəddar işgəncələrə məruz qalmış, tarixi abidələrimizə, milli mədəniyyətimizə qarşı barbarlı

31 mart
.

Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. xəbər verir ki, Preziden

31 mart
.

İran Prezidenti Ərdoğana türkcə təşəkkür etdi

İran Prezidenti Məsud Pezeşkian regionda davam edən böhran fonunda tutduğu mövqeyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. xəbər verir ki, bu barədə o, "X" hesabında türkcə paylaşımında qeyd edib. "Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təcavüzkar sionist rejimi qınama

25 mart
.

İran-ABŞ-İsrail qarşıdurması nüvə müharibəsinə çevrilə bilər? - Sabiq səfir açıqladı

İran-ABŞ-İsrail arasında artan gərginlik Yaxın Şərqdə təhlükəsizlik arxitekturasını daha da kövrəkləşdirib və tərəfləri həm qarşıdurma, həm də diplomatiya arasında çətin seçim qarşısında qoyur. Bir tərəfdən, eskalasiyanın artması danışıqların sürətlənməsi ilə xəbərləri gündəmə gətirib, digər tərəfdə

26 mart
.

Prezident dörd əsasnaməni təsdiq etdi

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə", "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə", "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə" təsdiq edilib

3 aprel
.

İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib. AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizi

27 mart
.

"Azərbaycan dövləti daim həqiqətləri ifşa edən prinsipial mövqe nümayiş etdirib" - DEPUTAT

"Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-apre

31 mart
.

31 Mart soyqırımı - insanlığa qarşı cinayət

Son iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə "böyük Ermənistan" yaratmaq kimi xülyalarını həyata keçirmək istiqamətində atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllər və soyqırımı aktlarıilə nəticələnib. XX əsrin əvvəllərində ermənilər təkcə hazırda Ermənista

31 mart
.

İlham Əliyev Şamaxıdadır - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib

23 mart