Trampdan dünyaya Hörmüz ultimatumu: Qərb və Çin küncə sıxışdırılır - FOTO

Trampdan dünyaya Hörmüz ultimatumu: Qərb və Çin küncə sıxışdırılır - FOTOABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın blokadaya aldığı Hörmüz boğazına ölkəsinin yox, digər dövlətlərin ehtiyacı var. O qeyd edib ki, Qərb ölkələri və Çin ya Hörmüzün açılmasını təmin etməli, ya da ABŞ-dən neft və neft məhsulları almalıdırlar.

Görəsən, bu açıqlamalar fonunda Qərb və Çinin addımları nədən ibarət olmalıdır?

Məsələ ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Rəşad Bayramov bildirib ki, Trampın Hörmüz boğazının bağlı qalması ilə bağlı açıqlaması taktiki mesaj xarakteri daşıyır.

O qeyd edib ki, Ağ Ev liderinin bu cür ritorikası bir neçə məqsədi özündə ehtiva edir:
Trampdan dünyaya Hörmüz ultimatumu: Qərb və Çin küncə sıxışdırılır - FOTO"Neft bazarlarında strateji üstünlük yaratmaq, Avropa və Çin kimi böyük enerji idxalçılarını ABŞ neftindən asılı vəziyyətə salmaq, İrana qarşı diplomatik təzyiqi artırmaq, nəhayət, Körfəz ölkələrini Hörmüz boğazının açılması üçün ABŞ ilə birgə hərbi əməliyyatlara təşviq etmək bu qəbildəndir. Görünən motiv "boğazın təhlükəsizliyi" olsa da, əslində, məsələ enerji və geosiyasi təzyiq üzərində qurulub.

Hörmüz boğazının bağlı qalması ehtimalının pərdəarxasında İranla müzakirəsi isə hazırkı mərhələdə real hesab olunmur. Amma belə müzakirələrdə Tehran boğazın açılmasını ticarət qarşılığında diplomatik güzəştlərlə əlaqələndirə bilər. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional nüfuz baxımından İrana əlavə üstünlüklər qazandıracaq.

Qərb və Çinə gəldikdə isə Hörmüzün bağlı qalması real təhlükəyə çevrilərsə, Avropa və Çin yeni strategiya qurmaq məcburiyyətində qalacaqlar. Hazırda Çin tankerlərinin Hörmüzdən keçidində ciddi problem olmasa da, Körfəz ölkələrinin Çinə neft təminatında müəyyən çətinliklər mövcuddur".
Trampdan dünyaya Hörmüz ultimatumu: Qərb və Çin küncə sıxışdırılır - FOTOPolitoloq əlavə edib ki, Hörmüzün bağlı qalması neft qiymətlərinə təsir göstərir ki, bu da Çinin maraqlarına uyğun deyil:

"Ona görə də Çinin bu istiqamətdə müvafiq addımlar atması vacibdir. Bunlardan biri alternativ enerji marşrutlarının sürətləndirilməsidir. Avropa Cənub Qaz Dəhlizi və digər neft-qaz xətlərinə yönələ, Çin isə Orta Asiya və Rusiya ilə enerji əməkdaşlığını gücləndirə bilər. Bu, xüsusilə uzunmüddətli perspektivdə Hörmüz boğazından asılılığın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, diplomatik təzyiq və manevr imkanlarından istifadə də mümkündür. Qərb ölkələri və Çin iqtisadi paketlər və enerji ticarəti vasitəsilə Tehranla dialoq qura bilərlər. Trampın açıqlaması göstərir ki, Ağ Ev enerji bazarları vasitəsilə strateji üstünlüyünü qorumağa çalışır. Yəni ABŞ Hörmüzün bağlı qalması halında ondan qlobal enerji bazarında geosiyasi alət kimi istifadə edə bilər. Bu səbəbdən Avropa və Çin üçün əsas prioritetlər Hörmüzdən asılılığı azaltmaq, alternativ enerji marşrutlarını inkişaf etdirmək və diplomatik manevr imkanlarını qorumaq olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1053   Tarix: 02 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Donald Tramp: "İran rəhbərliyini öldürsək, danışacaq heç kim qalmaz"

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi addımlar və danışıqlar prosesi barədə açıqlama verib. "Axios" portalına istinadən xəbər verir ki, Tramp ABŞ-nin İran rəhbərliyini öldürmək niyyətində olmadığını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir addım Tehranla gələcək danışıqlar

5 iyul
.

AP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub

Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma

5 iyul
.

Ərdoğan ABŞ ilə İran arasında əldə olunan atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə İstanbulda keçirdiyi görüşdə İslamabad razılaşması ilə ABŞ və İran arasında əldə edilən atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Türkiyə lideri "X" sosial şəbəkəsind

5 iyul
.

Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba

6 iyul
.

Zelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq

Ukrayna Qara dənizdə dronların tətbiqi ilə müdafiə xətti yaradacaq. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfəri zamanı bildirib. "Müdafiə xətti Odessanı və bütün regionu hava hücumlarından qorumalı olacaq",

5 iyul
.

7 yaşında 116 kilo çəkisi olan uşaq ürək çatışmazlığından öldü

ABŞ-da 7 yaşlı Kasper O'Brayenin ölümündən sonra valideynləri cinayət, işgəncə və uşaq istismarında ittiham olunurlar. Hakimiyyət orqanları iddia edir ki, öldüyü zaman 116 kiloqram çəkidə olan uşaq illərdir baxımsız qalıb və lazımi tibbi yardım almayıb. Hadisə yerinə gələn təcili yardım həkimlərini

5 iyul
.

Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması ilə bağlı vəziyyətin daha da ağırlaşa biləcəyi bildirilir. "Actualité" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin sosial və humanitar işlər naziri Eva Bazaiba Masudi açıqlama verib. Nazirin sözlərinə görə, virus İtur

5 iyul
.

Aydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir

Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna

6 iyul
.

Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin 22 yaşayış məntəqəsinə zərbələri nəticəsində üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib

5 iyul